text
stringlengths
9
739
Rusiyanın və bütün şərqin müsəlman zəhmətkeşlərinə — Rusiya Sovet Federativ Sosialist Respublikası Xalq Komissarları Sovetinin 1917-ci il noyabrın 20-də qəbul olunmuş müraciətnaməsi.
XKS-nin sədri i.Lenin və xalq milli işlər komissarı i.Stalin imzalamışlar.
Mətni Bakıda nəşr edilən qəzetlərdə, o cümlədən "Hümmət" qəzetində dərc olunmuşdu.
Müraciətnamədə deyilirdi: Lakin ən başlıca məsələ müraciətdə irəli sürülən müddəalar idi.
Müraciətdə göstərilirdi ki, "Bu gündən sizin dininiz və adətləriniz, sizin milli və mədəni təsisatlarımız azad və toxunulmazdır.
Öz milli həyatınızı azad və mümaniətsiz qurun.
Sizin buna haqqınız vardır.
Bunu biliniz ki, Rusiyanın bütün xalqlarınm hüququ kimi, sizin də hüququnuzu inqilab və onun orqanları, Fəhlə, Əsgər və Kəndli Deputatları Sovetləri var qüvvəsi ilə qoruyur" və i.a.
1917 il noyabrın 2 -də elan edilmiş Rusiya xalqlartnın hüqııq bəyannaməsi kimi, bu sənəd də bilavasitə təbliğat xarakteri daşımış, orada elan edilmiş, prinsipial müddəalara əməl olunmamışdı.
Bu, "Zaqafqaziyanın türk və müsəlmanları"na, xüsusilə Azərbaycan Xalq Cümhuriyyətinə münasibətdə özünü əyani şəkildə göstərmişdi.
Müraciətdə göstərilirdi ki, "bu gündən sizin dininiz və adətləriniz, sizin milli və mədəni təsisatlarımız azad və toxunulmazdır".
Lakin işdə buna məhəl qoyulmadı.
Aprel işğalı nəticəsində sovet Rusiyası Azərbaycan Xalq Cümhuriyyətinin varlığına son qoydu.
Azərbaycan Xalq Cümhuriyyətinin Səhiyyə Nazirliyi — Azərbaycan Xalq Cümhuriyyətində ölkənin səhiyyə sisteminin yaradılmasına və fəaliyyətinə rəhbərlik edən ali icra orqanı.
1918-ci il iyunun 17-də Fətəli xan Xoyski tərəfındən Gəncədə təşkil edilmiş 2-ci hökumət kabinəsində Xalq Səhiyyəsi və Himayədarlıq Nazirliyi adı ilə təsis edilmişdir.
Doktor Xudadat bəy Rəfibəyli Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin ilk səhiyyə və himayədarlıq naziri təyin olunmuşdur.
1918-ci ilin sentyabrında Bakı Azərbaycan və Türkiyə hərbi hissələrindən ibarət Qafqaz islam Ordusu tərəfindən azad edildikdən sonra Azərbaycan Xalq Cümhuriyyəti Hökuməti Gəncədən Bakıya köçdü və oktyabrın 6-da x.Xoyskinin 2-ci hökumətində dəyişikliklər edildikdə Səhiyyə Nazirliyi müstəqil nazirliyə çevrildi və Rəfibəyli səhiyyə naziri təyin olundu.
Himayədarlıq və dini etiqad işləri isə ayrıca nazirlikdə birləşdirildi.
Azərbaycan Xalq Cümhuriyyəti Parlamenti işə başladıqdan sonra Parlamentin tapşırığı ilə x.Xoyskinin təşkil etdiyi 3-cü hökumət kabinəsində xalq səhiyyə naziri vəzifəsi Gindesə həvalə olundu.
1919-cu il aprelin 14-də Nəsib bəy Yusifbəylinin təşkil etdiyi 4-cü hökumət kabinəsində səhiyyə naziri vəzifəsinə Dastakov, 1919-cu il dekabrın 24-də yenə Yusifbəylinin təşkil etdiyi 5-ci hökumət kabinəsində isə Musa Rəfiyev təyin olundu.
Gəncədə fəaliyyətə başlayan Səhiyyə Nazirliyi Gəncə şəhəri və Gəncə quberniyası ərazisindəki müalicə müəssisələrinin bina və avadanlıqlarını qeydiyyata aldı və səhiyyə müəssisələrinin işi üzərində nəzarət yaratdı.
1918-ci ilin sentyabrında Qafqaz islam Ordusu tərəfindən Bakı azad olunduqdan sonra Azərbaycan Xalq Cümhuriyyəti Hökuməti ilə Bakıya köçən Səhiyyə Nazirliyi Bakı şəhərində Bakı quberniyasına tabe olan səhiyyə müəssisələrini də nəzarətə götürdü.
Səhiyyə Nazirliyi fəaliyyətə başladığı ilk günlərdən ölkədə səhiyyə işini təşkil etməklə, əhalinin sağlamlığına mənfi təsir göstərən antisanitariyaya qarşı ciddi mübarizə aparmaqla, yoluxucu xəstəliklər, ağır epidemiyalar əleyhinə profilaktik tədbirlər həyata keçirməyə başladı.
Səhiyyə Nazirliyində bu sahədə qarşıda duran vəzifələrin həyata keçirilməsi üçün təkliflər hazırlamaq məqsədilə mütəxəssislərdən ibarət xüsusi komissiya yaradılmışdı.
Azərbaycan əyalətlərində doğma yurd-yuvalarını tərk etməyə məcbur olmuş qaçqınların çoxluğu və onların yaşayışı üçün normal şəraitin olmaması yoluxucu xəstəliklərin artmasına səbəb olurdu.
Belə bir vaxtda Səhiyyə Nazirliyi tərəfındən qaçqınlarm daha çox olduğu yerlərdə yoluxucu xəstəliklərlə mübarizə üçün əlavə 15 yeni həkim nəzarəti dəstələri yaradılmışdı.
Səhiyyə Nazirliyinin aparatı 5 funksional şöbədən ibarət idi: şəhər və məhkəmə tibb müəssisələri, qəzalarda kənd səhiyyə müəssisələri, tibbi statistika, əczaçılıq və baytarlıq şöbələri.
Şəhər və məhkəmə tibb müəssisələri şöbəsi şəhərlərdə hökumətin tabeliyində olan səhiyyə müəssisələrinə rəhbərlik edir, onları lazımi tibbi xidmət heyəti vəsait və avadanlıqlarla təmin edir, şəhərlərdə hakimləri və məhkəmə tibbi ekspertlərini seçir, onların işinə nəzarət edirdi.
Bundan əlavə, şöbə Xəzərətrafı ərazilərdə yoluxucu xəstəliklərə qarşı karantin işlərinə də rəhbərlik edirdi.
Qəzalarda kənd səhiyyə müəssisələri şöbəsi bütün kənd rayonlarındakı xəstəxanaları lazımi avadanlıq və tibb xidməti personalı ilə təmin edirdi.
Cümhuriyyət dövründə kənd yerlərində Səhiyyə Nazirliyinə tabe olan 33 kənd xəstəxanası var idi.
Onların hərəsində 1 həkim, 2 feldşer və xidmətçi qadınlar işləyirdi.
Bu tibbi heyət 6 çarpayılıq kənd xəstəxanalarında xəstələrə xidmət edir, ambulator müalicəyə ehtiyacı olanlara isə pulsuz tibbi yardım göstərirdi.
Tibbi statistika şöbəsi nazirlik sistemində olan bütün tibbi müəssisə və məntəqələrdə əhaliyə tibbi xidmət və müxtəlif xəstəliklərə aid məlumatları toplayaraq təhlil edir, ümumiləşdirərək nəticəsini şəxsən səhiyyə nazirinə çatdırırdı.
Bu şöbədə aparılan düzgün statistik hesabat ölkədə xəstəliklər haqqında dəqiq məlumatlar əldə etməyə, epidemiya və digər xəstəliklərə qarşı vaxtmda mübarizə üçün tədbirlər görməyə imkan verirdi.
Əczaçılıq şöbəsi bütün dövlət tibb müəssisələrini lazımi dərman və tibb avadanlıqları ilə təmin etməli idi.
Baytarlıq şöbəsi isə ölkədəki bütün baytarlıq-sanitariya işlərinə, baytarlıqla məşğul olan müəssisələrə və baytar həkimlərinin fəaliyyətinə nəzarət edirdi.
Şəhər və kənd səhiyyə şöbələrinə, statistika şöbəsinə bilavasitə həkimlər, əczaçılıq şöbəsinə əczaçı-provizor, baytarlıq şöbəsinə isə baytar həkimi rəhbərlik edirdi.
Şöbələrin işini Səhiyyə Nazirliyi özü nəzarətdə saxlayırdı.
Şöbələr hər gün hazırladıqları ətraflı məlumatları şəxsən nazirə təqdim edirdilər.
Nazir müavini ilə birlikdə şöbə müdirləri nazirin şurasını təşkil edirdi.
Nazirin Şurası ölkədə səhiyyə işinin və əhaliyə tibbi xidmətin yaxşılaşdırılması barədə hazırlanmış layihələrə və təkliflərə baxaraq bəyənir, sonra isə həmin məsələlər baxılmaq üçün Nazirlər Şurasına və ya Parlamentə təqdim olunurdu.
Bundan əlavə, Səhiyyə Nazirliyində nazirliyin dəftərxanası və mühasibat bölməsi də fəaliyyət göstərirdi.
Səhiyyə Nazirliyi öz fəaliyyətinin son dövrlərində yaxın gələcəkdə, xüsusilə 1920-ci ildə kənd yerlərində əhaliyə tibbi xidməti yaxşılaşdırmaq məqsədi ilə qəzalarda kənd xəstəxanalarının sayını iki dəfə artırmağı nəzərdə tuturdu.
Həmin ildə Azərbaycan ərazisini Səhiyyə Nazirliyinə tabe olan 6 dairə müfəttişliyinə bölmək planlaşdırılırdı.
Hər dairəyə rəhbərlik edəcək müfəttiş öz dairəsində olan tibb müəssisələrinin və onların heyətlərinin fəaliyyətinə rəhbərlik etməli idi.
Digər tərəfdən, nazirlik ölkənin zəruri dərman preparatları ilə təchizi, hökumət və ictimai tibb müəssisələrinin dərmanla təminatı işini mərkəzləşdirməyi planlaşdırırdı.
Aprel işğalı nəticəsində nazirliyin fəaliyyətini dayandırması bu planların yerinə yetirilməsinə imkan vermədi.
Avstriya-Macarıstan imperiyasının, Bakının azad edilməsindən sonra buraya göndərdiyi nümayəndə heyəti nəzərdə tutulur.
Avstriya-Macarıstan hərbi heyəti polkovnik-leytenant Paulun yanındakı bir zabit, bir neçə əsgər və əlavə olaraq əsir məsələləri ilə məşğul olan iki-üç zabitdən ibarət idi.
Polkovnik-leytenant Paul müəyyən müddət Bakıda qaldıqdan sonra Tiflisə qayıtdı.
Yalnız əsir məsələləri ilə məşğul olanlar Bakıda qalmağa davam edirdi.
Avstriyalılar Rusiyadan gələn Avstriya əsirləri arasında bəzilərinin ordu adından mülki şəxs kimi zavod və müəssisələrdə işləməsinə icazə vermişdilər.
almanlardan fərqli olaraq heç nəyə müdaxilə etmirdilər.
Ancaq Bakının işğalı zamanı uşaq evi, xəstəxana və yetimxanalarda baş verən təcavüz, zərər və ziyan haqqında təhqiqat aparılmasının zəruriliyinə dair Avstriyanın Tiflisdəki nümayəndəsi Baron de Franket Şitabet tərəfindən bir məktub göndərilmiŞdi.
Bununla yanaşı, Baron 1918-ci il oktyabr ayının 12-də Tiflisdən öz ölkəsinə qayıdarkən mədəni şəkildə vidalaşaraq oradan yola düşmüşdü.
Alilikdə sadəlik.
Heydər Əliyev Film Azərbaycan Ümummilli Lideri Heydər Əliyevin 95 illik yubileyinə həsr olunub.
Filmdə taleyinə Ulu Öndərlə görüşmək imkanı düşən sadə xalq nümayəndələrinin maraqlı xatirələri və bununla bağlı olduqca maraqlı arxiv materialları əks olunub.
Film Azərbaycan Respublikasının Prezidenti Yanında Qeyri -Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sifarişi ilə hazırlanıb.
Jan-iv Le Drian — Fransa dövlət xadimi və siyasətçisi.
16 may 2012-ci ildən 17 may 2017-ci ilə qədər Jean-Marc Heroult, Manuel Vals, Bernard Kaznevin ofislərində Fransa Müdafiə naziri, 17 may 2017-ci ildən etibarən Eduard Flippinin ofisində, Fransanın Xarici işlər və Beynəlxalq Əməkdaşlıq naziri vəzifəsində çalışmışdır.
Jan-iv Le Drian 1973-cü ildə universiteti bitirmişdir.
17 may 2017-ci ildən etibarən Eduard Flippinin ofisində Fransa Xarici işlər və Beynəlxalq Əmakdaşdlıq naziri vəzifəsində.
2017-ci ildə Fransa Sosialist Partiyasının və Fransa Böyük Şərqinin üzvü olmuşdur.
Tomtiyevlər - Azərbaycan xalqının tanınmış soylarından biri.
Tale elə gətirib ki, mən gözlərimi dünyaya Sibirdə - Rusiya Federasiyasının Tomsk vilayətinin Baxçar rayonunda açmışam.
Bu, ana babam Sədi bəyin varlı olması, sovet quruluşunu qəbul etməməsi ilə bağlı olub.
Babamın özü böyük qardaşı Əmiraslan bəylə keçən əsrin 30-cu illərində Türkiyəyə keçib.
Burada qalan iki qardaşını "yeni quruluşu qəbul etmirsiniz", - deyə bolşeviklər məhkəməsiz güllələyiblər.
Valideylərimi isə Sibirə sürgün ediblər.
Bu, anamgilin, daha doğrusu, ana nənəmin və övladlarının ikinci sürgün həyatı olub.
Bundan əvvəl nənəmgilin ailəsini Qazaxıstana sürgün ediblər.
Babam isə doğma yurda bir də keçən əsrin 80-ci illərində, ömrünün qürub çağında, özünün dediyi kimi, Vətənin bir ovuc torpağı olmaq üçün qayıdıb.
Bizim ailə isə 8 il sürgündə qalandan sonra bəraət alıb geri dönüb.
Anamın əmisi Əmiraslan bəy Qazax rayonunun II Şıxlı kəndinin sayılıb-seçilən adamlarından olub.
Qori Müəllimlər Seminariyasının Azərbaycan şöbəsini bitirib.
Deyilənə görə, Vətəninə, el-obasına vurğunmuş, Azərbaycan Xalq Cümhuriyyətinə ürəkdən bağlıymış.
Namiq Camal oğlu Tomtiyev Xarici dillərdə informasiya baş redaksiyasının baş redaktoru”.
Qazaxın Tomtiyevlər nəslindəndir.
1962 ci ildə Bakıda ziyalı ailəsində doğulmuş, orta məktəbi, sonra Azərbaycan Dövlət Universitetinin fizika fakültəsini bitirmişdir.
1991-ci ilə qədər Azərbaycan Elmlər Akademiyasının Fizika institutunda işləmişdir.
Əmək fəaliyyətinin sonrakı bir neçə ili Azərbaycan” nəşriyyatı, Panorama” qəzetinin redaksiyası ilə bağlı olmuşdur.
ingilis dilini kifayət qədər yaxşı bilən və bu sahədə biliklərini daim təkmilləşdirən Namiq 2000-ci ildən AZƏRTAC-da çalışırdı.
ingilis dilinə tərcüməçi, böyük redaktor olmuş, sonra Xarici dillərdə informasiya baş redaksiyasının baş redaktoru təyin edilmişdir.
Bu redaksiyanın işinin günün tələbləri səviyyəsində qurulmasında, AZƏRTAC-ın xəbərlərinin dünyaya yayılmasında onun böyük əməyi olmuşdur.
Fəhəd əl-Mirdasi — Səudiyyə Ərəbistanından olan futbol hakimi.
Fəhəd əl-Mirdasi 2018-ci ilin may ayında Səudiyyə Ərəbistanının Futbol Federasiyası tərəfindən ömürlük diskvalifikasiya edilmişdir.
Buna səbəb onun danışılmış oyunlarda iştirakıdır.
Bu səbəbdən o, həbs edilmişdir.
Fəhəd əl-Mirdasi 2017-ci il Konfederasiyalar Kubokunda, o cümlədən Meksika və Portuqaliya yığmaları arasında keçirilmiş 3-cü yer uğrunda görüşü idarə etmişdir.
Həbsdən əvvəl 2018-ci il dünya çempionatına da təyinat almışdır.
Paris Sülh Konfransında yeni yaranmış respublikaların böyük dövlətlərin himayəsinə verilməsi qərara alınmışdı.
Azərbaycan Xalq Cümhuriyyətinin ingiltərə, Fransa və italiyadan birinin mandatlığına girəcəyi gündəmdə idi.
Fransa və ingiltərə Azərbaycan Xalq Cümhuriyyətini mandatlığa götürməkdə maraqlı deyildilər.
ingiltərə qoşunları Bakıya girdiyi ərəfədə burada qısa müddətə olduqlarını, yaxın zamanda buranı tərk edəcəklərini elan etmişdilər.
halda Fransa hökuməti onları nə hüquqi, nə də faktiki cəhətdən tanımaq istəmirdi.
Azərbaycanla ticarət, ümumiyyətlə, iqtisadi əlaqələr yaratmağa meyl göstərir.
Bu da şübhəsiz ki, Azərbaycanın təhlükəsizliyi baxımından kifayət deyildi.
Frank-Qafqazkomitəsinin ciddi cəhdlərinə baxmayaraq, Fransa hökumətinin Qafqaz mandatını götürmək fikri yox idi.