text
stringlengths 9
739
|
---|
Əsli Əxi Təklə, yəni "Əxiyə mənsub Təklə" məntəqəsi mənasındadır.
|
yasamal.cls.az Kvars qumu - tərkibində 90%-dən çox, adətən yaxşı çeşidlənmiş və yuvarlaq kvars qırıntıları olan qum.
|
Kvars qumu platforma şəraiti üçün səciyyəvi olub, adətən rutubətli isti iqlimdə ana süxurların dərin kimyəvi aşınma məhsullarının yenidən çökməsi, habelə iqlimdən asılı olmayaraq daha qədim kvarslı qumların və ya qumdaşlarının yuyulması nəticəsində əmələ gəlir.
|
Geologiya terminlərinin izahlı lüğəti.
|
— Səhifələrin sayı: 679 Kvars-çölşpatlı metasomatik formasiya - metasomatizmin turş mərhələsinin ilkin və yüksək temperaturlu məhsulu.
|
Geoloji mövqeyinə əsasən bu formasiyanın əmələ gəlməsi tipik təmasyanı yuyulub çıxarılma prosesilə bağlıdır.
|
Kvars-çölşpatlı metasomatoz nadir metal yataqlarının filizyanı dəyişilmələri olduğuna görə dəyərli axtarış kriterisi kimi istifadə edilə bilər.
|
Geologiya terminlərinin izahlı lüğəti.
|
— Səhifələrin sayı: 679 Arxacbulaq — Tiflis quberniyasının Borçalı qəzasında bulaq adı.
|
Türk dillərində arkaç "dağın arxası", "dağın gün düşməyən hissəsi, quzeyi" sözündəndir.
|
Yelizavetpol quberniyasının Zəngəzur qəzasında Arxaçtəpə Azərbaycanda indi Oğuz rayonunda Qaynararxac, Dağlıq Qarabağda Qızıl Arxac, Gədəbəy rayonunda Qara Arxaç, Qubadlı və Cəbrayıl rayonlarında Arxaçdərəsi, irəvan quberniyasının Eçmiadzin qəzasında Xan-Arxac toponimləri ilə eynidir.
|
Arxac həm də qoyun sürüsünün dağ yamacında saxlandığı yerdir.
|
Üçüncü Lozanna konfransında türk-tatar heyəti — Rusiya imperiyası türk xalqlarının millətlər birliyinin üçüncü Lozanna konfransında iştirak edən nümayəndə heyəti.
|
Heyət üzvləri isveçrə, Osmanlı dövləti, Bolqarıstan, Almaniya və Avstriya-Macarıstanda konfranslar keçirərək ictimai rəyi Rusiya imperatorluğunda yaşayan türklərin problemlərinə yönəltməyə çalışmışlar.
|
Üçüncü Lozanna konfransında nümayəndə heyətinin birgə mətn təqdim etmək hüququ olmadığı üçün nümayəndələr ayrı-ayrılıqda öz millətlərinin vəziyyəti, haqlarının pozulması barədə çıxışlar etmiş, onların həlli yollarını göstərmişdilər.
|
Konfransın gedişində nümayəndə heyəti üzvlərinin tələbləri çap edilərək yayımlanmışdır.
|
Nümayəndələr konfransa hələ 1915-ci ilin dekabrında çap olunmuş memorandum təqdim etmişdilər.
|
Memorandumda deyilirdi: Bununla belə, müharibədə Rusiyaya qarşı hərbi əməliyyatlar aparan dövlətlər türk və müsəlman xalqlara diqqətlərini artırsalar da, onların hüquqlarının müdafiəsi üçün əməli addımlar atmadılar.
|
Ümumrusiya Müəssislər Məclisinə seçkilər — Rusiyada Fevral inqilabından sonra yaranan Müvəqqəti hökumətin ali nümayəndəli qanunvericilik orqanı yaratmaq məqsədilə ümumi seçki hüququ əsasında həyata keçirdiyi seçkilər.
|
Müəssislər Məclisinə seçkilər üzrə komissiyaya Fətəli xan Xoyski rəhbərlik edirdi.
|
"Müsavat" partiyası Azərbaycanın bütün siyasi partiya və təşkilatlarını seçkilərdə vahid siyahı ilə çıxış etməyə çağırdı.
|
"Müsəlman sosialist bloku" milli qüvvələrin vahid seçkiqabağı blokunu yaratmaq haqqında "Müsavat"ın təklifinə qoşulsa da, aqrar məsələ ətrafında onların arasında fikir ayrılığı yarandı.
|
Ümumrusiya Müəssislər Məclisinə seçkilərdə müstəqil siyasi qüvvə kimi, əsasən, dörd Azərbaycan partiyası -"Müsavat", "Müsəlman sosialist bloku", menşevik "Hümmət" və "ittihad" partiyaları iştirak edirdilər.
|
Cənubi Qafqaz dairəsi üzrə seçkilərdə iştirak edən 15 partiya arasında menşeviklər, müsavatçılar və daşnaklar, ümumilikdə, səslərin 73%-ni qazandılar.
|
Səslərin sayına görə Cənubi Qafqaz üzrə ikinci yerə çıxan müsavatçılar bolşeviklərdən 6 dəfə çox səs topladılar.
|
Azərbaycan milli hərəkatında "Müsavat" partiyasının aparıcı mövqeyi seçkilər nəticəsində əyani təsdiqini tapdı.
|
Azərbaycan partiyalarının aldığı səslərin 66,5%-i "Müsavat"ın payına düşürdü.
|
Azərbaycan partiyalarına verilən səslərin 17,2%-ini alan "Müsəlman sosialist bloku"nun uğuru onun aqrar məsələlərdə radikal mövqeyi ilə izah oluna bilər.
|
Belə ki, blok səslərin çoxunu Azərbaycanın qərbindəki kənd rayonlarında qazanmışdı.
|
Azərbaycan partiyalarına verilən səslərin 9,1%-ini menşevik "Hümmət", 7,2%-ini "ittihad" partiyaları aldı.
|
Bu tərkibdə işə başlayan Ümumrusiya Müəssislər Məclisi bolşevik platformasında durmadığı üçün bir gün sonra buraxıldı.
|
Yaxın Şərqdə Amerika Yardımı cəmiyyəti — ABŞ hökumətinin Birinci dünya müharibəsində hərbi əməliyyatlardan zərər çəkmiş xalqlara yardım göstərilməsi məqsədilə yaratdığı təşkilat.
|
1915-ci ilin sentyabrında yaradılmışdır.
|
Cəmiyyətin Yaxın şərq ölkələrində, habelə Qafqazda şöbələri təşkil olunmuşdu.
|
Bu şöbələr ehtiyacı olan əhaliyə maddi yardım göstərməklə bərabər, bölgələrdəki vəziyyət barəsində məlumatlar da toplayırdılar.
|
Cəmiyyətin fəaliyyəti əsasən, erməni əhalisinə ünvanlandığı üçün əldə edilən və Amerika hökumətinə göndərilən məlumatlar da bir qayda olaraq ermənilərin mənafelərini və baxışlarını əks etdirirdi.
|
Cəmiyyətin Azərbaycanda fəaliyyəti xüsusilə 1919-cu ilin ortalarında xeyli güclənmişdi.
|
1919-cu ilin noyabrında Cəmiyyətin Qafqaz bölməsinin rəhbəri vəzifəsinə polkovnik Haskel təyin edilmişdi.
|
Bölmənin heyəti 40 nəfərdən ibarət idi.
|
Cəmiyyətlə Azərbaycan Xalq Cümhuriyyəti Hökuməti arasında mal mübadiləsi barəsində danışıqlar 1920-ci ilin yanvarında Tiflisdə aparıldı.
|
Cəmiyyətin israrla Azərbaycan Hökumətinə təqdim etdiyi saziş iqtisadi və kommersiya cəhətdən ədalətsiz xarakter daşıyırdı.
|
Belə ki, cəmiyyət neft məhsullarının ona Sənanin stansiyasında təhvil verilməsini tələb etdiyi halda, bunun əvəzində ödəniləcək ağ buğda ununu Azərbaycan Hökumətinə Batum limanında təqdim edirdi.
|
Beləliklə, cəmiyyət Gürcüstan yollarında da yükün məsuliyyətini Azərbaycan Hökumətinin üzərinə qoyurdu.
|
Azərbaycan nümayəndələrinin qarşı tərəfı bərabər hüquqlu müqavilə bağlamağa inandırmaq cəhdləri bir nəticə vermədi.
|
1920-ci il yanvarın 26-da Tiflisdə cəmiyyətin təqdim etdiyi layihə əsasında qarşı tərəflərin mənafeyinə uyğun olan müqavilə imzalandı.
|
Müqaviləyə əsasən Azərbaycan hökuməti cəmiyyətə tonu 20 dollar hesabı ilə 10 min ton mazut, tonu 35 dollar hesabı ilə 150 ton kerosin verməli, cəmiyyət isə bunun əvəzini qeyri-bərabər şərtlə tonu 210 dollar hesabı ilə unla ödəməli idi.
|
Müqaviləni cəmiyyətin adından polkovnik Haskel, Azərbaycan Hökuməti adından isə Azərbaycan Xalq Cümhuriyyətinin Gürcüstandakı diplomatik nümayəndəsi Faris bəy Vəkilov imzalamışdılar.
|
Lakin Azərbaycan tərəfi öz müqavilə öhdəliyini yerinə yetirmiş, müqabil tərəf isə Azərbaycana ödəməli olduğu 4760 pud unu verməyərək borclu qalmışdı.
|
Aprel işğalından sonra Azərbaycan SSR hökuməti həmin borcun ödənilməsini tələb etsə də, cəmiyyət borcun ödənilməsi ilə bağlı müraciətlərə cavab verməmişdi.
|
Eminov Adıgözəl Soltan oğlu 1921-ci ildə hazırkı Ağsu rayonunun Rəhimağalı kəndində anadan olmuşdur.
|
Təhsilini həmin kənddə alan Adıgözəl Eminov ikinci Dünya Müharibəsinin başlanması ilə əlaqədar olaraq 1941-ci ildə Kürdəmir Rayon Hərbi Komissarlığından əsgərliyə çağrılmışdır.
|
ilkin hərbi xidmətinə Yaponiya sərhədlərində başlamış, ilk aylardan baş atıcılıq kursuna cəlb edilmiş, orduda atıcı snayperçi kimi formalaşmışdır.
|
1943-cü ildə Yaponiya və SSRi arasında danışıqlar baş tutduğu üçün təlim keçmiş əsgərlər döyüşə cəlb olunmuş, həmin ildə Adıgözəl Eminov Konstantin Rakosovskinin komandanlığına göndərilmiş və alman ordusuna qarşı Kiyev istiqamətində ağır döyüşlərdə iştirak etmişdir.
|
Sərrast atəşi ilə bir neçə dəfə düşmənin rütbəli zabitlərini məhv etməyi bacarmışdır.
|
Bu səbəbdən bir neçə dəfə orden və medallara layiq görülmüş, Kiyev, Tula və başqa şəhər və qəsəbələrin azad olunmasında fəal iştirak etmişdir.
|
1944-cü ildə qolundan yaralanmış, çox qan itirməsinə baxmayaraq həyatı xilas edilmişdir.
|
1945-ci ilin mart ayında ordudan təxris olunmuşdur.
|
Adıgözəl Eminov SSRi Müdafiə Nazirliyi tərəfindən ikinci dərəcəli Vətən Müharibəsi Ordeni ilə təltif olunmuşdur.
|
1948-ci ildə Gəncə Su-Meliorasiya Texnikomunu bitirmiş,1950-1954-cü illərdə Ağsuda Su idarəsinin baş mühəndisi vəzifəsində işləmiş, sonra ailə vəziyyəti ilə əlaqədar kəndə qayıdaraq kolxozda rəhbər vəzifələrdə çalışmağa başlamışdır.
|
Bir neçə dəfə qurultay medalları ilə təltif edilmişdir.
|
5 oğul, 2 qız övladı olmuşdur.
|
Ömrünün sonuna kimi doğulduğu Rəhimağalı kəndində yaşamış, 01 aprel 2005-ci il tarixdə vəfat etmişdir.
|
Adıgözəl Eminovla bağlı maraqlı faktlardan biri odur ki, onun atası 1918-ci il hadisələrində xüsusi əhəmiyyət kəsb edən məşhur Pirəmsaq döyüşündə öz qəhrəmanlığı ilə seçilmişdir.
|
Belə ki, indiki Ağsu rayonunun Bico kəndində kəndin könüllü döyüşçüləri ilə Rus ordusundan buraxılmış silahlı erməni quldur dəstəsi arasında baş vermiş, erməni soyqırımına qarşı 1918-ci ildə təşkil edilmiş bu ilk ən böyük müdafiə döyüşü döyüşündə Bico kənd camaatına köməyə getmiş rəhimağalılı könülüllərə Soltan kişi rəhbərlik etmişdir.
|
ivan Protasov — Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü.
|
Azərbaycan Milli Şurasının "Azərbaycan Məclisi-Məhbusanının təsisi haqqında qanun"a əsasən Slavyan-Rus Cəmiyyətindən parlamentin tərkibinə daxil edilmişdi.
|
Parlamentdə "Slavyan-Rus cəmiyyəti" fraksiyasını təmsil edirdi.
|
Fətəli xan Xoyskinin 3-cü hökumət kabinəsində maliyyə naziri vəzifəsini tutmuşdur.
|
Mecay — Qədim Misirin Yeni padşahlıq dövründə fəaliyyət göstərmiş, səhralarda kəşfiyyat əməliyyatları həyata keçirən və fironun hakimiyyəti altındakı əraziləri müdafiə etmiş elit hərbiləşdirilmiş polis qüvvəsi.
|
Onlar müasir milli polis qüvvələrinə bənzər bir mürəkkəb ictimai müdriyyət sistemi qurmuşdular.
|
Tədricən termin polis qüvvəsinin özünə verilən bir ada çevrildi.
|
Orta padşahlıq dövründə qədim misirlilər mecayların döyüş bacarıqlarına böyük hörmətlə yanaşırdılar.
|
Buna görə də, mecaylar əsasən piyada qoşun və sərhəddə xaricilərə cəsusluq etmək üçün tədqiqatçı olaraq işə alınırdılar.
|
On səkkizincı sülalə dövründə mecaylar digər hakimiyyət orqanlarından azad olan ayrı bir iyerarxiyaya sahib olan şəhər-daxili polis adlandırılırdı.
|
Mecayların adı iyirminci sülalədən sonra çəkilmir.
|
1932-ci ildə istehsal olunmuş ""Mumiya"" filmi firon I Setinin şəxsi cangüdənləri olaraq təsvir edilmişdilər.
|
Onlar həmçinin 2001-ci ildə istehsal olunmuş ""Mumiya qayıdır"" filmində də təsvir edilmişdilər.
|
2017-ci ildə satışa çıxarılan ""Assassin's Creed Origins"" video oyununun baş qəhrəmanı Bayek "Qədim Misirin son mecayı" hesab edilir.
|
Avdet — müasir sosial-siyasi-mədəni xarakter daşıyan iki dilli qəzet.
|
Qəzet 15 iyun 1990-cı ildən fəaliyyət göstərir.
|
Bu Krım tatarlarının deportasiyası anından etibarən krımtatar dilində buraxılan ilk müstəqil mətbu orqandır.
|
Qəzet Krımtatar milli hərəkatı təşkilatına məxsusdur.
|
Adının müəllifi isə Mustafa Cəmilyevdir.
|
ilk redaksiya Bağçasaray yerləşirdi:Əvvəllər Sərvər Kərimovun, daha sonralar isə ilmi Ömərovun evində buraxılırdı.
|
Qəzetin ilk nömrələri Riqada çap olunurdu.
|
Qəzetləri oraya Süleymanov aparırdı.
|
Sonradan isə qəzeti Bağçasarayda dərc etməyə başladılar.
|
Bir müddət sonra isə redaksiya Ağməscid şəhərinə köçürülür.
|
Hazırda Məclis binasında qərarlaşır.
|
ilk əvvəllər qəzet ayda iki dəfə, sonradan hər iki həftədən bir, indi isə hər həftə buraxılır.
|
Krımtatar dilinin kiril əlifbasından istifadə edilir.
|
Rəsmi sayt isə latıncadır.
|
Bundan sonra isə ruslar qəzetin buraxılmasına lizenziya vermədilər.
|
999 tiraj buraxıldıqdan sonra qəzet köşklərdən çıxarılmışdır.
|
Daha buraxılışı həyata keçirilmir.
|
Qəzetin həm də Ağməscid, Şmitd küçəsi, 2 ünvanında yerləşən binasından məhrum olmuşdur.
|
Onun yerləşdiyi ünvanda "Krım Fondu " qəzetinin redaksiyası yerləşir.
|
Qəzetin əsas məqsədi Krım tatarlarının mənəviyyatı, ideologiyasını qoruyub saxlamaq, eləcə də bu xalqla bağlı digər məsələləri qabartmaqdır.
|
Nəşr həmçinin Krım tatarlarının dövlətçiliyinin bərpası problemlərini nəzərdən keçirirdi.
|
Təsisci — ilmi Ömərov.
|
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.