audio
audio
text
string
duration
float64
audio_file
string
Bu gölü təmizləmək olar.
1.38
4568845700865_18.wav
Bu gölündə olan çirkabı təmizləmək olar.
2.58
4568845700865_19.wav
Və gələcəkdə həmin göldən alternativ su anbarı kimi istifadə etmək olar.
4.47
4568845700865_20.wav
Bakını bu cür qəzalardan hökmən sığorta etməliyik.
3.71
4568845700865_21.wav
Yəni Bakı bu cür qəzalara təslim olmamalıdır.
3.31
4568845700865_22.wav
Milli Məclisin regional məsələlər komitəsinin üzvü deputat Arzuxan Əlizadə isə qəzaya diqqət çəkərək Oğuz Qəbələ Bakı su kəmərini 20-ci əsrin əvvəllərində istifadəyə verilən və demək olar ki, heç bir problemə rast gəlinməyən Şollar Bakı su kəməri ilə müqayisə etdi.
16.07
4568845700865_23.wav
Onun sözlərinə görə, 15 ildir ki, istismara verilən su xəttində isə demək olar ki, hər yay qəza baş verir.
6.05
4568845700865_24.wav
O hesab edir ki, bu problem ciddi araşdırılmalı və aradan qaldırılması istiqamətində işlər görülməlidir.
6.4
4568845700865_25.wav
Bakı şəhəri əslində 2 milyondan bir qədər artıq əhalinin yaşaması üçün nəzərdə tutulub və su ilə təminat məsələsi də elə bu sayda insan üçün nəzərdə tutulmuşdu.
10.28
4568845700865_26.wav
Azərbaycan su ehtiyatlarının təxminən 25-30 faizi elə həmin ərazilərdə, işğaldan azad olunmuş ərazilərdə yerləşir.
6.84
4568845700865_27.wav
Və həmin ərazilərdə yeni su anbarları tikilibdir, istifadəyə verilibdir və həmin ərazilərin su ilə təchizatı məsələsi artıq yoluna qoyulmaqdadır.
9.94
4568845700865_28.wav
Eyni zamanda mütəxəssislərin fikirləri var ki, həmin ərazilərdən Bakıya alternativ su kəmərinin çəkilməsi ehtimalı da ola bilər.
8.9
4568845700865_29.wav
Yeri gəlmişkən, iri şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti baş vermiş qəzanın səbəbini açıqlayıb.
6.15
4568845700865_30.wav
Bildirilib ki, su kəməri şüşəli borularla inşa olunub.
3.15
4568845700865_31.wav
Bu tipli boruların əsas üstünlüklərindən biri korroziyaya qarşı dayanıqlı olmasıdır.
5.36
4568845700865_32.wav
Lakin borular spesifik texniki xüsusiyyətlərinə görə həssaslığa malikdir və istismar zamanı hidravlik gərginliklər və ya mexaniki təsirlər nəticəsində lokal qəzalar baş verə bilər.
11.25
4568845700865_33.wav
Qeyd edək ki, Oğuz Qəbələ Bakı su kəmərində baş verən qəza ilə əlaqədar qarşıdakı üç gün ərzində Bakı şəhəri və Abşeron yarımadasının bəzi ərazilərinə su fasilələrlə veriləcək.
10.7
4568845700865_34.wav
İşlər yekunlaşdıqdan sonra suyun iyunun 20-dən əvvəlki rejimlə verilməsi bərpa olunacaq.
5.9
4568845700865_35.wav
Qasım Xuluflu, Rüfət Əliyev, İTV xəbər.
2.68
4568845700865_36.wav