requested_url
stringlengths 14
556
| plain_text
stringlengths 300
10k
| published_date
stringlengths 10
10
| title
stringlengths 1
3.19k
| tags
stringlengths 0
829
| categories
stringlengths 0
1.04k
| author
stringclasses 999
values | sitename
stringlengths 3
167
| image_url
stringlengths 7
461
⌀ | language
stringclasses 1
value | language_score
float64 0.7
1
| responded_url
stringlengths 14
556
| publisher
stringclasses 103
values | warc_path
stringlengths 92
92
| crawl_date
stringlengths 25
25
|
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
https://report.az/multimedia/bakida-binalar-bayraga-burunub/
|
Bakı. 9 noyabr. REPORT.AZ/ Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur. “Report” xatırladır ki, Azərbaycan Prezidenti İlham Əliyevin 17 noyabr 2009-cu il tarixli sərəncamına əsasən, hər il noyabr ayının 9-u Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü kimi qeyd edilir. Azərbaycanın bir çox bölgələrində olduğu kimi, paytaxt Bakıda da insanlar arasında yüksək vətənpərvərlik ab-havası hiss olunur. Paytaxtın əksər hissələrində yerləşən hündürmərtəbəli yaşayış binalarının eyvanlarında, ali təhsil müəssisələrinin pəncərələrində Azərbaycan bayraqları asılıb.
|
2018-11-09
|
Bakıda binalar bayrağa bürünüb
|
Firi Salim
|
Report İnformasiya Agentliyi
|
az
| 0.999292 |
https://report.az/multimedia/bakida-binalar-bayraga-burunub/
|
report.az
|
https://data.commoncrawl.org/crawl-data/CC-NEWS/2018/12/CC-NEWS-20181204083052-00612.warc.gz
|
2018-12-04T09:44:46+00:00
|
|||
https://report.az/energetika/robin-danniqa-abs-cenub-qaz-dehlizine-desteyini-davam-etdirecek/
|
Bakı. 23 fevral. REPORT.AZ/ "Cənub Qaz Dəhlizi" (SGC) layihəsi ABŞ üçün əhəmiyyətli layihə olaraq qalır. "Report" xəbər verir ki, bunu bu gün Bakıda "Cənub Qaz Dəhlizi” Məşvərət Şurası çərçivəsində nazirlərin III toplantısından sonra keçirilən mətbuat konfransında çıxış edən ABŞ dövlət katibinin enerji diplomatiyası üzrə köməkçisinin müavini xanım Robin Danniqan deyib. R.Danniqanın sözlərinə görə, SGC Avropanın enerji təhlükəsizliyinin təminatı baxımından çox əhəmiyyətlidir: "Mən səhər burada ABŞ dövlət katibi cənab Reks Tillersonun məktubunu oxudum. Cənab Tillerson da bildirir ki, "Cənub Qaz Dəhlizi" layihəsi ABŞ üçün və Avropanın enerji təhlükəsizliyi sahəsində əhəmiyyətli layihə olaraq qalır". ABŞ rəsmisi deyib ki, bütün tərəfdaşlar kimi, onun təmsil etdiyi ölkə də SGC-yə dəstəyini davam etdirəcək.
|
2017-02-23
|
Robin Danniqan: 'ABŞ 'Cənub Qaz Dəhlizi'nə dəstəyini davam etdirəcək'
|
Tural İbadlı
|
Report İnformasiya Agentliyi
|
az
| 0.999556 |
https://report.az/energetika/robin-danniqa-abs-cenub-qaz-dehlizine-desteyini-davam-etdirecek/
|
report.az
|
https://data.commoncrawl.org/crawl-data/CC-NEWS/2018/12/CC-NEWS-20181204030920-00609.warc.gz
|
2018-12-04T04:19:06+00:00
|
|||
https://report.az/multimedia/sabranda-cin-cixaran-sexsler-onu-40-deqiqe-nar-cubugu-ile-doyenden-sonra-oldu-vi-deo/
|
Şabran. 12 noyabr. REPORT.AZ/ Şabran rayonunda kirayədə yaşadığı evdə Bakı şəhər sakini, 25 yaşlı Murad Soltanovun üzərində zorakılıq əlamətləri olan meyiti tapılıb. "Report"un Şimal bürosu xəbər verir ki, polis və prokurorluq orqanları əməkdaşlarının keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində hadisənin altı nəfər tərəfindən törədildiyi müəyyən edilib. Araşdırmalarla onların Şabran şəhər sakinləri - Vüsal İbrahimov, Əfqan Tanrıverdiyev, Cəmil Qayıbov, Sahib Xəlilov, Aprel Xəlilov və Füzuli Qəribov olduqları müəyyənləşdirilib və onlar şübhəli şəxslər qismində saxlanılaraq Şabran rayon Polis şöbəsinə gətiriliblər. İlkin təhqiqat zamanı saxlanılanlar törətdikləri cinayət əməllərini etiraf ediblər. Həmin şəxslərin evdə M.Soltanovu guya xalq təbabətindən istifadə olunmaqla müxtəlif formada müalicə etdikləri, bədənindən şər qüvvələri çıxarmaq adı ilə nar ağacının çubuqları ilə vuraraq ona ağır bədən xəsarətlər yetirdikləri, məhz bundan sonra sonuncunun kirayədə qaldığı mənzildə dünyasını dəyişdiyi məlum olub. Araşdırmalarla M.Soltanovun Bakı şəhərində əvvəllər də eyni üsulla guya müalicə aldığı, lakin sonuncu belə “seans” zamanı sağlamlıq durumunun qəfil pisləşdiyi müəyyən edilib. Saxlanılan şəxslər polisə verdikləri ifadələrində M.Soltanovu 2 seans "müalicə" etdiklərini, ikinci seansın 40 dəqiqə çəkdiyini bildiriblər. Onların sözlərinə görə, M.Soltanov 40 dəqiqə nar çubuğu ilə döyülməsi nəticəsində ağır bədən xəsarətləri alaraq ölüb Eyni zamanda keçirilən tədbirlərlə Vüsal İbrahimovun yaşadığı evə baxış zamanı oradan 1 ədəd qanunsuz olaraq saxladığı “Toz-8” markalı tüfəng aşkar edilərək götürülüb. Faktla bağlı Cinayət Məcəlləsinin 126.3 (iki və ya daha çox şəxsə qarşı, habelə təkrar və ya bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən törədilən qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 138.2-1-ci (Tətbiqi müəyyən olunmuş qaydada qadağan edilmiş diaqnostika və müalicə üsullarını, dərman vasitələrini tətbiq etmə ehtiyatsızlıqdan şəxsin ölümünə və ya sağlamlığına ağır və ya az ağır zərər vurulmasına səbəb olduqda) maddələri ilə cinayət işi başlanılıb, istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.
|
2018-11-12
|
Şabranda 'cin çıxaran' şəxslər: 'Onu 40 dəqiqə nar çubuğu ilə döyəndən sonra öldü' - VİDEO
|
Valeh Dadaşov
|
Report İnformasiya Agentliyi
|
az
| 0.999945 |
https://report.az/multimedia/sabranda-cin-cixaran-sexsler-onu-40-deqiqe-nar-cubugu-ile-doyenden-sonra-oldu-vi-deo/
|
report.az
|
https://data.commoncrawl.org/crawl-data/CC-NEWS/2018/12/CC-NEWS-20181204083052-00612.warc.gz
|
2018-12-04T09:45:05+00:00
|
|||
https://report.az/multimedia/berdede-avtomobil-ogurlugu-ile-mesgul-olan-iki-nefer-tutulub-vi-deo/
|
Bərdə. 19 oktyabr. REPORT.AZ/ Bərdə rayonnunda avtomobil oğurluğu ilə məşğul olan iki nəfər tutulub. "Report"un Qarabağ bürosunun məlumatına görə, Bərdə Rayon Polis Şöbəsinə (RPŞ) rayon sakini, Fərahim Əliyev şikayət edərək ona məxsus "VAZ-21011" markalı avtomobilin qaçırılması barədə məlumat verib. Bərdə RPŞ əməkdaşları tərəfindən aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobili qaçırmaqda şübhəli bilinən Yevlax rayon sakini, əvvəllər məhkum olunmuş Andrey Xəlilov saxlanılaraq şöbəyə gətirilib. A.Xəlilovun üzərinə baxış keçirilən zaman onun cibindən 5.04 qram narkotik vasitə olan tiryək də aşkar edilərək götürülüb. Dindirmə zamanı o, törətdiyi əməli etiraf edib. Qaçırılan avtomobil və saxlanılan şəxsin üzərində aşkarlanan narkotik vasitə maddi sübut kimi götürülüb. Rayon ərazsində daha bir avtomobilin qaçırılması barədə Bərdə RPŞ-yə müraciət olunub. Rayon sakini Fuad Mirzəyevə məxsus “VAZ-21011” markalı avtomobil qaçırılıb. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində həmin avtomobili qaçırmaqda şübhəli bilinən, rayonun Mehdili kənd sakini, Bəxtiyar Əliyev saxlanılıb. Hər iki oğurluq faktına görə araşdırmalara başlanılıb.
|
2018-10-19
|
Bərdədə avtomobil oğurluğu ilə məşğul olan iki nəfər tutulub - VİDEO
|
Valeh Dadaşov
|
Report İnformasiya Agentliyi
|
az
| 0.998978 |
https://report.az/multimedia/berdede-avtomobil-ogurlugu-ile-mesgul-olan-iki-nefer-tutulub-vi-deo/
|
report.az
|
https://data.commoncrawl.org/crawl-data/CC-NEWS/2018/12/CC-NEWS-20181204083052-00612.warc.gz
|
2018-12-04T09:45:18+00:00
|
|||
https://report.az/multimedia/azerbaycanli-ressamin-adi-i-stanbulda-ebedilesdirilib/
|
İstanbul. 7 noyabr. REPORT.AZ/ Azərbaycanın İstanbuldakı Baş konsulluğunun təşəbbüsü və Bəyoğlu Bələdiyyəsinin dəstəyi ilə azərbaycanlı rəssam, 20 yaşında ailəsi ilə İstanbula köçən Rəhman Səfiyevin (Türkiyədə təxəllüsü İbrahim Safidir) adı “Taksim”də, “İstiqlal prospekti”ndə əbədiləşdirilib. Baş Konsulluqdan “Report”un Türkiyə bürosuna verilən məlumata görə, rəssamın uzun illər yaşadığı binanın üzərinə vurulan xatirə lövhəsində Azəbaycanın və Türkiyənin dövlət bayraqları əks olunub, rəssam haqqında məlumatlar yer alıb. Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda anadan olan rəssam Türkiyəyə pənah gətirdikdən sonra İbrahim Safi təxəllüsü ilə rəsmlər çəkməyə başlayıb və qardaş ölkənin tanınmış rəssamlarından birinə çevrilib. Safi 100-cü fərdi sərgisindən bir neçə gün sonra 1983-cü ildə dünyasını dəyişib. Azərbaycanın İstanbuldakı Baş konsulu Məsim Hacıyev “Report”a açıqlamasında Tükiyədə İbrahim Safinin adının onun yaşadığı səmtdə əbədiləşdirilməsinin çox böyük əhəmiyyət daşıdığını deyib. Baş konsul əsərləri ilə təkcə Türkiyədə deyil, Avropada da çoxlarının tanıdığı rəssamın Azərbaycan sevdalısı olduğunu bildirib. İbrahim Safinin rəsm əsərləri hazırda Osmanlı dövründən bu günə qədər qorunub saxlanılan Topqapı muzeyinin, Dolmabağça və Çırağan saraylarının divarlarında əks olunub. Vüsalə Abbasova
|
2018-11-07
|
Azərbaycanlı rəssamın adı İstanbulda əbədiləşdirilib - FOTO - VİDEO
|
News Department
|
Report İnformasiya Agentliyi
|
az
| 0.999786 |
https://report.az/multimedia/azerbaycanli-ressamin-adi-i-stanbulda-ebedilesdirilib/
|
report.az
|
https://data.commoncrawl.org/crawl-data/CC-NEWS/2018/12/CC-NEWS-20181204083052-00612.warc.gz
|
2018-12-04T09:45:33+00:00
|
|||
https://www.bbc.com/azeri/vert-fut-46436593
|
10 dəqiqəyə özünü necə xoşbəxt etmək olar. Altı sadə addım Bu proqramda cəmi altı sadə addım var. Lakin əgər siz adətən qəhvəyə ayırdığınız vaxtdan daha azını, gündə cəmi 10 dəqiqənizi ona həsr etsəniz, bu, sizə əhəmiyyətli dərəcədə xoşbəxtlik gətirə bilər. Çox güman ki, sizin heç bir psixoloji pozuntunuz yoxdur. Hərçənd gündəlik stress əzib suyunuzu çıxarır və nəticədə sizi həyatdan məmnunluq hissindən məhrum edir. Ola bilər ki, siz artıq bu barədə eşitmisiniz, lakin biz təkrarlayırıq. Sizə bu bataqlıqdan çıxmaq üçün kömək edəcək çoxlu müxtəlif strategiyalar var. "Müsbət psixologiya" adlanan elmi istiqamət 20 ildir ki mövcuddur və sizin əhvalınızın yaxşılaşması istiqamətində saysız texnika təklif edir. Lakin siz deyəcəksiniz ki, mənim bununla məşğul olmağa vaxtım yoxdur. Sizə Britaniyanın Mərkəzi Lancassire Universitetinin müəllimi Sandi Mann cavab verir: bunun bir sadə yolu var. Mann böyük təcrübəsi olan klinika psixoloqudur. Mann-ın təklif etdiyi yol barədə onun "Xoşbəxtlik üçün 10 dəqiqə" adlı kitabında ətraflı yazılıb. Fəaliyyət proqramı altı suala cavab verən gündəlik şəklindədir. Beləliklə, sizin üçün hər ötən günün hadisələri 6 hissədən ibarət olacaqdır. Suallar bunlardır: Siz hansı hadisələrdən və şeylərdən (hətta ən sadə olsa belə) məmnun qalmısınız? Sizi nəyə görə tərifləyiblər? Sizin bu gün nədə bəxtiniz gətirib, hansı hallarda uğur sizinlə olub? Bu hətta kiçik nailiyyətlər belə olsa, siz nəyə nail olmusunuz? Hansı hallarda və nəyə görə minnətdarlıq hissi keçirmisiniz? Siz necə xeyirxahlıq göstərmisiniz? Bu proqramın böyük hissəsi çoxlu sayda elmi tədqiqatlar əsasında qurulub: siz müntəzəm olaraq ötən günün hadisələrinin belə (altı pilləli) qiymətləndirilməsinə azca vaxt ayırsanız, tədricən sizin həyata münasibətiniz o dərəcədə dəyişəcək ki, özünüzü əvvəlkindən daha çox xoşbəxt hiss edəcəksiniz. Məsələ ondadır ki, bizim əhvalımız pis olan zaman başımıza gələn yaxşı hadisəni də lazımınca qiymətləndirə bilmirik. Hər gün bu cür sadə gündəliyin tutulması isə sizə baş verən yaxşı hadisəni xatırlamağa, onu vurğulamağa, sizin üçün mühüm hesab etməyə kömək edəcəkdir. Mann qeyd edir ki, bu üsulun üstünlüyü yalnız gün ərzində baş verən müsbət şeylərin təsvir edilməsi sayəsində sizin əhvalınızın yaxşılaşmasında deyil. Həyatın çətin vaxtlarında həmçinin köhnə qeydlərin təkrar oxunması da çox kömək edə bilər. Əlaqələndirici yaddaşımız işləmə rejimindən asılı olaraq pis əhval-ruhiyyədə olduğumuz, özümüzü bədbəxt hiss etdiyimiz zaman baş verən hadisələrlə bağlı xatirələri geri gətirir. Bu baş verən zaman gündəliyinizi vərəqləyin, bu sizə ümidsizlik burulğanından çıxmağa köməklik edəcəkdir. Altı bənddən ibarət üsul son dövrlər aparılan xeyrixahlıq gücü araşdırmalarına əsaslanıb. Alimlər təsdiqləyirlər ki, sizin qərəzsiz davranışlarınız təkcə sizi əhatə edənlərə fayda vermir, həmçinin sizin əhvalınızı yüksəldir, ümimiyyətlə həyatdan məmnun qalırsınız. Məsələn, siz tanımadığınız birinə kömək etmək üçün bir az pul xərcləmisiniz. Bu sizi o qədər xoşbəxt edir ki, siz bu pulu özünüzə xərcləmiş olsaydınız özünüzü bu qədər xoşbəxt hiss etməzdiniz. Bu nəticə təsdiqlənib və 130 ölkədə keçirilən araşdırmalar zamanı təkrarlanıb. Əgər siz həyatınızdakı bu cür hallara qarşı diqqətli olsanız, əgər günün sonunda onları ətraflı xatırlasanız, o zaman onların yaratdığı xoş hisslər uzun müddət sizinlə qalacaq. Onlar sizin günlərinizi isidəcək və sizi gələcəkdə bu cür davranışlara ruhlandıracaqdır. Əlbəttə ki, günün hadisələrinə cəmi 10 dəqiqəlik baxış möcüzələr yaratmır. Mann qeyd edir ki, depressiyanın başlanğıcında olduğunuzdan şübhələnirsinizsə, mütləq peşəkar yardım almaq üçün həkimə müraciət edin. Lakin ciddi kliniki əlamətlər olmayanlar pis əhval-ruhiyyədən şikayətlənirsə, o zaman bu üsul səhv yoldan dönməyə, normal həyata qayıtmağa kömək edəcəkdir. Əgər Mann-ın yanaşması sizin diqqətinizi cəlb etdisə, onda yəqin ki, onun cansıxıcılıq barədə paradoksal araşdırması da sizə maraqlı gələ bilər. Təcrübələr silsiləsi nəticəsində o, cansıxıcılığın qısa dövrlərinin ciddi üstünlüklərə malik olduğunu müəyyən edib. Məsələn, tələbələrdən telefon kitabçasını mənasızca yenidən doldurmaları istənilib. Onların sonradan məntiqi məsələlərin həllində darıxmaqdan əziyyət çəkməyənlərlə müqayisədə daha yaxşı yaradacı yanaşma nümayiş etdirdikləri ortaya çıxıb. Mann ehtimal edir ki, cansıxıcı məşğuliyyətlər beyinə hədəfsiz dolaşmaq və arzulamaq imkanı verir və bu da sonradan düşünmək üçün böyük rahatlıq yaradır. "Əgər siz hansısa problemi həll edərkən küncə sıxışdığınızı hiss etsəniz, özünüzə bir az vaxt verin. Darıxın və siz beyninizdə məsələnin həllinin yarandığını görəcəksiniz",- deyə Mann BBC Reel-ə bildirib. Bu gün bunu xatırlamaq xüsusilə vacibdir. Çünki biz hər fürsətdə beynimizi nəyləsə məşğul etmək üçün sosial şəbəkələrə daxil olmağa səy göstəririk. "Biz darıxmağı özümüzdən kənarlaşdırmağa son qoymalıyıq", - o qeyd edib. Müəyyən vaxtdan sonra ola bilsin ki, siz hətta cansıxıcı dövrlərə qarşı səbrinizin artdığını görəcəksiniz. Belə ki, əvvəllər sizi dəli edən cansıxıntısına sakitləşmək və düşünmək üçün əla imkan kimi baxmağa başlayacaqsınız. "Paradoks ondan ibarətdir ki, darıxmağın öhdəsindən gəlməyin ən yaxşı yolu, ona həyatınıza sərbəst daxil olmasına imkan verməkdir",- deyə Sandi Mann yekunlaşdırıb. Bu yazını ingiliscə BBC Futuredə oxuyun. Digər Dərgi yazılarımız buradadır.
|
2018-12-04
|
10 dəqiqəyə özünü necə xoşbəxt etmək olar. Altı sadə addım
|
İdeyalar
|
Дэвид Робсон
|
BBC News Azərbaycanca
|
az
| 0.999678 |
https://www.bbc.com/azeri/vert-fut-46436593
|
bbc.com
|
https://data.commoncrawl.org/crawl-data/CC-NEWS/2018/12/CC-NEWS-20181204083052-00612.warc.gz
|
2018-12-04T09:45:33+00:00
|
||
https://report.az/multimedia/robot-sofiya-asan-xidmet-merkezinde-konullu-olub-fotoreportaj/
|
Video əlavə olunub *** saat 15:05 Bakı. 23 oktyabr. REPORT.AZ/ Dünyanın tanınmış robotu Sofiya Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin 3 saylı “ASAN xidmət” mərkəzində könüllü kimi fəaliyyət göstərib. “Report” xəbər verir ki, o, mərkəzə müraciət edən vətəndaşlardan rəy sorğularının alınmasında iştirak edib. Məlumat verilib ki, Sofiya robotu dünyada ilk süni intellekt humanoid robotudur. Bu robot 2015-ci ildə Hanson Robotiks şirkəti tərəfindən hazırlanıb və süni intellekt əsasında insanla ünsiyyət saxlaya və fikir mübadiləsi apara bilər. Robotun əsas fərqləndirici xüsusiyyətlərindən biri də insana məxsus 60-dan çox emosiyanı əks etdirə bilməsidir. Sofiya bu günə qədər dünyada bir çox məşhur simalar, prezidentlər, məşhur aktyorlar və beynəlxalq təşkilatların rəhbər şəxsləri ilə görüşüb, tanınmış televiziya kanallarında xəbər proqramları və teledebatlarda iştirak edib. Qeyd edək ki, Sofiya robotu Azərbaycanda ilk dəfə oktyabrın 22-də İmişli rayonunda “ASAN Həyat” kompleksinin açılışı zamanı Prezident İlham Əliyevə təqdim olunub. “ASAN xidmət” modeli ilə tanış olan Sofiya onun rahat, çox müasir və vətəndaşyönümlü olduğunu vurğulayıb. Onun nüfuzundan istifadə edərək keçirəcəyi görüşlərdə, beynəlxalq tədbirlərdə bu modeli təbliğ etməsi ilə bağlı danışıqlar aparılır.
|
2018-10-23
|
Robot Sofiya “ASAN xidmət” mərkəzində könüllü olub - FOTOREPORTAJ - VİDEO - YENİLƏNİB
|
Firi Salim
|
Report İnformasiya Agentliyi
|
az
| 0.999178 |
https://report.az/multimedia/robot-sofiya-asan-xidmet-merkezinde-konullu-olub-fotoreportaj/
|
report.az
|
https://data.commoncrawl.org/crawl-data/CC-NEWS/2018/12/CC-NEWS-20181204083052-00612.warc.gz
|
2018-12-04T09:45:36+00:00
|
|||
https://report.az/multimedia/robot-hazirlayan-azerbaycanli-sagirdler-vi-deoreportaj/
|
Bakı. 6 sentyabr. REPORT.AZ/ Azərbaycanlı şagirdlərdən ibarət komanda 2017-ci ildən etibarən Beynəlxalq Robot Olimpiadasına (First Global) qoşulub. Bu il də komanda yenilənmiş heyətlə yarışmada iştirak etmək üçün Meksikaya gedib. Beynəlxalq robot yarışmasına qatılan komandanın mentoru Yusifbəy Padarov və komandanın kapitanı Ülvi Musayev təəssüratlarını “Report”a danışıb. 6 şagird Yarışmaya Azərbaycandan qatılacaq şagirdləri Rövşən Zeynalov seçib, hansı ki, bura robot texnologiyası ilə bağlı bilikləri olan şagirdlər qatıla bilərlər. Bu il yarışmaya 6 şagird qatılıb: Ülvi Musayev, Sinan Süleymanlı, Akşin Yusifzadə, Əli Tağıyev, Cavid Rzayev və Adil Ağayev. Şagirdlərin mentoru isə Yusifbəy Padarov olub. Komanda üzvləri avqust ayının 11-dən 22-dək Meksikada olub. Bu müddətdə şagirdlər yarışma ilə, digər komandalarla, onların işləri ilə tanış olublar, testlər ediblər. Qısa müddətdə hazırlanan robot Azərbaycan komandası yarışmaya qısa müddətdə hazırlaşıb. Müvafiq laboratoriyada 6 şagird bir yerdə çalışıb. Yarışmaya təqdim olunan robot təxminən 2 həftə ərzində hazırlanıb. Robotun əsas funksiyası qutuları yığıb müəyyən edilmiş əraziyə daşımaq, külək və günəş enerjisindən müəyyən qədər xal əldə etmək olub. Hazırlanan robotun maliyyə dəyəri, təxminən, 500-600 dollar civarındadır. Uğura aparan kələ-kötür yol Yarışa az müddət qalmış komandanın proqramçısı onlardan ayrıldığı üçün şagirdlər müəyyən çətinliklərlə qarşılaşıblar. Komandanın kapitanı Ülvi Musayev proqramçının görməli olduğu işi qısa müddətdə öyrənib. Digər çətinlik isə Meksikaya getmək üçün maliyyə tapmaq məsələsi olub. Bütün bu çətinliklər komandanın hədəfinə doğru getməyinə mane olmayıb, onlar Azərbaycanı uğurla təmsil ediblər. Tövsiyyə Ülvi Musayev bundan sonra yarışmalara qatılacaq şagirdlərin daha tez hazırlıqlara başlamalarını və testlər etməklərini tövsiyyə edib. Çünki yarışmada təcrübəli olmaq mühüm rol oynayır. Yusifbəy Padarov isə bildirib ki, Azərbaycanda sistem üzrə fəaliyyət göstərən məktəblər yaradılmalıdır və ya məktəblərin daxilində şagirdlərə bu istiqamətdə kömək edə bilən sistem qurulmalı, bu məsələ ancaq özəl məktəblərə aid olmamalıdır, dövlət məktəblərində də şagirdlərə imkanlar yaradılmalıdır. O həmçinin qeyd edib ki, bütün sahələrdə olduğu kimi, bu sahədə də rəqiblərin olması vacibdir. İnkişaf üçün rəqabət vacibdir. Amma nəticə odur ki, hazırda Azərbaycanda robot texnologiyaya bağlı maraqlar çox da inkişaf etməyib.
|
2018-09-06
|
Robot hazırlayan azərbaycanlı şagirdlər - VİDEOREPORTAJ
|
Aynur Osmanqızı
|
Report İnformasiya Agentliyi
|
az
| 0.99906 |
https://report.az/multimedia/robot-hazirlayan-azerbaycanli-sagirdler-vi-deoreportaj/
|
report.az
|
https://data.commoncrawl.org/crawl-data/CC-NEWS/2018/12/CC-NEWS-20181204083052-00612.warc.gz
|
2018-12-04T09:45:39+00:00
|
|||
https://report.az/multimedia/badamdarda-torpaq-surusmesi-bas-verib-8-aileye-evlerini-terk-etmekle-bagli-xeberdarliq-olunub/
|
Foto və video əlavə olunub *** saat 13:33 Bakı. 12 oktyabr. REPORT.AZ/ Badamdar şossesində torpaq sürüşməsi baş verib. Səbail rayon İcra Hakimiyyətindən "Report"a verilən məlumata görə, oktyabrın 12-də gecə saatlarında Səbail rayonu Badamdar qəsəbəsi Badamdar şossesində (Badamdar-20-ci sahəni birləşdirən yol) kəskin maili dağ yamacında, əvvələr tikilən istinad divarının yaxınlığında torpaq qatının çökməsi halı qeydə alınıb. Məsələ ilə əlaqədar hazırda Fövqəladə Hallar Komissiyası, Səbail Rayon İcra Hakimiyyəti və Respublika Seysmoloji Xidmət Mərkəzinin rəhbərliyi, Fövqəladə Hallar, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin mütəxəssisləri hadisə yerində olublar. Müvafiq qurumların mütəxəssisləri tərəfindən ərazidə araşdırmalar aparılır. Vətəndaşların və Badamdar yolundan keçən avtomobillərin təhlükəsizliyinin təminatı üçün müvəqqəti olaraq Badamdar şossesinin bu əraziyə düşən hissəsində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb. Bildirilib ki, əraziyə yaxın obyeklərini fəaliyyəti dayandırılıb, Badamdar qəsəbəsi 3-cü yaşayış massivində dağ yamacının üst hissəsində yerləşən 8 fərdi yaşayış evlərində yaşayan vətəndaşlar müvəqqəti olaraq evlərini tərk etmələri ilə bağlı xəbərdarlıq edilib. Hazırda ərazıdə araşdırmalar aparılır.
|
2018-10-12
|
Badamdarda torpaq sürüşməsi baş verib, 8 ailəyə evlərini tərk etməklə bağlı xəbərdarlıq olunub - FOTOREPORTAJ - VİDEO - YENİLƏNİB
|
Elçin Murad
|
Report İnformasiya Agentliyi
|
az
| 0.999863 |
https://report.az/multimedia/badamdarda-torpaq-surusmesi-bas-verib-8-aileye-evlerini-terk-etmekle-bagli-xeberdarliq-olunub/
|
report.az
|
https://data.commoncrawl.org/crawl-data/CC-NEWS/2018/12/CC-NEWS-20181204083052-00612.warc.gz
|
2018-12-04T09:45:46+00:00
|
|||
https://report.az/multimedia/berde-sakini-cellekden-avtomobil-hazirlayib-vi-deo/
|
Bərdə. 19 noyabr. REPORT.AZ/ Bərdə rayon sakini yararsız dəmir çəlləklərdən avtomobil hazırlayıb. "Report"un Qarabağ bürosu xəbər verir ki, rayon sakini Tofiq Kərimovun hazırladığı avtomobil iki qapılıdır və maşına 4 nəfər əyləşə bilər. T.Kərimovun sözlərinə görə, avtomobilin hazırlanmasında VAZ-ın ehtiyat hissələrindən istifadə olunub. Oturacaqlar isə BMW markalı avtomobilindir: "Bu, mənim ilk işimdir. Maşını əkin sahələrində istifadə etmək üçün hazırlamışam və olduqca çox rahat çalışır. Artıq bu avtomobildən kənd təsərrüfatı sahəsində istifadə edirəm. Bu avtomobillə tarladan 2 tona yaxın pambıq daşımaq mümkündür. Bundan başqa, avtomobilin üzərində müəyyən dəyişiklik etməyi planlaşdırmışam. Əlavə olaraq isə avtomobilin önünə otbiçən quraşdırmağı düşünürəm". O, əlavə edib ki, istənilən şəxs üçün 2000 manata bu avtomobildən hazırlaya bilər. Qeyd edək ki, avtomobil beş dəmir çəlləkdən istifadə olunmaqla beş ay müddətinə hazırlanıb.
|
2018-11-19
|
Bərdə sakini çəlləkdən avtomobil hazırlayıb - VİDEO
|
Valeh Dadaşov
|
Report İnformasiya Agentliyi
|
az
| 0.999581 |
https://report.az/multimedia/berde-sakini-cellekden-avtomobil-hazirlayib-vi-deo/
|
report.az
|
https://data.commoncrawl.org/crawl-data/CC-NEWS/2018/12/CC-NEWS-20181204083052-00612.warc.gz
|
2018-12-04T09:45:49+00:00
|
|||
https://report.az/energetika/kaxa-kaladze-azerbaycanla-elektrik-enerjisinin-dasinmasi-sahesinde-emekdasligi-genislendirilmek-ni/
|
Tbilisi. 15 aprel. REPORT.AZ/ “Bu gün Azərbaycan ilə Gürcüstan bir sıra sahələrdə olduğu kimi, elektrik enerjisinin daşınması ilə bağlı layihəni də uğurla həyata keçirirlər. Artıq çox yaxşı nailiyyətlərimiz var və biz, bu layihəni daha da genişləndirmək niyyətindəyik”. “Report”un Gürcüstan bürosu xəbər verir ki, bu sözləri jurnalistlərə Gürcüstanın Energetika naziri Kaxa Kaladze söyləyib. Nazir deyib ki, bu gün Azərbaycan, Gürcüstan və Türkiyə arasındakı “energetika körpüsü” işi də uğurla davam edir. Məhz bu körpü vasitəsilə 2016-cı ildə Azərbaycandan Gürcüstan ərazisindən keçməklə Türkiyəyə 1 milyard kilovat-saat elektrik enerjisi ötürülüb. Hazırda transsərhəd zonalarda enerji mübadiləsinin gücləndirilməsi istiqamətində iş aparılır. “Düşünürəm ki, 2017-ci ildə biz bu sahədə daha böyük uğurlar qazanacağıq və elektrik enerjisinin ötürülməsi istiqamətindəki rəqəm daha da artacaq”, - deyə Kaladze vurğulayıb.
|
2017-04-15
|
Kaxa Kaladze: “Azərbaycanla elektrik enerjisinin daşınması sahəsində əməkdaşlığı genişləndirmək niyyətindəyik'
|
News Department
|
Report İnformasiya Agentliyi
|
az
| 0.999066 |
https://report.az/energetika/kaxa-kaladze-azerbaycanla-elektrik-enerjisinin-dasinmasi-sahesinde-emekdasligi-genislendirilmek-ni/
|
report.az
|
https://data.commoncrawl.org/crawl-data/CC-NEWS/2018/12/CC-NEWS-20181204030920-00609.warc.gz
|
2018-12-04T04:19:42+00:00
|
|||
https://report.az/multimedia/zeytunluq-da-16-hektar-erazinin-hasarlari-sokulub/
|
Bakı. 7 sentyabr. REPORT.AZ/ Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən paytaxtın rayonlarında qasnunsuz zəbt olunmuş ərazilərin hasarlarının söküntüsü işləri davam etdirilir. “Report” Binəqədi rayonu 6-cı mikrorayon ərazisindəki “Zeytunluq” adlanan ərazidə söküntü işləri zamanı hazırladığı videomaterialı təqdim edir. Qeyd edək ki, Bakı Şəhər İcra Hakimiyyəti Binəqədi Rayon İcra Hakimiyyəti ilə birgə texnika və işçi qüvvəsi cəlb olunmaqla zeytunluq ərazisində, ümumilikdə 3 ha sahədə müxtəlif şəxslər tərəfindən qanunsuz zəbt olunmuş 16 torpaq sahəsinin hasarları sökülüb, ərazi tikinti materialları və tullantılardan təmizlənib. Bu ərazidə yeni ağacların əkilərək yaşıllıqların bərpa olunması ilə bağlı işlərə başlanıb. Park ərazisinin qanunsuz olaraq hasarlanması və yaşıllıqların məhv edilməsi ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət olunacaq.
|
2018-09-07
|
“Zeytunluq”da 3 hektar ərazinin hasarları sökülüb - VİDEO
|
Elçin Murad
|
Report İnformasiya Agentliyi
|
az
| 0.999609 |
https://report.az/multimedia/zeytunluq-da-16-hektar-erazinin-hasarlari-sokulub/
|
report.az
|
https://data.commoncrawl.org/crawl-data/CC-NEWS/2018/12/CC-NEWS-20181204083052-00612.warc.gz
|
2018-12-04T09:46:03+00:00
|
|||
https://report.az/multimedia/bakida-az-avtomobil-cox-heyat-suari-ile-veloyurus-kecirilib/
|
Bakı. 7 oktyabr. REPORT.AZ/ Bakıda “Az avtomobil, çox həyat” şüarı ilə veloyürüş keçirilib. "Report"un məlumatlna görə, yürüşdən əvvəl iştirakçılara təhlükəsizlik qaydaları barədə məlumat verilib. Daha sonra veloyürüş Azneft meydanından start götürərək Heydər Əliyev Mərkəzinədək davam edib. Yürüşün sonunda iştirakçılara diplom və təşəkkürnamələr verilib. Jurnalistlərə açıqlama verən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat xidmətinin rəhbəri İradə İbrahimova bildirib ki, veloyürüşün keçirilməsində məqsəd İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına dair Paris Razılaşmasından irəli gələn öhdəliyin (2030-cu ilə qədər CO2 miqdarının 35 faizə qədər azalma) yerinə yetirilməsinə həm dövlət təşkilatları, həm də özəl sektorun diqqətini cəlb etmək, istilik effekti yaradan qazların azaldılmasına töhfə vermək və avtomobilsiz istirahət günü ənənəsini təbliğ etməkdir. Qeyd edək ki, 200 nəfərin iştirak etdiyi yürüş ETSN-in təşəbbüsü, Dövlət Təhlükəsizlik Xidmətinin, İDEA İctimai Birliyinin, BMT-nin Azərbaycandakı Nümayəndəliyinin, Təhsil Nazirliyinin, Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin, Azərbaycan Velosiped İdmanı Federasiyasının və “İsma bike”in iştirakı ilə baş tutub. Foto/video: Firi Səlim
|
2018-10-08
|
Bakıda “Az avtomobil, çox həyat” şüarı ilə veloyürüş keçirilib - FOTO - VİDEO
|
Samirə Abdullayeva
|
Report İnformasiya Agentliyi
|
az
| 0.999195 |
https://report.az/multimedia/bakida-az-avtomobil-cox-heyat-suari-ile-veloyurus-kecirilib/
|
report.az
|
https://data.commoncrawl.org/crawl-data/CC-NEWS/2018/12/CC-NEWS-20181204083052-00612.warc.gz
|
2018-12-04T09:46:06+00:00
|
|||
https://report.az/multimedia/cocuq-mercanli-sakinleri-nece-yasayir-foto-vi-deoreportaj/
|
Cəbrayıl. 20 oktyabr. REPORT.AZ/ Cocuq Mərcanlı kəndi 1993-cü ildə Ermənistan silahlı birləşmələri tərəfindən işğal olunmuşdu. 1994-cü ildə həyata keçirilən “Horadiz” əməliyyatı zamanı Füzuli rayonunun 20-dən çox yaşayış məntəqəsi ilə yanaşı, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi də işğaldan azad edilib. Lakin Lələtəpə yüksəkliyi erməni işğalçılarının nəzarətində olması kənd sakinlərinin ora qayıtmasını mümkünsüz edirdi. 2016-cı ilin aprel ayında Azərbaycan Ordusunun həyata keçirdiyi uğurlu əks-hücum əməliyyatı nəticəsində Lələtəpə yüksəkliyi erməni işğalından azad edilib və kənddə insanların təhlükəsiz yaşaması mümkün olub. Bununla da tarixən burada yaşamış dinc əhalinin öz doğma yurdlarına qayıtması üçün Azərbaycan Silahlı Qüvvələrinin tam nəzarətinə keçmiş ərazidə əsaslı yenidənqurma işləri aparılıb. Cocuq Mərcanlı kəndinə ilkin mərhələdə 50 ailə, ikinci mərhələdə isə 70 ailə köçürülüb. Ümumilikdə, 1428 nəfərin köçürüldüyü kəndə daha 30 məcburi köçkün ailəsinin köçürülməsi nəzərdə tutulub. Bəs görəsən, bu ailələr yeni salınan Cocuq Mərcanlı kəndində necə yaşayır? "Report"un Qarabağ bürosunun müxbiri Şamxal Adıgözəlov bununla bağlı videoreportaj hazırlayıb. Həmin videoreportajı təqdim edirik.
|
2018-10-20
|
Cocuq Mərcanlı sakinləri necə yaşayır? - FOTO - VİDEOREPORTAJ
|
Valeh Dadaşov
|
Report İnformasiya Agentliyi
|
az
| 0.999587 |
https://report.az/multimedia/cocuq-mercanli-sakinleri-nece-yasayir-foto-vi-deoreportaj/
|
report.az
|
https://data.commoncrawl.org/crawl-data/CC-NEWS/2018/12/CC-NEWS-20181204083052-00612.warc.gz
|
2018-12-04T09:46:13+00:00
|
|||
https://report.az/multimedia/lenkeranda-qizil-payiz-fotoreportaj1/
|
Lənkəran. 26 noyabr. REPORT.AZ/ Lənkəran rayonu zəngin bitki örtüyünə malikdir. Rayon ərazisində təbii meşə və meşə fonduna daxil olmayan yaşıllıqlar mövcuddur. Burada relikt və endemik bitkilər daha çoxdur. Zəngin flora və faunası ilə məhşur olan Lənkəranda meşə örtüyünün əsasını "Qırmızı kitab"a daxil edilən ağac və kol cinsləri təşkil edir. Lənkəran ilin bütün fəsillərində öz füsunkar gözəlliyi və əsrarəngiz təbiəti ilə seçilir. Payız fəsli isə bu gözəlliyi daha rəngarəng edir. Ona görə də Lənkəranda payız fəsli "Qızıl payız" adlandırılır. "Report" ecazkar rənglərin vəhdətindən yaranan "qızıl payız" barədə hazırldağı fotoreportajı təqdim edir.
|
2018-11-26
|
Lənkəranda 'qızıl payız' - FOTOREPORTAJ
|
Valeh Dadaşov
|
Report İnformasiya Agentliyi
|
az
| 0.999533 |
https://report.az/multimedia/lenkeranda-qizil-payiz-fotoreportaj1/
|
report.az
|
https://data.commoncrawl.org/crawl-data/CC-NEWS/2018/12/CC-NEWS-20181204083052-00612.warc.gz
|
2018-12-04T09:46:36+00:00
|
|||
https://report.az/multimedia/daskesende-yangin-zamani-olen-usaqlar-fotolar/
|
Daşkəsən. 14 noyabr. REPORT.AZ/ "Report"un Qərb bürosu Daşkəsən rayonunda evdə yanğın zamanı ölən uşaqların fotolarını əldə edib. Həmin fotoları təqdim edirik. Xatırladaq ki, hadisə zamanı 5 nəfər ölüb. Yanğın rayonun Quşçu kənd sakini, 1970-ci il təvəllüdlü Tağıyev Pənah Cəmil oğluna məxsus ümumi sahəsi 150 kvadratmetr olan fərdi evdə baş verib. Yanğın zamanı 4-ü uşaq olmaqla 5 nəfər yanaraq ölüb: 1990-cı il təvəllüdlü Sevinc Şahin qızı Tağıyeva 2010-cu il təvəllüdlü Aysun Asim qızı Tağıyeva 2012-ci il təvəllüdlü Sakit Asim oğlu Tağıyev 2017-ci il təvəllüdlü Sadiq Asim oğlu Tağıyev 2007-ci il təvəllüdlü Günel Qoşqar qızı Ədilxanova.
|
2018-11-14
|
Daşkəsəndə yanğın zamanı ölən uşaqlar... - FOTOLAR
|
Valeh Dadaşov
|
Report İnformasiya Agentliyi
|
az
| 0.99503 |
https://report.az/multimedia/daskesende-yangin-zamani-olen-usaqlar-fotolar/
|
report.az
|
https://data.commoncrawl.org/crawl-data/CC-NEWS/2018/12/CC-NEWS-20181204083052-00612.warc.gz
|
2018-12-04T09:46:40+00:00
|
|||
https://report.az/multimedia/agdamda-qanunsuz-sernisindasima-ile-mesgul-olan-suruculer-cerimelenib-vi-deo/
|
Ağdam. 17 oktyabr. REPORT.AZ/ Ağdam rayonunda qanunsuz sərnişindaşıma ilə məşğul olan sürcülərə qarşı reyd keçirilib. "Report"un Qarabağ bürosunun məlumatına görə, reyd Dövlət Avtomobil Nəqliyyatı Xidməti və Ağdam rayon Polis şöbəsinin dövlət yol polisi bölməsinin əməkdaşları tərəfindən təşkil olunub. Reyd zamanı məlum olub ki, bir sıra avtobus və mikroavtobus sürücüləri müvafiq sənədləri, fərqlənmə nişanları olmadan və avtomobillərini texniki baxışdan keçirmədən qanunsuz sərnişindaşıma fəaliyyəti ilə məşğul olurlar. Yol Patrul Xidmətinin əməkdaşları tərəfindən qanunsuz sərnişindaşıma ilə məşğul olan sürücülər saxlanılaraq barələrində inzibati tədbirlər görülüb. Reyd zamanı Ağdam Dövlət Sosial-İqtisadi Kollecinə məxsus və kollecin tələbələrini daşıyan mikroavtobusun sürücüsü də qanunsuz fəaliyyət göstərdiyinə görə saxlanılıb və cərimə olunub. Ümumilikdə, reyd zamanı 50-yə yaxın sürücü barəsində protokol tərtib edilib.
|
2018-10-17
|
Ağdamda qanunsuz sərnişindaşıma ilə məşğul olan sürücülər cərimələnib - VİDEO
|
Valeh Dadaşov
|
Report İnformasiya Agentliyi
|
az
| 0.999848 |
https://report.az/multimedia/agdamda-qanunsuz-sernisindasima-ile-mesgul-olan-suruculer-cerimelenib-vi-deo/
|
report.az
|
https://data.commoncrawl.org/crawl-data/CC-NEWS/2018/12/CC-NEWS-20181204083052-00612.warc.gz
|
2018-12-04T09:46:43+00:00
|
|||
https://report.az/multimedia/baki-funikulyoru-yeniden-fealiyyete-baslayib/
|
Foto və video əlavə olunub *** 09:11 Bakı. 1 noyabr. REPORT.AZ/ Təmir-profilaktika işləri ilə əlaqədar bir ilə yaxındır işləməyən Bakı Funikulyoru bu gündən yenidən fəaliyyətə başlayıb. “Report” xəbər verir ki, təmir zamanı funikulyorun stansiyaları və vaqonlarda cari təmir işləri görülüb, istismar müddəti bitən akkumulyatorlar yeniləri ilə əvəz olunub, texniki təhlükəsizlik qaydaları tələblərinə uyğun vaqon və digər avadanlıqların diaqnostikası və profilaktikası aparılıb, funikulyor sərnişinlərin təhlükəsiz daşınması üçün tam hazır vəziyyətə gətirilib. Bakı Funikulyorunun rəisi Tofiq İsmayılov jurnalistlərə açıqlamasında qeyd edib ki, texniki problemləri aradan qaldırmaq üçün tələb olunan avadanlıq xaricdən gətirilib: "İşçilər yeni geyimlərlə təmin olunublar. Bakı Lift-Təmir İstehsalat Birliyinin rəhbərliyinin dəyişməsindən sonra burada aparılan işlərdə mövcud olan yubanmalar və digər problemlər aradan qaldırılıb və Funikulyorun fəaliyyətinə start verilib". Funikulyorda birtərəfli gedişhaqqı 1 manatdır. Xatırladaq ki, Bakı Funikulyoru 1960-ci ildə mayın 5-də istifadəyə verilib. Sovet dövründə Bakı Funikulyorunun qatarları xüsusi sifarişlə Xarkov şəhərində hazırlanaraq paytaxa gətirilib. Funikulyorda dəmiryol xəttinin uzunluğu 455 metr, vaqonların sayı isə 2 olub. Vaqonlar saniyədə 3 metr sürətlə hərəkət edərək 3 dəqiqə ərzində 1 stansiyadan digərinə çatmaq üçün 455 metr yol qət edib. Bəhramgurun heykəli ilə Şəhidlər Xiyabanı arasında lift rolunu icra edən Funikulyorda vaqonlar arası interval 10 dəqiqə olub. Funikulyor saatda orta hesabla 300 sərnişini daşımaq imkanına malik olub. Bakı Funikulyoru indiyədək 2001 və 2007-ci ildə iki dəfə əsaslı şəkildə təmir edilib. Ölkə başçısı İlham Əliyevin tapşırıqlarına əsasən, 2012-ci ildə Bakı Funikulyorunda əsaslı təmir-yenidənqurma işləri aparılıb, yeni vaqonlar alınıb və 2012-ci il mayın 23-də açılışı keçirilib. Foto/Video: Elçin Murad
|
2018-11-01
|
Bakı Funikulyoru yenidən fəaliyyətə başlayıb - FOTO - VİDEO - YENİLƏNİB
|
Samirə Abdullayeva
|
Report İnformasiya Agentliyi
|
az
| 0.999299 |
https://report.az/multimedia/baki-funikulyoru-yeniden-fealiyyete-baslayib/
|
report.az
|
https://data.commoncrawl.org/crawl-data/CC-NEWS/2018/12/CC-NEWS-20181204083052-00612.warc.gz
|
2018-12-04T09:47:06+00:00
|
|||
https://report.az/multimedia/babek-prospektinde-temirin-vaxtinda-basa-catmamasi-suruculerde-naraziliq-yaradib/
|
Bakı. 8 noyabr. REPORT.AZ/ Babək prospektində təmirə dayandırılan yol hələ də açılmayıb. Nəticədə həmin prospekt və ətraf ərazilərdə yaranan tıxac sürücülərin ciddi narazılığına səbəb olub. Yol hərəkəti qaydaları üzrə ekspert Elməddin Muradlı “Report”a bildirib ki, həmin yoldakı təmirlə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYA) verdiyi proqnozlar özünü doğrultmadı: “Təmir işlərini dedikləri vaxtda bitirə bilmədilər. İndi də həmin müddəti uzadıblar. Bu da haqlı olaraq insanların narazılığına səbəb olur. Çünki dedikləri vaxtla əməlləri üst-üstə düşmür. Babək prospektində işlər çox pərakəndə şəkildə həyata keçirilir. Orada müxtəlif podratçı şirkətlər iş görür. Onlar da bir-biri ilə yola getmədiyindən ortaya pis mənzərə çıxır. İki aydır orada asfalt qatı qaşınıb və mütəmadi olaraq yolu hansısa formada bağlayırlar. Bununla bağlı da sürücülər, demək olar ki, məlumatlandırılmır. Babək prospekti sanki işinə laqeyd yanaşan hansısa qrupun əlinə düşüb və işi istədikləri kimi görürlər”. O qeyd edib ki, bu kimi təmir işləri qanunvericiliyin tələblərinə uyğun olaraq həyata keçirilməlidir: “Körpü səbəb deyilmədən mütəmadi şəkildə təmirə bağlanılır. İş icraçılarının üzərində hansısa məsuliyyət olmalıdır. Çünki şəhərin əsas prospektlərindən birini bu qədər uzun müddətə bağlı saxlamaq düzgün deyil. Buradan bir neçə vacib əhəmiyyətli yollara çıxışlar var”. Aidiyyəti qurumların həmin prospekti tez-tez bağlı saxlamasına adi yanaşdıqlarını deyən ekspert əlavə edib ki, bu, düzgün deyil: “Həmin yoldan gün ərzində yüzlərlə sürücü istifadə edir. Odur ki, məsələyə qeyri-ciddi yanaşmaq düz deyil. İstərdim ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məsələyə ciddi yanaşsın. İnsanları aldatmaq olmaz. Körpüdə pərakəndə şəkildə təmir işləri aparılırdı. Hələ də kənar hissələrdə bəzi təmir işləri qalıb. Bir müddətdən sonra da görəcəyik ki, hələ də işlər öz həllini tapmayıb”. E.Muradlı vurğulayıb ki, bu kimi təmir işlərinin uzadılması insanlara maddi və mənəvi zərər vurur. Yol hərəkəti qaydaları üzrə ekspert Elməddin Muradlı Təmir işləri görülərkən sürücülərə alternativ yollar təqdim edilməsi üçün nə yol polisi, nə də Bak Nəqliyyat Agentliyi ilə hansısa məsləhətləşmələr aparılmır. Çünki alternativ yolların kənarında parklanmaya görə yollar daralır və maşın sıxlığı çox olur. Bu da nəqliyyat axınında haqlı problemlərə səbəb olur”. Azərbaycan Avtomobil Yollari Dövlət Agentliyinin Mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli isə “Report”a açıqlamasında bildirib ki, yaxın bir həftə, on gün ərzində Babək prospektinin əsas hissəsində işlər yekunlaşacaq. Qurum rəsmisinin sözlərinə görə, hazırda Babək prospektində asfalt qatının döşənməsi ilə bağlı işlər aparılır. O əlavə edib ki, AADA prospektin qurulması işlərinə bu ilin əvvəlində başlayıb: "Sadəcə olaraq, orada kommunikasiya xətlərinin yenilənməsi bizim işimizi xeyli ləngitdi. Təqribən, bir ay yarıma orada kommunikasiya xətlərinin yenilənməsi və köçürülməsi başa çatdı. Bir həftəyə, on günə kimi Babək prospektinin əsas hissəsi - Ramstor yol qovşağından, Heydər Əliyev prospektinin kəsişməsi hissəsindən başlayaraq düz maşın bazarından körpüyə qədər olan hissədə işlərin bitməsi nəzərdə tutulur". Azərbaycan Avtomobil Yollari Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli Bir həftəyə, on günə kimi Babək prospektinin əsas hissəsi - Ramstor yol qovşağından başlayaraq, Heydər Əliyev prospektinin kəsişməsi hissəsindən başlayaraq düz maşın bazarından körpüyə qədər olan hissədə işlərin bitməsi nəzərdə tutulur Bakı Nəqliyyat Agentliyinin (BNA) Mətbuat xidmətinin rəhbəri Mais Ağayev isə bildirib ki, BNA ümumi yollarda vəziyyətlə o cümlədən Babək prospekti ilə bağlı elektron tablolar vasitəsi ilə sürücüləri məlumatlandırır. Eyni zamanda müvafiq qurumlara bu barədə məlumat verir: "Biz yollarda hərəkətin təşkili, təmiri məsələsi ilə bağlı daimi olaraq AADA ilə, Dövlət Yol Polisi ilə də əməkdaşlıq edirik”. Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev Biz yollarda hərəkətin təşkili, təmiri məsələsi ilə bağlı daimi olaraq AADA ilə, Dövlət Yol Polisi ilə də əməkdaşlıq edirik Samirə Abdullayeva, Aynur Bayramova
|
2018-11-09
|
Babək prospektində təmirin vaxtında başa çatmaması sürücülərdə narazılıq yaradıb - ARAŞDIRMA - VİDEO
|
News Department
|
Report İnformasiya Agentliyi
|
az
| 0.999809 |
https://report.az/multimedia/babek-prospektinde-temirin-vaxtinda-basa-catmamasi-suruculerde-naraziliq-yaradib/
|
report.az
|
https://data.commoncrawl.org/crawl-data/CC-NEWS/2018/12/CC-NEWS-20181204083052-00612.warc.gz
|
2018-12-04T09:47:09+00:00
|
|||
https://report.az/multimedia/bakidaki-it-siginacagindan/
|
Bakı. 20 noyabr. REPORT.AZ/ Bakının Mərdəkan qəsəbəsində sahibsiz itlər üçün yaradılan Good World sığınacağının məqsədi atılmış, yaralı və küçə itlərinin qorunması və yeni ailələrə verilməsidir. “Report”un əməkdaşları sığınacağı ziyarət edərək buradakı vəziyyətlə tanış olublar. Sığınacağın yaradıcısı və rəhbəri Fərid Mansurovun sözlərinə görə, burada 300-ə qədər it saxlanılır. Onlardan bəziləri yaralanıb, bəziləri isə sahibləri tərəfindən atılıb. Sığınacaqda üç nəfər işləyir. Bununla yanaşı, könüllülər də tez-tez buranı ziyarət edərək yardım göstərirlər. İtlərin qidalanması və müalicəsi vətəndaşların etdikləri ianələr hesabına başa gəlir. Onlara toyuq və heyvan ətləri verilir. F.Mansurov bildirib ki, itlərin bir çoxunu xaricdə yaşayan insanlar götürürlər: "Bəziləri isə iti götürüb bir müddət baxdıqdan sonra küçəyə atıb, yaxud da yenidən sığınacağa geri qaytarıblar. Bu kimi halların qarşısını almaq üçün artıq bu prosesi monitorinq yolu ilə həyata keçiririk". Video: Rəşad Tuncay
|
2018-11-20
|
Bakıdakı it sığınacağından - VİDEOREPORTAJ
|
Ruhanə Mirzəyeva
|
Report İnformasiya Agentliyi
|
az
| 0.999509 |
https://report.az/multimedia/bakidaki-it-siginacagindan/
|
report.az
|
https://data.commoncrawl.org/crawl-data/CC-NEWS/2018/12/CC-NEWS-20181204083052-00612.warc.gz
|
2018-12-04T09:47:13+00:00
|
|||
https://report.az/multimedia/nyu-yorkda-11-sentyabr-memoriali-fotoreportaj/
|
Bakı. 11 sentyabr. REPORT.AZ/ Bu gün ABŞ-da, təqribən, 3 min insanın ölümünə səbəb olan 11 sentyabr terror hücumlarının 17 ili tamam olur. 2001-ci il sentyabrın 11-də "Əl-Qaidə" terror qruplaşmasının 19 üzvü ABŞ-da dörd sərnişin təyyarəsini ələ keçirdikdən sonra onların ikisini Nyu-Yorkun ən hündür göydələnlərinə - Dünya Ticarət Mərkəzinin qüllələrinə doğru hərəkət etdirib. Çırpılmadan sonra qüllələrin hər ikisi çöküb. Faciənin 17-ci ildönümü ilə bağlı bu gün Nyu-Yorkda xatirə tədbirləri keçiriləcək. Sağ qalan və ölənlərin yaxınları olan yüzlərlə insan Dünya Ticarət Mərkəzinin qüllələrinin vaxtilə ucaldığı Qrand Ziro meydançasına toplaşacaq. Terror hücumu nəticəsində ölənlərin xatirəsinə səmaya doğru iki işıq şüası saçılacaq. "Report" vaxtilə Dünya Ticarət Mərkəzinin qüllələrinin ucaldığı, indi isə 11 sentyabr milli memorialının olduğu yerdən fotoreportajı təqdim edir. Amerikalı-israillı memar Maykl Aradın yaratdığı və inşaası 2008-ci ildə başa çatmış memorial əkiz qüllələrin özüllərinin yerində olan və onların konturlarını təkrarlayan iki böyük hovuzdan ibarətdir. Fundamentin divarlarından ölənlərə görə duyulan kədər və axıdılan gözyaşı rəmzi kimi şəlalə axır. Mərmər plitələrin kənarları boyunca bürünc hərflərlə terror hücumları nəticəsində ölənlərin adları həkk olunub. Faciədən 17 il keçməsinə baxmayaraq, terror qurbanlarının qalıqlarının üçdə birindən çoxu müəyyənləşməmiş qalıb. Son beş il ərzində yalnız 5 nəfərin qalıqlarını müəyyənləşdirmək mümkün olub. Ümumilikdə isə 1642 nəfərin kimliyi müəyyən edilib. Ümumiyyətlə, 11 sentyabr terror aktlarında 90-dan çox ölkədən insan ölüb. Onlardan ən yaşlısının 85, ən kiçiyinin isə 2 yaşı olub.
|
2018-09-11
|
Nyu-Yorkda 11 sentyabr memorialı - FOTOREPORTAJ
|
Viktoriya Lebedeva
|
Report İnformasiya Agentliyi
|
az
| 0.999694 |
https://report.az/multimedia/nyu-yorkda-11-sentyabr-memoriali-fotoreportaj/
|
report.az
|
https://data.commoncrawl.org/crawl-data/CC-NEWS/2018/12/CC-NEWS-20181204083052-00612.warc.gz
|
2018-12-04T09:47:16+00:00
|
|||
https://report.az/multimedia/bakinin-azadliginin-100-illiyi-mohtesem-paraddan-fotoreportaj/
|
Bakı. 15 sentyabr. REPORT.AZ/ Azərbaycan paytaxtının Azadlıq meydanında Bakı şəhərinin erməni-bolşevik işğalından azad edilməsinin 100 illiyinə həsr olunan parad keçirilib. Türkiyə Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları, Əməliyyat İmkanları Konsepsiyası və Əməliyyat Ehtiyatları taborlarını təmsil edən parad heyəti, Xüsusi Təyinatlı Qüvvələrin və Dəniz Piyadaları bölmələrinin, Dövlət Təhlükəsizliyi Xidmətinin, Dövlət Sərhəd Xidmətinin, Xüsusi Dövlət Mühafizə Xidmətinin Milli Qvardiyasının hərbi qulluqçuları paradda keçid ediblər. Daha sonra Bakı Qarnizonunun birlik, birləşmə və hərbi hissələrinin xüsusi texnikaları və silah sistemlərinin keçidi olub. Türkiyə Silahlı Qüvvələrinin məşhur “Mehtəran” birliyi “Mehtər marşı”nın sədaları altında Azadlıq meydanına daxil olub. “Mehtəran” birliyi tribuna ilə üz-üzə dayanaraq “Əsgər marşı”nı ifa edib. Azadlıq meydanı üzərindən Azərbaycan Respublikası Hərbi Hava Qüvvələrinin döyüş helikopterləri və təyyarələrinin, eyni zamanda, Türkiyə Silahlı Qüvvələrinin “Türk Ulduzları”nın uçuşları olub.
|
2018-09-18
|
Bakının azadlığının 100 illiyi - möhtəşəm paraddan FOTOREPORTAJ - VİDEO
|
Elçin Murad
|
Report İnformasiya Agentliyi
|
az
| 0.999561 |
https://report.az/multimedia/bakinin-azadliginin-100-illiyi-mohtesem-paraddan-fotoreportaj/
|
report.az
|
https://data.commoncrawl.org/crawl-data/CC-NEWS/2018/12/CC-NEWS-20181204083052-00612.warc.gz
|
2018-12-04T09:47:19+00:00
|
|||
https://report.az/multimedia/bakida-piyada-sekilerini-zebt-eden-avtomobillerle-bagli-olcu-goturulecek/
|
Bakı. 22 oktyabr. REPORT.AZ/ Bakı şəhərində avtomobillərin piyada səkilərini zəbt etməsi adi hala çevrilib. "Report"un əməkdaşının paytaxtın müxtəlif yerlərində apardığı müşahidələr bu problemin hələ də həll olunmadığını göstərir. Bakının Səbail və Nəsimi rayonlarında piyada səkilərində avtomobillərin saxlanılmasına daha çox rast gəlinir. Gecə saatlarında xüsusən restoranlara gələnlər nəzarətin olmamasından istifadə edərək Nizami küçəsində və Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının qarşısında piyadalar üçün nəzərdə tutulan səkilərdə avtomobillərini park edirlər. Bakı Nəqliyyat Agentliyinin (BNA) Mətbuat xidmətinin rəhbəri Mais Ağayev məsələ ilə bağlı “Report”a açıqlama verərək bildirib ki, BNA sərkilərdə qanunsuz saxlayan avtomobillərin qeydiyyatını aparır. Onun sözlərinə görə, son 3 ildə şəhər yollarında hərəkətə maneə yaradan hallarla bağlı aparılan kompleks təhlilər də onu göstərir ki, Bakı şəhərində tıxaca səbəb olan başlıca amil bəzi sürücülərin dayanma və durma qaydalarına əməl etməməsidir: “Bir çox hallarda nəqliyyat vasitələrinin səkillərin üzərində park edilməsinin də şahidi oluruq və bu da piyadaların təhlükəsiz hərəkətinin təşkili baxımından cidid problemlər yaradır. Bakı Nəqliyyat Agentliyi mövcud vəziyyət və çatışmazlıqların aradan qaldırılması ilə bağlı bir sıra tədbirlər həyata keçirib. Lakin bu cür qayda pozan sürücülərə daha təsirli tədbirlərin görülməsi, onlar barəsində inzibati tənbeh tədbirlərin görülməsi Bakı Nəqliyyat Agentliyinin səlahiyyətlərinə aid məsələ deyildi”. Xatırladaq ki, Prezident İlham Əliyev 6 iyul 2018-ci il tarixində Bakı şəhərində nəqliyyat vasitələri sahiblərinin dayanma, durma və parklanma qaydalarına riayət etməsinin təmin olunması və yol hərəkətinin təşkili sahəsində fəaliyyətin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında fərman imzalayıb. Sənədə əsasən, Bakı Nəqliyyat Agentliyi dayanma və ya durma qaydaları pozulmaqla tıxac yaranmasına və digər nəqliyyat vasitələrinin və piyadaların hərəkətinin mühüm dərəcədə məhdudlaşdırılmasına səbəb olmuş nəqliyyat vasitələrinin mühafizə edilən duracağa aparılması (təxliyə) xidmətini təşkil edir və həmin nəqliyyat vasitələri sürücülərinin inzibati məsuliyyətə cəlb edilməsi məqsədilə tədbirlər görür, habelə təxliyə xidmətinin həyata keçirilməsinə nəzarət edir. Mais Ağayev vurğulayıb ki, BNA, əsasən, sürücülərin yol hərəkəti qaydalarına ciddi riayət etmələri üçün maarifləndirmə tədbirləri həyata keçirirdi: “Bununla əlaqədar müxtəlif video çarxlar, çap meratialları hazırlanıb. Yerlərdə sürücülərlə maarifləndirici söhbətlər keçirilib. Bu kimi çatışmazlıqlarla daha təsirli mübarizə aparılması və səmərəli nəticələr əldə edilməsi üçün cənab Prezidentin 6 İyul 2018-ci il tarixli fərmanı ilə Bakı Nəqliyyat Agentliyinə əlavə səlahiyyətlər verilib. Bu fərmanla nəzərdə tutulan səlahiyyətlərin icrasına başlamaq üçün müvafiq işlər görülür. Bəzi istiqamətlərdə işlər, demək olar ki, yekunlaşıb. Artıq müxtəlif küçə və prospektlərdə Qanunsuz Parklanmaya Qarşı Nəzarət Kameraları yoxlanılaraq tam işlək vəziyyətə gətirilib. Bu kameralar vasitəsi ilə artıq dayanma və durma qaydalarına zidd olaraq saxlanılan nəqliyyat vasitələrinin qeydiyyatı aparılır”.
|
2018-10-22
|
Bakıda piyada səkilərini zəbt edən avtomobillərlə bağlı ölçü götürüləcək - VİDEO
|
Aynur Bayramova
|
Report İnformasiya Agentliyi
|
az
| 1 |
https://report.az/multimedia/bakida-piyada-sekilerini-zebt-eden-avtomobillerle-bagli-olcu-goturulecek/
|
report.az
|
https://data.commoncrawl.org/crawl-data/CC-NEWS/2018/12/CC-NEWS-20181204083052-00612.warc.gz
|
2018-12-04T09:47:36+00:00
|
|||
https://report.az/multimedia/gurcustanda-serab-festivali-ve-neheng-milli-sirniyyat-fotoreportaj/
|
Tbilisi. 15 oktyabr. REPORT.AZ/ Gürcüstanın Kaxeti bölgəsinin Qurcaani şəhərində ötən həftəsonu ənənəvi şərab festivalı keçirilib. “Report”un yerli bürosu xəbər verir ki, tədbir şəhərin “Axtala” kurortu ərazisində Gürcüstanda qeyd olunan "Gürcü şərabı" günləri çərçivəsində təşkil olunub. Kaxeti bölgəsi qonşu ölkənin şərabçılıq mərkəzi sayıldığından burada keçirilən festival daha genişmiqyaslı olub. Festivalda 100-ə yaxın yerli şərab istehsalçısı öz məhsulunu təqdim edib. Tədbir çərçivəsində müxtəlif pavilyonlarda konsert proqramları, əyləncəli oyunlar keçirilib, şərabın hazırlanması üçün üzümün əzilməsi prosesi nümayiş etdirilib. Havanın yağışlı və soyuq olmasına baxmayaraq, şərab bayramına çoxlu sayda yerli sakinlər, əcnəbi qonaqlar, turistlər və diplomatik korpusun nümayəndələri qatılıblar. Festivalın ən maraqlı hissəsi Gürcüstanın milli şirniyyatı olan çurçxelanın ilk dəfə olaraq 4 metrlik ölçüdə hazırlanması olub. Adi çurçxelanın standart ölçüsü 30 sm təşkil edir. Gürcü şirniyyatının tərkibi şərab şirəsi, un və qozdan ibarətdir. Fındıq və badamlı çurçxela növləri də var. Gürcüstanın milli şirniyyatı belə nəhəng ölçüdə nəinki ölkədə, dünyada da ilk dəfədir hazırlanıb. 3-4 metrlik hər bir çurçxelanın hazırlanmasına 3 kiloqrama yaxın qoz ləpəsi sərf olunub. Layihə Gürcüstanın “Grand Travel Group” şirkəti tərəfindən həyata keçirilib. Şirkətin nümayəndəsi David Dolidze jurnalistlərə bildirib ki, böyük ölçüdə çurçxela hazırlamaq ideyası çoxdan yaranıb: “Bunun üçün hazırlıq işləri aparıldı və ilk olaraq 2 metrlik çurçxela hazırladıq. Festival çərçivəsində ərsəyə gətirdiyimiz ən kiçik çurçxelanın ölçüsü 3,5 metr, ən böyüyü isə 4 metrə yaxın oldu”. D.Dolidzenin sözlərinə görə, çurçxelanın hazırlanması Gürcüstanda şərabçılıq mədəniyyəti ilə sıx bağlıdır: “Çurçxela yüksək kalorili və doyumlu şirniyyatdır. Onun çəkisi az olduğundan müharibələr zamanı gürcü döyüşçülər şirniyyatı üzərlərində gəzdirirdilər. Bununla yanaşı çurçxela antiseptik xüsusiyyətlərə malikdir və immuniteti gücləndirir. II Dünya müharibəzi zamanı hərbi hospitallara yaralı əsgərlər üçün Gürcüstandan çurçxelalar göndərilirdi”. Şirkət nümayəndəsi deyib ki, nəhəng ölçüdə çurçxelanın hazırlanmasının məqsədi Gürcüstanda şərab turizminin ölkə daxilində və xaricində populyarlaşdırılması və ölkəyə daha çox turist cəlb etməkdir. Şirkətin digər nümayəndəsi Giorgi Dolidze isə bildirib ki, nəhəng ölçüdə hazırlanmış çurçxelanın Ginnesin Rekordlar Kitabına daxil edilməsi üçün müraciət olunub. Şirkətin pavilyonunda festival iştirakçılarına nəhəng ölçüdə çurçxelanın hazırlanması prosesi nümayiş etdirilib. Ziyarətçilərə standart ölçüdə çurçxela hazırlamaq imkanı da yaradılıb.
|
2018-10-15
|
Gürcüstanda şərab festivalı və nəhəng milli şirniyyat - FOTOREPORTAJ
|
Cəmilə Babayeva
|
Report İnformasiya Agentliyi
|
az
| 0.999044 |
https://report.az/multimedia/gurcustanda-serab-festivali-ve-neheng-milli-sirniyyat-fotoreportaj/
|
report.az
|
https://data.commoncrawl.org/crawl-data/CC-NEWS/2018/12/CC-NEWS-20181204083052-00612.warc.gz
|
2018-12-04T09:47:43+00:00
|
|||
https://report.az/energetika/cenubi-qafqaz-boru-kemerinin-genislendirilmesi-ucun-gurcustanda-olcme-stansiyasinin-tikintisi-26-ta/
|
Bakı. 24 may. REPORT.AZ/ Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi (CQBKG) layihəsi üzrə işlər Azərbaycan və Gürcüstanda boru kəməri marşrutu boyunca davam edir. Azərbaycanda kəmər xəttinin inşası üzrə tikinti işləri tədricən artır. "Report" xəbər verir ki, bu barədə tərəfdaşlar adından hazrlanan "BP-Azerbaijan"ın hesabatında qeyd olunub. Məlumata görə, təqribən 83 km uzunluğunda borular artıq qaynaq edilib, 57 km boru örtüklənib və 36 km boru xəndəyə endirilib: "Xəndəyin qazılması, boruların xəndəyə endirilməsi, düzülməsi və üstünün torpaqlanması işləri hazırda davam edir. Boruların saxlanma sahələrinə gətirilməsi davam edib və Azərbaycan hissəsi üçün lazım olan boruların 80%-dən çoxu artıq Muğan, Kürdəmir, Yevlax, Qazançı və Dəllər borusaxlama sahələrindədir. Ağsu kanalının altından ilk üfüqi istiqamətdə qazma işləri tamamlanıb və Göyçayda ikinci qazma əməliyyatı üçün hazırlıq işləri gedir". Qeyd olunub ki, I rübdə Gürcüstanda xəndəyin qazılması, boruların xəndəyə endirilməsi və düzülməsi işləri başlayıb. "Kəmər xəttinin inşası üzrə tikinti işləri artmaqda davam edib və 34 kilometrə yaxın boru qaynaq edilib, 10 kilometrdən çox boru isə örtüklənib. Hər iki kompressor stansiyasında tikinti-quraşdırma işləri davam edib. 1-ci kompressor stansiyasında işlər 42%, 2-ci kompressor stansiyasında isə 12% tamamlanıb. Ölçmə stansiyasının tikintisi 26% tamamlanıb və 2018-ci il üçün işlərin bitirilməsi planına uyğun davam edir", - deyə məlumatda qeyd olunub. Qeyd edək ki, Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi (CQBKG) "Şahdəniz" yatağının tammiqyaslı işlənməsi layihəsinin bir hissəsidir. Bu yatağın işlənməsi çərçivəsində hasil olunan qazın Avropaya ixracını nəzərdə tutan boru kəməri Gürcüstan-Türkiyə sərhəddində TANAP kəmərinə qoşulacaq. Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsinə Azərbaycan ərazisində yeni boru kəmərinin çəkilməsi və Gürcüstanda iki yeni kompressor stansiyasının tikintisi daxildir. 2014-cü il mayın 26-da boru kəmərinin Azərbaycan və Gürcüstan hissələrinin tikintisinin həyata keçirilməsi üçün "Saipem/Azfen" birgə müəssisəsi ilə müqavilə imzalanıb.
|
2016-05-24
|
Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi üçün Gürcüstanda ölçmə stansiyasının tikintisi 26% tamamlanıb
|
Günel Abbasova
|
Report İnformasiya Agentliyi
|
az
| 0.999572 |
https://report.az/energetika/cenubi-qafqaz-boru-kemerinin-genislendirilmesi-ucun-gurcustanda-olcme-stansiyasinin-tikintisi-26-ta/
|
report.az
|
https://data.commoncrawl.org/crawl-data/CC-NEWS/2018/12/CC-NEWS-20181204030920-00609.warc.gz
|
2018-12-04T04:21:02+00:00
|
|||
https://report.az/energetika/bp-sirketi-azerbaycanda-is-yerlerini-ixtisar-edecek/
|
Bakı. 12 yanvar. REPORT.AZ/ Böyük Britaniyanın neft-qaz hasilatı şirkəti BP yaxın iki il ərzində bütün dünya üzrə kəşfiyyat və hasilat bölmələrində 4 minə yaxın iş yerini ixtisar edəcək. "Report"un xəbərinə görə, bu barədə şirkətin yaydığı məlumatda bildirilir. Qeyd olunur ki, şirkət neftin qiymətlərinin aşağı düşməsi səbəbindən buna getmək məcburiyyətində qalıb. Məlumata görə, ixtisarlar Anqola, Azərbaycan, həmçinin Meksika körfəzi və Şimal dənizi kimi regionlarda fəaliyyət göstərən kəşfiyyat və hasilat sahələrinə toxunacaq. Ümumilikdə bu bölmələrdəki 24 min yerdən 4 minə yaxını ixtisara düşəcək. İxtisarlar 2017-ci ilin dekabrınadək iki il ərzində aparılacaq. Bu addımın atılmasına səbəb kimi neftin qiymətlərinin aşağı olması, dolların güclənməsi və ehtiyatların həddindən artıq bolluğu göstərilir.
|
2016-01-12
|
BP şirkəti Azərbaycanda iş yerlərini ixtisar edəcək
|
News Department
|
Report İnformasiya Agentliyi
|
az
| 0.999786 |
https://report.az/energetika/bp-sirketi-azerbaycanda-is-yerlerini-ixtisar-edecek/
|
report.az
|
https://data.commoncrawl.org/crawl-data/CC-NEWS/2018/12/CC-NEWS-20181204030920-00609.warc.gz
|
2018-12-04T04:22:02+00:00
|
|||
https://report.az/energetika/prezident-i-lham-eliyev-total-sirketinin-bas-icraci-direktorunu-qebul-edib/
|
*** saat 15:24 Bakı. 21 noyabr. REPORT.AZ/ Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev TOTAL şirkətinin baş icraçı direktoru Patrik Puyanneni qəbul edib. “Report”un xəbərinə görə, Azərbaycan Prezidenti İlham Əliyev Patrik Puyanne ilə Davosda keçirdikləri görüşü məmnunluqla xatırlayaraq TOTAL şirkəti ilə əməkdaşlığın yaxşı tarixə malik olduğunu vurğulayıb. “Abşeron” qaz yatağının işlənilməsi ilə bağlı layihənin yaxşı perspektivlərinin mövcudluğunu bildirən dövlət başçısı bu yatağın böyük potensiala malik olduğunu dedi, layihənin mərhələli şəkildə işlənilməsinin önəmini qeyd edib. TOTAL şirkətinin artıq 20 ildir ki, Azərbaycanda fəaliyyət göstərdiyini vurğulayan Patrik Puyanne bu dövrdə uğurlu əməkdaşlığın qurulduğunu bildirib. “Abşeron” yatağının Azərbaycanda qaza olan tələbatın ödənilməsi üçün mühüm əhəmiyyət daşıyacağını deyən Patrik Puyanne bu yatağın işlənilməsinə dair Dövlət Neft Şirkəti ilə qarşılıqlı səmərəli razılığa gəlindiyini qeyd edib. Bu gün SOCAR ilə TOTAL arasında “Abşeron” qaz yatağı üzrə memorandumun imzalanacağını bildirən şirkətin baş icraçı direktoru səfərin bu layihənin işlənilməsi ilə bağlı ətraflı müzakirələrin aparılması üçün yaxşı fürsət yaratdığını vurğulayıb. Qonaq, eyni zamanda, TOTAL şirkətinin Azərbaycandakı fəaliyyətinin 20 illiyinə həsr olunmuş tədbirlərdə iştirak edəcəyini məmnunluqla qeyd edib. Görüşdə əməkdaşlığın perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
|
2016-11-21
|
Prezident İlham Əliyev: “Abşeron” qaz yatağının işlənilməsi ilə bağlı layihənin yaxşı perspektivləri mövcuddur” - YENİLƏNİB
|
News Department
|
Report İnformasiya Agentliyi
|
az
| 0.999202 |
https://report.az/energetika/prezident-i-lham-eliyev-total-sirketinin-bas-icraci-direktorunu-qebul-edib/
|
report.az
|
https://data.commoncrawl.org/crawl-data/CC-NEWS/2018/12/CC-NEWS-20181204030920-00609.warc.gz
|
2018-12-04T04:22:15+00:00
|
|||
https://report.az/energetika/bp-nin-regional-prezidenti-ile-gurcustanin-bas-naziri-sahdeniz-2-layihesini-muzakire-edibler/
|
Tbilisi. 24 oktyabr. REPORT.AZ/ Gürcüstanın baş naziri Georgi Kvirikaşvili oktyabrın 24-də BP şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qordon Birrell ilə görüşüb. Baş nazirin dəftərxanasından “Report”un Gürcüstan bürosuna bildiriblər ki, görüşdə əsasən BP-nin regionda, xüsusən də Gürcüstanda reallaşdırdığı layihələr ətrafında fikir mübadiləsi aparılıb. Tərəflər Cənub Qaz Dəhlizinin vacib komponentlərindən biri olan Cənubi Qafqaz Boru Kəməri layihəsinin genişləndirilməsi üzrə Gürcüstanda həyata keçirilən işləri müzakirə ediblər. 2019-cu ildə istifadəyə verilməsi nəzərdə tutulan bu layihənin Cənubi Qafqaz ölkələri üçün mühüm əhəmiyyət kəsb etdiyi xüsusi qeyd olunub. Bildirilib ki, qaz kəmərinin Gürcüstan ərazisindən keçən hissəsinin maliyyələşdirilməsinə BP 2 mlrd. dollar sərmayə qoyacaq: “Bu kəmər Azərbaycandan gələn qazın həcminin əhəmiyyətli dərəcədə artmasına səbəb olacaq”.
|
2016-10-24
|
BP-nin regional prezidenti ilə Gürcüstanın baş naziri “Şahdəniz-2” layihəsini müzakirə ediblər
|
News Department
|
Report İnformasiya Agentliyi
|
az
| 0.999558 |
https://report.az/energetika/bp-nin-regional-prezidenti-ile-gurcustanin-bas-naziri-sahdeniz-2-layihesini-muzakire-edibler/
|
report.az
|
https://data.commoncrawl.org/crawl-data/CC-NEWS/2018/12/CC-NEWS-20181204030920-00609.warc.gz
|
2018-12-04T04:22:32+00:00
|
|||
https://report.az/energetika/berat-albayrak-petkim-de-aparilan-arasdirmalarin-socar-la-elaqesi-yoxdur/
|
Bakı. 6 avqust. REPORT.AZ/ "Türkiyə iqtisadiyyatına verdiyi töhfələrə və sıx əməkdaşlığa görə SOCAR-a dəstəyimizi davam etdirəcəyik". "Report" "Milliyet"ə istinadən xəbər verir ki, bunu Türkiyənin enerji və təbii ehtiyatlar naziri Berat Albayrak bildirib. Bir neçə gün əvvəl Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayevlə görüşən nazir SOCAR-ın Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) və STAR neft emalı zavodu kimi birbaşa investisiya layihələrinin Türkiyədə əlavə dəyər, ixracat, məşğulluq və müasir texnologiyalar sahəsində xüsusi yeri olduğunu vurğulayıb. B.Albayrak həmçinin SOCAR-ın Türkiyəyə investisiya qoymaqla yanaşı, baş verən bütün proseslərdə türk millətinin yanında yer almasından məmnun olduqlarını söyləyib: "Türkiyədə 18 milyard dollarlıq investisiya qoyuluşu ilə ölkənin ən önəmli investorlarından biri olan SOCAR-ın baş verən proseslərdə yanımızda olduğunu, türk millətinə və iqtisadiyyatına güvəndiklərini görmək bizim için çox önəmli idi. Türkiyənin digər layihələri kimi, bizim birgə strateji layihəmiz olan TANAP da heç bir problem yaşanmadan nəzərdə tutulan müddət və büdcə planlaşdırması çərçivəsində davam edir". Eyni zamanda, nazir SOCAR-ın əsas səhmdarı olan "Petkim (Petrokimya) Holding A.Ş."də Fətullahçı terror təşkilatına (FETÖ) qarşı keçirilən əməliyyatlara da toxunub: "Təəssüf ki, bunlar hər struktur kimi, özəl sektorun da içərisinə sızıblar. Birbaşa milləti hədəf alan bu terror təşkilatına qarşı bütün dövlət idarələrində olduğu kimi, özəl sektorda da zəruri addımlar atılmaqda, tədbirlər görülməkdədir. "Petkim"in Aliağa ərazisində aparılan yoxlamalar bu çərçivədə atılan addımlardandır. SOCAR-la birbaşa əlaqəsi olmadığı kimi, "Petkim"dəki rəhbər şəxslər də bu məsələdə polislərlə əməkdaşlıq ediblər". B.Albayrak sonda Azərbaycana FETÖ-ya qarşı göstərdiyi həssaslığa görə təşəkkür edib.
|
2016-08-06
|
Berat Albayrak: “Petkim”də aparılan yoxlamaların SOCAR-la əlaqəsi yoxdur”
|
News Department
|
Report İnformasiya Agentliyi
|
az
| 0.998623 |
https://report.az/energetika/berat-albayrak-petkim-de-aparilan-arasdirmalarin-socar-la-elaqesi-yoxdur/
|
report.az
|
https://data.commoncrawl.org/crawl-data/CC-NEWS/2018/12/CC-NEWS-20181204030920-00609.warc.gz
|
2018-12-04T04:22:36+00:00
|
|||
https://report.az/energetika/latin-amerikasinin-neft-olkeleri-vahid-movqeni-muzakire-etmek-ucun-gorusubler/
|
Bakı. 9 aprel. REPORT.AZ/ Latın Amerikasının Neft İxrac edən Ölkələr Birliyinə (OPEC) üzv olan və digər neft hasil edən ölkələri Qətər görüşündən öncə hasilatın müəyyən həcmdə dondurulması məsələsində vahid mövqeni müzakirə etmək üçün Ekvadorun paytaxtı Kitoda görüşüblər. "Report" "RİA Novosti" agentliyinə istinadən xəbər verir ki, bu barədə Ekvador vitse-prezidentinin katibliyi məlumat yayıb. Görüşdə Ekvador, Kolumbiya və Venesuelanın müvafiq sahə üzrə nazirləri, Boloviyanın nazir müavini, Meksikanın isə səfiri iştirak edib. Kolumbiyanın energetika naziri Mariya Morena Quterres bildirib ki, görüşdə bazarda stabillik üçün neft hasilatının müəyyən həcmdə mümkün dondurulmasından başqa variantlara da baxılıb. "Biz hasilatın müəyyən həcmdə dondurulmasına alternativlər də axtarırıq", - nazir əlavə edib. Ekvadorun neft naziri Karlos Parex isə qeyd edib ki, Latın Amerikası ölkələri Qətərdə qəbul olunacaq bütün qərarları dəstəkləməyə hazırdır: "Bu, dondurulma ilə də bağlı ola bilər, amma biz bu barədə Dohadakı görüşdə qərar verəcəyik". Qeyd edək ki, aprelin 17-də Qətərin paytaxtı Doha şəhərində keçirilməsi nəzərdə tutulan OPEC və təşkilata üzv olmayan ölkələrin görüşündə neft hasilatının bu ilin yanvar ayı səviyyəsində dondurulması məsələsi müzakirə olunacaq.
|
2016-04-09
|
Latın Amerikasının neft ölkələri vahid mövqeni müzakirə etmək üçün görüşüblər
|
Günel Abbasova
|
Report İnformasiya Agentliyi
|
az
| 0.999541 |
https://report.az/energetika/latin-amerikasinin-neft-olkeleri-vahid-movqeni-muzakire-etmek-ucun-gorusubler/
|
report.az
|
https://data.commoncrawl.org/crawl-data/CC-NEWS/2018/12/CC-NEWS-20181204030920-00609.warc.gz
|
2018-12-04T04:22:42+00:00
|
|||
https://report.az/energetika/elektrik-enerjisinin-istehsali-ucun-idxal-olunan-mazut-9-ay-muddetinde-gomruk-rusumundan-azad-olunub/
|
Bakı. 23 fevral. REPORT.AZ/ Azərbaycanda elektrik enerjisinin istehsalı üçün idxal olunan mazut 9 ay müddətində gömrük idxal rüsumuna cəlb olunmayacaq. "Report"un xəbərinə görə, bununla bağlı Nazirlər Kabineti “Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında” qərarında dəyişiklik edib. Dəyişikliyə əsasən, Azərbaycanın 2017-ci il üzrə yanacaq-enerji balansına uyğun olaraq, Energetika Nazirliyinin təsdiqedici sənədləri əsasında “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinə elektrik enerjisinin istehsalı üçün idxal olunan mazut gömrük idxal rüsumuna cəlb olunmayacaq. Bu qərar martın 25-də qüvvəyə minəcək və 2018-ci ilin 1 yanvar tarixinədək qüvvədə olacaq.
|
2017-02-23
|
Elektrik enerjisinin istehsalı üçün idxal olunan mazut 9 ay müddətində gömrük rüsumundan azad olunub
|
İlkin Pirəli
|
Report İnformasiya Agentliyi
|
az
| 0.997919 |
https://report.az/energetika/elektrik-enerjisinin-istehsali-ucun-idxal-olunan-mazut-9-ay-muddetinde-gomruk-rusumundan-azad-olunub/
|
report.az
|
https://data.commoncrawl.org/crawl-data/CC-NEWS/2018/12/CC-NEWS-20181204030920-00609.warc.gz
|
2018-12-04T04:23:09+00:00
|
|||
https://report.az/energetika/socar-in-daxili-teqaudunu-qazanmis-telebeler-teltif-olunub/
|
Bakı. 19 noyabr. REPORT.AZ/ “SOCAR Tower”də Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Azərbaycan gənclərinin inkişafı üçün həyata keçirdiyi Daxili Təqaüd Proqramı layihəsinin qaliblərinə plastik kartların verilməsi mərasimi keçirilib. “Report” xəbər verir ki, mərasimdə SOCAR-ın prezidenti Rövnəq Abdullayev, təhsil nazirinin müavini Firudin Qurbanov, şirkət rəhbərliyinin nümayəndələri, ölkəmizdə fəaliyyət göstərən ali təhsil ocaqlarının rektorları iştirak ediblər. Tədbir SOCAR-ın gənclər siyasətinə həsr edilmiş filmin nümayişi ilə başlayıb. SOCAR 2005-ci ildən etibarən Azərbaycanda gənc mütəxəssislərin təhsil və inkişafına töhfə olaraq Daxili Təqaüd Proqramını həyata keçirir. Bu müddət ərzində proqram üzrə 23 mindən çox müraciət olub, onlardan 2065 tələbə SOCAR-ın təqaüdünü qazanıb. 2017-2018-ci illər üzrə Daxili təqaüd Proqramına müraciət edən 1900-ə yaxın tələbədən 77-si uğur qazana biliblər. SOCAR-ın prezidenti Rövnəq Abdullayev deyib ki, gələcəkdə bizi texnoloji cəhətdən daha mürəkkəb, böyük elm tutumlu işlər gözləyir: “Bu ildən Azərbaycan və Türkiyədə əsas layihələrimizin başa çatması SOCAR-da bacarıqlı və müasir təfəkkürlü gənc mütəxəssislərə ehtiyacı daha da artırır. Biz gənc mütəxəssislərlə fəal əməkdaşlıq etməkdə maraqlıyıq və onları bu konsepsiyanın dayaq sütünu kimi görürük. Bu istiqamətdə həyata keçirdiyimiz bütün işlər, müxtəlif təqaüd proqramları, təlim və təcrübə kursları məhz gənclərin inkişafımızın mühərrikinə çevrilməsinə xidmət göstərir”. Tədbirdə təhsil nazirinin müavini Firudin Qurbanov, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru Mustafa Babanlı, AMEA-nın Neft Kimya Prosesləri İnstitutunun direktoru Vaqif Abbasov çıxış edib, SOCAR-ın təqaüd proqramlarının bu sahədə oxuyan gənclər üçün xüsusi stimul verdiyini qeyd ediblər. Daxili Təqaüd Proqramının qalibi olmuş gənclər adından çıxış edənlər SOCAR-ın Təqaüd Proqramlarının tələbələr arasında böyük rəğbət qazandığını qeyd edib, yaradılan şəraitə görə SOCAR rəhbərliyinə minnətdarlıqlarını bildiriblər. Qeyd edək ki, SOCAR Daxili Təqaüd proqramı ilə yanaşı, 2006-cı ildən etibarən Xarici Təqaüd Proqramı, 2010-cu ildən isə tələbələrin neft-qaz sənayesi üzrə təcrübi biliklərinin artırılması üçün “Ödənişli Yay Təcrübəsi” Proqramını və Ödənişsiz İstehsalat Təcrübəsini həyata keçirir. Şirkətin Heydər Əliyev Fondu ilə birlikdə həyata keçirdiyi layihəsi çərçivəsində uşaq evlərində tərbiyə almış 100-ə yaxın gənc SOCAR-ın təlim mərkəzlərində müxtəlif peşələrə yiyələnərək şirkətin strukturlarında işlə təmin olunublar. SOCAR tərəfindən gənc kadrlar üçün sosial güzəştlər sistemi işlənib hazırlanıb: həm xarici, həm daxili Təqaüd Proqramlarının iştirakçıları, eləcə də uşaq evlərində böyümüş gənclər işə qəbul olunduqdan sonra onların güzəştli şərtlərlə, ipoteka kreditləri hesabına mənzillə təmin edilməsi üçün imkan yaradılır.
|
2018-11-19
|
SOCAR-ın Daxili Təqaüdünü qazanmış tələbələr təltif olunub
|
Günel Abbasova
|
Report İnformasiya Agentliyi
|
az
| 0.999855 |
https://report.az/energetika/socar-in-daxili-teqaudunu-qazanmis-telebeler-teltif-olunub/
|
report.az
|
https://data.commoncrawl.org/crawl-data/CC-NEWS/2018/12/CC-NEWS-20181204030920-00609.warc.gz
|
2018-12-04T04:23:06+00:00
|
|||
https://report.az/energetika/sabah-bakinin-nizami-rayonunun-tebii-qaz-techizatinda-mehdudiyyet-olacaq/
|
Bakı. 25 sentyabr. REPORT.AZ/ Bakının Nizami rayonunun təbii qaz təchizatında məhdudiyyət olacaq. “Azəriqaz” İstehsalat Birliyindən "Report"a verilən məlumata görə, payız-qış mövsümünə hazırlıqla bağlı tədbirlər planına əsasən, yararsız qaz xətlərinin yeni borularla əvəz edilməsi, həmçinin Nizami rayonu, Qara Qarayev 102 ünvanında diametri 325 millimetrlik qaz xəttinin korroziyaya uğramış hissəsinin yeni çəkilmiş polietilen 315 millimetrlik qaz xəttinin mənbəyə birləşdirilməsi ilə əlaqədar sentyabrın 26-da saat 09:00-dan təmir işləri tamamlananadək Nizami rayonu, Qara Qarayev E.Süleymanov, B.Nuriyev, Naxçıvanski, Rüstəmov, A.Manafov və Nəvai küçələrinin bir hissəsində təbii qazın verilişində məhdudiyyət olacaq. Zəruri təmir işləri aparıldığı zaman Binəqədi və Biləcəri qəsəbələrində, eləcə də Abşeron rayonunun Ceyranbatan və Saray qəsəbələrinin bir hissəsinin qaz təchizatına fasilə yaranması mümkündür. Görülən təmir işləri gün ərzində yekunlaşdırılaraq təbii qazın verilişində yaranacaq fasilə aradan qaldırılacaq. “Azəriqaz” İstehsalat Birliyi bütün istehlakçılardan təbii qazdan istifadə zamanı xüsusilə diqqətli olmalarını və texniki təhlükəsizlik qaydalarına riayət edilməsini xahiş edir.
|
2018-09-25
|
Sabah Bakının Nizami rayonunun təbii qaz təchizatında məhdudiyyət olacaq
|
News Department
|
Report İnformasiya Agentliyi
|
az
| 0.999039 |
https://report.az/energetika/sabah-bakinin-nizami-rayonunun-tebii-qaz-techizatinda-mehdudiyyet-olacaq/
|
report.az
|
https://data.commoncrawl.org/crawl-data/CC-NEWS/2018/12/CC-NEWS-20181204030920-00609.warc.gz
|
2018-12-04T04:23:59+00:00
|
|||
https://report.az/energetika/azerbaycan-dizel-yanacaginin-istehsalini-7-azaldib/
|
Oktyabr ayının 1-nə olan məlumata görə, müəssisələrin anbarlarında 81,8 min ton hazır məhsul qalığı toplanıb ki, bu da 2013-cü ilin oktyabr ayının əvvəlinə olan analoji göstərici ilə müqayisədə 64,3% çoxdur. Qeyd edək ki, 2013-cü ildə Azərbaycanda 2,495 mln. ton dizel yanacağı istehsal olunub, bu da 2012-ci ilin toplam göstəricisindən 5,3% çoxdur. Bütün məhsul Heydər Əliyev adına Neft Emalı Zavodunda istehsal edilib.
|
2014-10-31
|
Azərbaycan dizel yanacağının istehsalını 7% azaldıb
|
Economic Department
|
Report İnformasiya Agentliyi
|
az
| 0.997103 |
https://report.az/energetika/azerbaycan-dizel-yanacaginin-istehsalini-7-azaldib/
|
report.az
|
https://data.commoncrawl.org/crawl-data/CC-NEWS/2018/12/CC-NEWS-20181204030920-00609.warc.gz
|
2018-12-04T04:24:09+00:00
|
|||
https://report.az/energetika/agcabedi-rayonunun-daha-bir-yasayis-menteqesine-ilk-defe-tebii-qaz-verilib/
|
Bakı. 20 aprel. REPORT.AZ/ Bu gün Ağcabədi rayonunun Gələbədin kəndinə ilk dəfə təbii qazın verilməsi münasibəti ilə tədbir keçirilib. “Report”a “Azəriqaz” İB-dən verilən məlumata görə, tədbirdə rayon İcra Hakimiyyətinin və “Azəriqaz”ın təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər. Bildirilib ki, 269 abonenti olan kəndin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 16 334 metr müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, hər bir mənzilə sayğac və fərdi tənzimləyici quraşdırılıb. Hazırda Ağcabədi rayonunun Qiyaməddinli və Qaravəlli kəndlərində tikinti-quraşdırma işləri davam etdirilir. Yaxın günlərdə tikintisi başa çatmış yaşayış məntəqələrinə ardıcıllıqla təbii qazın verilişi təmin ediləcək.
|
2017-04-20
|
Ağcabədi rayonunun daha bir yaşayış məntəqəsinə ilk dəfə qaz verilib
|
Günel Abbasova
|
Report İnformasiya Agentliyi
|
az
| 0.999796 |
https://report.az/energetika/agcabedi-rayonunun-daha-bir-yasayis-menteqesine-ilk-defe-tebii-qaz-verilib/
|
report.az
|
https://data.commoncrawl.org/crawl-data/CC-NEWS/2018/12/CC-NEWS-20181204030920-00609.warc.gz
|
2018-12-04T04:24:12+00:00
|
|||
https://report.az/energetika/socar-polymer-beynelxalq-xezer-enerji-forumunun-resmi-terefdasi-olub/
|
Bu barədə “Report”a “Caspian European Club”dan bildirilib. “SOCAR Polymer” MMC-nin baş direktoru Fərid Cəfərov rəhbərlik etdiyi şirkətin “Caspian Energy Forum-2017” kimi irimiqyaslı tədbirin tərəfdaşı olmaqdan məmnun olduğunu bildirib. “Forumda ölkədə həyata keçirilən iqtisadi islahatların öz əksini tapdığını görəcəyimizi gözləyirik. Bu məsələ forumun birinci sessiyasında müzakirə olunacaq. Biz “Caspian European Club”un fəaliyyətini yüksək qiymətləndirir və bundan sonra da CEİBC-nin təşkil etdiyi tədbir və biznes-forumların bir hissəsi olmağa hazırıq. Öz ixrac imkanlarını inkişaf etdirmək niyyətində olan bir şirkət kimi bizə biznesin həm yerli, həm də əcnəbi nümyəndələrini dinləmək, həmçinin dünyanın müxtəlif ölkələrindən olan xarici şirkətlərin rəhbərləri ilə ünsiyyət qurmaq çox maraqlı olacaq”, - deyə o əlavə edib. “Caspian European Club” və “Caspian American Club”un sədrinin birinci müavini və baş icraçı direktoru Telman Əliyev klubun tədbirlərində fəal iştirakına və göstərdiyi dəstəyə görə “SOCAR Polymer” MMC şirkətinə minnətdarlığını bildirib. O, bugünkü əməkdaşlığın gələcəkdə daha da genişlənəcəyinə ümidvar olduğunu vurğulayıb. “SOCAR Polymer” MMC dövlət-özəl sektor əməkdaşlığı əsasında yaradılmış neft-kimya şirkətidir. Layihə Sumqayıt Kimya Sənaye Parkı ərazisində ildə 200 min ton polipropilenvə 120 min ton yüksək sıxlıqlı polietilen istehsalı üzrə iki zavodun inşasını nəzərdə tutur. Polipropilen istehsalına 2018-ci ilin I rübündə, yüksək sıxlıqlı polietilen istehsalına isə 2018-ci ilin III rübündə başlanılacaq. İstehsalat həcminin 70%-i Avropaya, Türkiyəyə və Rusiyaya ixrac olunacaq. İstehsalatın yerdə qalan hissəsinin isə yerli bazarda idxalın əvəz olunmasına yönəldilməsi planlaşdırılır. “Fikrimizcə, burada mühüm məqam “Caspian Energy Forum-2017”də Azərbaycan Prezidenti, “Caspian European Club” və “Caspian American Club”un sədri İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən iqtisadi islahatları dəstəkləyən və bu prosesdə fəal iştirak edən hökumət nümayəndələrinin, nəhəng şirkət və təşkilat rəhbərlərinin iştirakıdır. Biz Azərbaycan Prezidenti Administrasiyasına, xahişimizi müsbət cavablandıran və iqtisadi islahatların ilkin nəticələrinə həsr olunmuş forumun işinə qatılmağa, həmçinin Azərbaycanda fəaliyyət göstərmək niyyətində olan şirkətləri narahat edən problem, məsələ və təkliflərin müzakirəsində spiker və iştirakçı qismində çıxış etməyə razılıq verən bütün hökumət üzvlərinə və Milli Məclisin deputatlarına, nazirlərə, dövlət komitələrinin, dövlət agentliklərinin və dövlət şirkətlərinin rəhbərlərinə təşəkkür edirik” - T.Əliyev vurğulayıb. Qeyd edək ki, “Caspian Energy Forum-2017”yə həmçinin avrokomissarlar, Azərbaycanın, Xəzər-Qara dəniz və Baltik regionu ölkələrinin dövlət strukturlarının, nazirlik, komitə və qurumlarının rəhbərləri, Azərbaycanda akkreditə olunmuş diplomatik və beynəlxalq missiya nümayəndələri, eləcə də nəhəng beynəlxalq şirkətlərin başçıları qatılacaqlar. Ümumilikdə, forumun işində 50 ölkədən 500 deleqat iştirak edəcək. Forum üç sessiyadan ibarət olacaq. Birinci sessiya həyata keçirilən iqtisadi islahatların ilkin nəticələrinə həsr olunacaq. İkinci sessiya Xəzər region dövlətlərinin neft-qaz və enerji sektorunun inkişafı, üçüncü sessiya isə qeyri-neft sektorunda (maliyyə, nəqliyyat, İKT, aqrosənaye və turizm) həyata keçirilən layihələr və onların dünya bazarlarında irəliləyişi mövzusunu əhatə edəcək.
|
2017-04-07
|
“SOCAR Polymer” beynəlxalq Xəzər enerji forumunun rəsmi tərəfdaşı olub
|
Günel Abbasova
|
Report İnformasiya Agentliyi
|
az
| 0.999617 |
https://report.az/energetika/socar-polymer-beynelxalq-xezer-enerji-forumunun-resmi-terefdasi-olub/
|
report.az
|
https://data.commoncrawl.org/crawl-data/CC-NEWS/2018/12/CC-NEWS-20181204030920-00609.warc.gz
|
2018-12-04T04:24:15+00:00
|
|||
https://www.amerikaninsesi.org/a/ticar%C9%99t-m%C3%BCharib%C9%99sind%C9%99-90-g%C3%BCnl%C3%BCk-at%C9%99%C5%9Fk%C9%99s/4685990.html
|
ABŞ prezidenti Donald Tramp Çin prezidenti Şi Tsinpinlə “möhkəm və özəl” münasibətlərə malik olduğunu və ABŞ-Çin ticarət sazişinin amerikalı fermerlərinin Pekinə daha çox məhsul satmasına yardım edəcəyini bildirir. Tramp bu şərhlərini şənbə günü Argentinada Şi ilə razılıq əldə ediləndən sonra səsləndirib. Razılığa əsasən iki ölkə yeni ticarət sazişinin danışıqlarını həyata keçirəcəkləri növbəti 90 gündə bir-birinin ixracına heç bir tarif tətbiq etməyəcəklər. Ağ Evin iqtisadi məsələlər üzrə müşavifi Larri Kudlou deyib ki, Birləşmiş Ştatlar Çinin 1 trilyon dollar həcmində Amerika məhsulu almaq öhdəliyi götürməsinə nail olub.
Birləşmiş Ştatlar 2017-ci ili Çinlə ticarət münasibətlərində 335.4 milyard dollarlıq defisitlə yekun vurub.
|
2018-12-04
|
Ticarət müharibəsində 90 günlük atəşkəs
|
voa, voice of america, voanews, voanews,voianews, english news, voa special english, special english, voa官网, voanews.com, china, iran the voice of america, syria, голос америки, 美国之音
|
ABŞ
|
VOA
|
VOA
|
az
| 0.999556 |
https://www.amerikaninsesi.org/a/ticar%C9%99t-m%C3%BCharib%C9%99sind%C9%99-90-g%C3%BCnl%C3%BCk-at%C9%99%C5%9Fk%C9%99s/4685990.html
|
amerikaninsesi.org
|
https://data.commoncrawl.org/crawl-data/CC-NEWS/2018/12/CC-NEWS-20181204143019-00615.warc.gz
|
2018-12-04T15:20:25+00:00
|
|
https://www.amerikaninsesi.org/a/bush-corc-prezident-bus-/4684775.html
|
Sabiq ABŞ prezidenti Corc Herbert Volker Buş Texas ştatının Hyuston şəhərindəki evində 94 yaşında vəfat edib. 1989-1993-cü ilərdə Birləşmiş Ştatların Respublikaçı prezidenti İraqın ışğalçı qoşununu Küveytdən çıxarmaq və Yaxın Şərqdə sülh razılığı əldə etmək kimi nailiyyətləri ilə tanınırdı. 1990-cı ilin avqustunda İraq ordusu Küveyti işğal edəndə Buş bu neftlə zəngin ölkəni azad etmək üçün hava və quruda beynəlxalq koalisiya qüvvələri yaradaraq, yanvar ayında hərbi əməliyyatlara başladı. Corc Buş: “Beş ay əvvəl Səddam Hüseyn Küveytə qarşı qəddar müharibəyə qalxdı. Bu gecə isə döyüşlər başladı.” Birləşmiş Ştatların başçılıq etdiyi 6 həftəlik “Səhrada qasırğa” adlanan əməliyyatlar İraq qoşunlarını geri çəkilməyə məcbur etdi. Prezident Buş hücumu dayandırmaq qərarı verdi. Çoxları onu bu qərarına görə tənqid etsə də, bu, Buşun vətənində və xaricdə nüfuzunu artırdı. Bundan sonra o, nüfuzundan Ərəb-İsrail sülh prosesini canlandırmaq üçün istifadə etdi və onun bu sahədəki səyləri elə həmin il Madrid Konfransına gətirib çıxardı. Lakin onun 1992-ci ilin dekaber ayında, onun prezidentlik dönəminin son həftəsində Somalidəkı zorakılıqların qarşısını almaq cəhdləri boşa çıxdı və orada döyüşlər Klintonun prezidentlik dövründə də davam etdi. Prezident Ronald Reyqanın iki dönəm prezidentlik müddətində Corc Buş vitse-prezident vəzifəsində işlədi. Özü prezident seçildikdən sonra isə dünyada Berlin Divarının uçması və 1991-ci ildə Sovet ittifaqının dağılması kimi böyük dəyişikliklər baş verdi. O zaman sonuncu Sovet prezidenti Mixail Qorbaçov ABŞ-la Rusiyanı strateji partnyor elan edərək, Soyuq Müharibənin sonunu elan etmiş oldu. Daxili cəbhəyə gəldikdə isə Buş prezidentlik kampaniyası zamanı vergiləri azaldacağı barədə verdiyi sözünün üstündə durmadı. Respublikaçı prezident Konqresdə çoxluq təşkil edən Demokratların təzyiqləri ilə vergi gəlirlərini artırmağa və beləliklə büdcə defisitinə mane olmağa məcbur olmuşdu. iqtisadi nəzəzzül və Körfəz müharibəsinin nəticələrinə dair suallar onun reytinqinin düşməsi və 1992-ci ildə prezident seçkilərində məğlubiyyətinə gətirib çıxarmışdı. Seçkilərdə məğlubiyyətindən sonra Buş Texasdakı şəxsi evinə köçərək, neft biznesi ilə məşğul olurdu. Siyasətdən uzaqlaşmasına baxmayaraq, Buş ictimaiyyətin gözündən uzaqlaşmırdı. 8 il sonra o, oğlunun prezidentlik kampaniyasında aktiv iştirak etmişdi. Sabiq prezident britaniya kraliçası Elizabet tərəfindən cəngavərlik və prezident Obama tərəfindən Azdalıq medallarına layiq görülmüşdü. Sabiq dəniz donanması pilotu olan Buş ata sonuncusu 90 yaşında olmaqla, bir neçə ad gününü paraşütdan tullanmaqla qeyd etmişdi.
|
2018-12-04
|
Corc Buş irsi
|
voa, voice of america, voanews, voanews,voianews, english news, voa special english, special english, voa官网, voanews.com, china, iran the voice of america, syria, голос америки, 美国之音
|
ABŞ
|
VOA
|
VOA
|
az
| 0.999415 |
https://www.amerikaninsesi.org/a/bush-corc-prezident-bus-/4684775.html
|
amerikaninsesi.org
|
https://data.commoncrawl.org/crawl-data/CC-NEWS/2018/12/CC-NEWS-20181204143019-00615.warc.gz
|
2018-12-04T15:20:38+00:00
|
|
https://www.amerikaninsesi.org/a/tramp-pakistan%C4%B1n-%C9%99fqan%C4%B1standa-s%C3%BClh-dan%C4%B1%C5%9F%C4%B1qlar%C4%B1-il%C9%99-ba%C4%9Fl%C4%B1-s%C9%99yl%C9%99rini-art%C4%B1rmas%C4%B1n%C4%B1-ist%C9%99yir/4685907.html
|
Birləşmiş Ştatlar prezidenti Donald Tramp Talibanın Əfqanıstanda sülh danışıqlarına cəlb edilməsində Pakistanın səylərini artırmasını istəyib. Pakistanın baş naziri İmran Xan bazar ertəsi cənab Trampdan Birləşmiş Ştatların Əfqanıstan üzrə xüsusi nümayəndəsi Zalmay Xəlilzadın müzakirələr məqsədilə bu həftə Pakistana səfər edəcəyi barədə məlumat olan məktub aldığını bildirib. İmran Xan Əfqanıstanda sülhün bərqərar olmasında Pakistanın əhəmiyyətli mövqedə olduğunu və bunun üçün əlindən gələni edəcəyini deyib. Birləşmiş Ştatlarla Pakistan arasındakı yüksək səviyyəli təmas iki ölkə arasında münasibətlərdə gərginliyin artdığı dövrə təsadüf edir. Belə ki, ABŞ-la Pakistan arasında əlaqələr Amerikanın İslamabadı Talibanın Əfqanıstanda hücumlar keçirmək üçün Pakistan ərazisindəki sığınacaqlardan istifadə etdiyi haqda iddialarla əlaqədar gərginləşib. 17 ildir sürən Əfqanıstan müharibəsi son aylar Talibanın hücumlarının artması ilə intensivləşib. Talibanın hücumları ABŞ-ın dəstəklədiyi Əfqanıstanın təhlükəsizlik qüvvələri arasında böyük itkisinə səbəb olub.
|
2018-12-04
|
Tramp Pakistanın Əfqanıstanda sülh danışıqları ilə bağlı səylərini artırmasını istəyir
|
voa, voice of america, voanews, voanews,voianews, english news, voa special english, special english, voa官网, voanews.com, china, iran the voice of america, syria, голос америки, 美国之音
|
Dünya
|
VOA
|
VOA
|
az
| 0.99964 |
https://www.amerikaninsesi.org/a/tramp-pakistan%C4%B1n-%C9%99fqan%C4%B1standa-s%C3%BClh-dan%C4%B1%C5%9F%C4%B1qlar%C4%B1-il%C9%99-ba%C4%9Fl%C4%B1-s%C9%99yl%C9%99rini-art%C4%B1rmas%C4%B1n%C4%B1-ist%C9%99yir/4685907.html
|
amerikaninsesi.org
|
https://data.commoncrawl.org/crawl-data/CC-NEWS/2018/12/CC-NEWS-20181204143019-00615.warc.gz
|
2018-12-04T15:20:41+00:00
|
|
https://report.az/energetika/tesla-sirketi-avstraliyada-dunyanin-en-boyuk-batareyasini-ise-salib/
|
Bakı. 1 dekabr. REPORT.AZ/ "Tesla" şirkəti dünyanın ən böyük litium-ion batareyasını işə salaraq Avstraliyanın energetika sisteminə birləşdirib. "Report" xəbər verir ki, bu barədə məlumatı "Reuters" agentliyi yayıb. Agentlikdən verilən məlumatda bildirilib ki, batareyanın gücü 129 MVt təşkil edir. Batareyanın 30 min binanı eletrik enerjisi ilə təmin etmək gücündə olduğu bildirilir. Xatırladaq ki, "Tesla" şirkətinin rəhbəri və qurucusu İlon Mask 2017-ci ilin mart ayında Cənubi Avstraliyanın elektrik enerjisi problemlərini həll etməyi vəd edərək 100 gün ərzində 100 MVt-lıq batareya quracağını bildirib. Vədin müddəti dekabr ayının 1-də bitib və batareya vaxtından əvvəl təhvil verilərək işə salınıb. Qeyd edək ki, Cənubi Avstraliya 2016-cı ilin sentyabr ayında qasırğa nəticəsində elektrik enerjisi problemləri ilə üzləşib. Bununla yanaşı, 2017-ci ilin mart ayında ölkənin kömürlə çalışan ən iri istilik elektrik stansiyası fəaliyyətini dayandırıb.
|
2017-12-01
|
'Tesla' şirkəti Avstraliyada dünyanın ən böyük batareyasını işə salıb
|
Cavid Əzimov
|
Report İnformasiya Agentliyi
|
az
| 0.997527 |
https://report.az/energetika/tesla-sirketi-avstraliyada-dunyanin-en-boyuk-batareyasini-ise-salib/
|
report.az
|
https://data.commoncrawl.org/crawl-data/CC-NEWS/2018/12/CC-NEWS-20181204030920-00609.warc.gz
|
2018-12-04T04:24:39+00:00
|
|||
https://report.az/energetika/azerbaycanla-ebrd-arasinda-energetika-sektorunda-islahatlara-destek-meselesi-muzakire-edilib/
|
Bakı. 13 noyabr. REPORT.AZ/ Energetika Nazirliyində Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) vitse-prezidenti Betsi Nelson, eləcə də qurumun Şərqi Avropa və Qafqaz regionu üzrə yeni icraçı direktoru Matteo Patrone ilə görüş keçirilib. Bu barədə "Report"a Nazirliyin Mətbuat xidmətindən məlumat verilib. Energetika nazirinin müavini Samir Vəliyev Bankın Azərbaycanda fəaliyyətində özəl sektorun inkişafına və ölkə üçün strateji əhəmiyyət kəsb edən layihələrə dəstəyini yüksək qiymətləndirib. Nazir müavini hazırda energetika sahəsində islahatların yeni çağırışlara uyğun olaraq bazar münasibətlərinin formalaşdırılması, enerji resurslarından səmərəli istifadəsi, qabaqcıl təcrübə və yeni texnologiyaların tətbiqi ilə yaşıl iqtisadiyyatın inkişafına nail olunması kimi istiqamətləri əhatə etdiyini diqqətə çatdırıb. Bərpa olunan enerji mənbələrinin istifadənin genişləndirilməsində özəl sektorun iştirakının və bu məqsədlə cəlbedici mühitin yaradılmasının vacibliyini vurğulayıb. Bu məsələrdə EBRD ilə Energetika Nazirliyi arasında texniki dəstək çərçivəsində həyata keçirilən və planlaşdırılan layihələrdən bəhs edib. Bildirilib ki, bərpa olunan enerjidən geniş istifadənin təmin edilməsi üçün şəbəkənin gücləndirilməsi layihəsinin həyata keçirilməsi üçün artıq məsləhətçi şirkət seçilib və fəaliyyətə başlanılıb. Bundan başqa, Enerji Məsələlərini Tənzimləmə Agentliyinin fəaliyyətinə dəstəklə bağlı EBRD ilə əməkdaşlıq əlaqələrinə toxunulub. “Tənzimləyici haqqında” qanun layihəsinin hazırlanması məqsədilə tenderdə qalib gəlmiş məsləhətçi şirkətin yaxın vaxtlarda elan ediləcəyi qeyd edilib. B.Nelson təmsil etdiyi bankın Energetika Nazirliyi ilə əməkdaşlığa dəyər verdiyini və ölkədə enerji sektorunun inkişafında maraqlı olduqlarını bildirib. O, yaşıl iqtisadiyyat, enerji səmıərəliliyi və bərpa olunan enerji mənbələrinin inkişafına dəstəyin EBRD-nin hazırlayacağı Azərbaycanda əməliyyatlar üzrə yeni strategiyasının üç istiqamətindən biri olduğunu vurğulayıb. Görüşdə həmçinin ikinci dərəcəli qanunvericilik aktlarının hazırlanması, eləcə də Azərbaycanla Enerji Səmərəliliyi və Ətraf Mühit üzrə Şərqi Avropa Tərəfdaşlığı Fondu (E5P fondu) arasında əməkdaşlığın qurulması istiqamətində müzakirələr aparılıb.
|
2018-11-13
|
Azərbaycanla EBRD arasında energetika sektorunda islahatlara dəstək məsələsi müzakirə edilib
|
Tural İbadlı
|
Report İnformasiya Agentliyi
|
az
| 0.999834 |
https://report.az/energetika/azerbaycanla-ebrd-arasinda-energetika-sektorunda-islahatlara-destek-meselesi-muzakire-edilib/
|
report.az
|
https://data.commoncrawl.org/crawl-data/CC-NEWS/2018/12/CC-NEWS-20181204030920-00609.warc.gz
|
2018-12-04T04:24:43+00:00
|
|||
https://report.az/energetika/azeriqaz-istehlakcilara-muraciet-edib/
|
Bakı. 30 sentyabr. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi smart tipli sayğaclar koda düşdükdə istehlakçılar üçün zəruri olan müvafiq addımlarla bağlı məlumat yayıb. “Report”un quruma istinadən verdiyi xəbərə görə, “Azəriqaz” tərəfindən abonentlərin mənzillərində quraşdırılan yeni smart tipli sayğacların əsas xüsusiyyəti istehlakçıların qazla təminatını öncədən ödəniş etməklə həyata keçirmək və eyni zamanda təbii qazdan təhlükəsiz istifadə olunmasını təmin etməkdir: “Lakin bir çox hallarda istehlakçılar təbii qazdan istifadə zamanı müvafiq təhlükəsizlik qaydalarına düzgün riayət etmir, bu zaman sayğacın klapanı bağlanır, sayğac koda düşür və avtomatik olaraq təbii qazın verlişi dayanır”. “Azəriqaz” bildirir ki, proqram təminatında aparılmış müvafiq işlər nəticəsində smart tipli qaz sayğacları koda düşdükdə abonent kartları vasitəsi ilə onları işə salmaq mümkündür. Artıq abonentlər öz kartları ilə “ALARM 3”, “ALARM 5” və “FO-44” koda düşmələrini aradan qaldıra bilərlər. Bunun üçün abonentlər göstərilən təlimatları ardıcıllıqla yerinə yetirməlidirlər: 1. Smart tipli sayğac koda düşdükdə ilk öncə kart koda düşmüş sayğaca daxil edilir. Bu zaman sayğacın ekranında olan informasiya avtomatik olaraq həmin abonentin kartının yaddaşına köçürülür. İki siqnal səsindən sonra kart sayğacdan çıxarılır; 2. İstənilən ödəmə məntəqəsində kartın balansına minimum 1 manat vəsait ödənilir; 3. Ödəniş həyata keçirildikdən sonra abonentin mənzilində olan qaz cıhazları təhlükəsilik tələblərinə uyğun olaraq sızma testinin aparılması üçün bağlı vəziyyətdə saxlanılmalıdır; 4. Kart ödəniş həyata keçirmək üçün sayğaca daxil edilir və iki siqnal səsindən sonra sayğacdan çıxarılır; 5. Sayğacın üzərindəki göy düymə (klapanı aç) 5 saniyə sıxılı saxlanılır. Bu zaman sayğac özü avtomatik olaraq 190 saniyədən geri saymağa başlayır. Göstərilən müddət bitdikdən sonra saygac koddan çıxır və qazın verilişi bərpa olunur. Qeyd edək ki, bu əməliyyat üçün heç bir xidmət haqqı tələb olunmur və sayğacın koddan çıxarılması zamanı ödənilən məbləğ abonentin balansına əlavə olunur.
|
2016-09-30
|
“Azəriqaz” istehlakçılara müraciət edib
|
Günel Abbasova
|
Report İnformasiya Agentliyi
|
az
| 0.998854 |
https://report.az/energetika/azeriqaz-istehlakcilara-muraciet-edib/
|
report.az
|
https://data.commoncrawl.org/crawl-data/CC-NEWS/2018/12/CC-NEWS-20181204030920-00609.warc.gz
|
2018-12-04T04:24:46+00:00
|
|||
https://report.az/energetika/neqliyyat-i-daresinin-reisi-haqqimizda-yayilan-yalandir/
|
Bakı. 25 May. REPORT.AZ/ "Haqqımızda yayılan bu məlumat ağ yalandır və heç bir həqiqəti əks etdirmir". Bunu "Report"a açıqlamasında Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (SOCAR) Nəqliyyat İdarəsinin rəisi Elçin Zülfüqarov hüquq müdafiəçisi Bəxtiyar Məmmədovun onun İŞİD-ə yardım etməsi ilə bağlı ittihamlarını cavablandırarkən deyib. E.Zülfüqarovun sözlərinə görə, özünü hüquq müdafiəçisi kimi təqdim edən ittihamçı ilə heç bir tanışlıqları yoxdur və bu ittihamla bağlı Bəxtiyar Məmmədov barəsində məhkəməyə müraciət edəcəklər: "Artıq məhkəməyə müraciət etməyi qərara almışıq. Bizə qarşı çox gülünc ittihamlar irəli sürülür. Böhtan xarakterli bu informasiyanı yayan şəxsi məhkəməyə verməkdə qərarlıyıq. Şirkətimiz hər ay 100-150 adama yardım ayırır. Kiməsə yardım etmək nə vaxtdan pis əməl hesab edilib?".
|
2015-05-25
|
SOCAR Nəqliyyat İdarəsinin rəisi: 'Haqqımızda yayılan məlumat ağ yalandır'
|
Tural İbadlı
|
Report İnformasiya Agentliyi
|
az
| 0.999041 |
https://report.az/energetika/neqliyyat-i-daresinin-reisi-haqqimizda-yayilan-yalandir/
|
report.az
|
https://data.commoncrawl.org/crawl-data/CC-NEWS/2018/12/CC-NEWS-20181204030920-00609.warc.gz
|
2018-12-04T04:24:59+00:00
|
|||
https://report.az/energetika/fransa-2021-ci-ile-qeder-butun-i-es-lerini-baglayacaq/
|
Bakı. 25 yanvar. REPORT.AZ/ Fransa qlobal iqlim dəyişiklikləri ilə mübarizədə nümunə olacaq və 2021-ci ilədək kömürlə işləyən bütün istilik elektrik stansiyalarının (İES) fəaliyyətini dayandıracaq. “Report” xəbər verir ki, bunu Davosda keçirilən Ümumdünya İqtisadi Forumunda çıxış edən Fransa prezidenti Emanuel Makron deyib. "Biz zərərli tullantıları kəskin şəkildə azaltmaq üçün addımlar atacağıq…Biz 2021-ci ilədək kömürlə işləyən bütün istilik elektrik stansiyalarını bağlayacağıq və ekoloji təmiz texnologiyaların inkişafı üzrə proqramlar işə salacağıq", - deyə Fransa prezidenti bildirib. Onun sözlərinə görə, ölkədə innovasiya və tədqiqatların maliyyələşdirilməsi üçün kapital həcmi 10 milyon avro olacaq fond yaradılacaq. Makron bu ideyanın həyata keçirilməsindən ötrü müəssisələr üçün vergilərin azaldılması, həmçinin daha əlverişli əmək şəraitinin yaradılmasına kömək edəcək.
|
2018-01-25
|
Fransa 2021-ci ilə qədər bütün İES-lərini bağlayacaq
|
News Department
|
Report İnformasiya Agentliyi
|
az
| 0.999046 |
https://report.az/energetika/fransa-2021-ci-ile-qeder-butun-i-es-lerini-baglayacaq/
|
report.az
|
https://data.commoncrawl.org/crawl-data/CC-NEWS/2018/12/CC-NEWS-20181204030920-00609.warc.gz
|
2018-12-04T04:25:04+00:00
|
|||
https://report.az/energetika/socar-bu-gunden-etibaren-baki-novorossiysk-kemerinin-fealiyyetini-berpa-edir/
|
Bakı. 22 iyul. REPORT.AZ/ İyun ayında Bakı-Novorossiysk kəməri ilə neftin ötürülməməsi emal zavodlarının təmirə dayandırılması ilə əlaqədar olub. "Report" xəbər verir ki, bunu Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev jurnalistlərin suallarını cavablandırarkən deyib. SOCAR prezidenti Azərbaycanın boru kəmərləri ilə ixrac etməyə istənilən həcmdə neftin olmasını da açıqlayıb: "İyunda emal zavodlarını təmirə dayandırdıq və bu zaman yığılıb qalan nefti Bakı-Tbilisi-Ceyhan xəttinə yönəltdik. Hazırda bütün kəmərlərimiz işlək vəziyyətdədir. Bizim istənilən kəmər vasitəsi ilə neft ixrac etmək imkanımız var". R. Abdullayev bu gündən etibarən Bakı-Novorossiysk kəmərinə neftin vurulmasına başlayacaqlarını açıqlayıb: "Bakı-Novorossiysk kəməri bizim üçün lazımdır. Bu gündən etibarən bu boru xəttinə neftin vurulmasına başlayacağıq. Bakı-Novorossiysk kəməri ilə təxminən 1,5 mln. barel neft ixrac etməyi düşünürük".
|
2015-07-22
|
Bu gündən etibarən Bakı-Novorossiysk kəmərinin fəaliyyəti bərpa edilir
|
Tural İbadlı
|
Report İnformasiya Agentliyi
|
az
| 0.998031 |
https://report.az/energetika/socar-bu-gunden-etibaren-baki-novorossiysk-kemerinin-fealiyyetini-berpa-edir/
|
report.az
|
https://data.commoncrawl.org/crawl-data/CC-NEWS/2018/12/CC-NEWS-20181204030920-00609.warc.gz
|
2018-12-04T04:25:14+00:00
|
|||
https://report.az/energetika/socar-da-arizona-statinin-numayendeler-palatasinin-spikeri-ile-gorus-kecirilib/
|
Bakı. 1 avqust. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) inzibati binasında (SOCAR Tower-də) ABŞ-ın Arizona ştatının Nümayəndələr Palatasının spikeri Cavan Mesnard ilə görüş keçirilib. Bu barədə “Report” şirkətə istinadən xəbər verir. Məlumata görə, qonağı səmimi salamlayan SOCAR-ın kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidenti Xalik Məmmədov 2013-cü ildən təmsil etdiyi şirkət və Arizona ştatının biznes qurumları arasında sıx əlaqələrin qurulduğunu qeyd edib. O, Azərbaycanda həyata keçirilən irihəcmli enerji layihələri çərçivəsində qazanılmış uğurlar, ölkənin və bütövlükdə regionun sosial-iqtisadi inkişafında bu layihələrin rolu haqqında qonağa ətraflı məlumat verib. Azərbaycanın qədim neft diyarı olduğunu nəzərə çatdıran SOCAR-ın vitse-prezidenti 1846-cı ildə dünyada sənaye üsulu ilə ilk neft quyusunun qazılması və 1949-cu ildə açıq dənizdə neft hasilatına başlanılmasının, dünya neft sənayesi tarixində mühüm yer tutan digər proseslərin Bakı neftçiləri tərəfindən həyata keçirildiyini söyləyib və qeyd edib ki, neftin boru kəməri ilə nəqlinin təməli də məhz Bakıda qoyulub. Azərbaycanın hələ qədim dövrlərdən Avropanın neft təchizatında əhəmiyyətli rol oynadığı, həmin ənənənin bu gün də uğurla davam etdirildiyi vurğulanıb. ABŞ-ın Azərbaycanda həyata keçirilən enerji layihələrinə göstərdiyi dəstək və Amerika şirkətlərinin bu layihələrdə iştirak etməsi görüşdə diqqət mərkəzində olub, "Azəri-Çıraq-Günəşli" layihəsində “ExxonMobil” şirkətinin iştirak etdiyi qeyd olunub. 2016-cı ildə SOCAR-ın prezidenti Rövnəq Abdullayevin “ExxonMobil” şirkətinin eks-prezidenti, hazırda ABŞ-ın dövlət katibi Reks Tillersonla görüşündə Xəzərin Azərbaycan sektorunda həyata keçirilən layihələr haqqında fikir mübadiləsi aparıldığı bildirilib. Qeyd olunub ki, Amerika enerji layihələrinin inkişafına dəstəyini bu gün də əsirgəmir və Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayan Cənub Qaz Dəhlizi layihəsinə böyük önəm verir. SOCAR-ın İBM və digər nüfuzlu Amerika şirkətləri ilə əməkdaşlıq əlaqələri diqqətə çatdırılıb. Qonaqpərvərliyə görə təşəkkürünü bildirən C.Mesnard 2013-cü ildə ştatın qanunverici orqanında Xocalı soyqırımı, ötən il Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı qətnamələrin müzakirəsində və qəbul olunmasında iştirak etdiyini nəzərə çatdırıb. Bakıya səfərdən məmnun olduğunu deyən qonaq Azərbaycanda hasil edilən enerji daşıyıcılarının Avropaya nəqlinin önəmli məsələ kimi gündəmdə olduğunu vurğulayıb və bildirib ki, Bakıda keçirdiyi görüşlərdə Arizona ilə münasibətlərə böyük əhəmiyyət verildiyinə şahid olub. C.Mesnard Arizona ştatının bir sıra istiqamətlərdə, o cümlədən iqtisadi sahədə Azərbaycan ilə əməkdaşlıqda maraqlı olduğunu vurğulayıb, ölkəsinə döndükdən sonra Azərbaycanda gördüyü inkişaf barədə Nümayəndələr Palatası üzvlərinə məlumat verəcəyini bildirib. Qonaq Arizona və Azərbaycan arasında dostluq və əməkdaşlıq əlaqələrinin bundan sonra da inkişaf edəcəyinə, SOCAR-ın bu əlaqələrin dərinləşməsinə daha böyük töhfə verəcəyinə əminliyini ifadə edib.
|
2017-08-01
|
SOCAR-da Arizona ştatının Nümayəndələr Palatasının spikeri ilə görüş keçirilib
|
Namiq Hüseynov
|
Report İnformasiya Agentliyi
|
az
| 0.999848 |
https://report.az/energetika/socar-da-arizona-statinin-numayendeler-palatasinin-spikeri-ile-gorus-kecirilib/
|
report.az
|
https://data.commoncrawl.org/crawl-data/CC-NEWS/2018/12/CC-NEWS-20181204030920-00609.warc.gz
|
2018-12-04T04:25:17+00:00
|
|||
https://report.az/energetika/opec-raziligi-cercivesinde-ohdelikler-109-yerine-yetirilib/
|
Bakı. 30 avqust. REPORT.AZ/ OPEC+ razılığı çərçivəsində ölkələr bu ilin iyul ayı ərzində neft hasilatının azaldılması ilə bağlı götürdüyü öhdəlikləri 109% yerinə yetirib. "Report"un xarici KİV-ə istinadən verdiyi xəbərə görə, bu barədə OPEC+ nazirlər səviyyəsində olan monitorinq komitəsinin məlumatlarında deyilir. Məlumata əsasən, nail olunan göstəricilər 2018-ci ilin iyunun 23-də OPEC-ə üzv və qeyri-üzv dövlətlərin nazirlər səviyyəsində keçirilən dördüncü iclasında qoyulan məqsədlərə çatmasını göstərir.
|
2018-08-30
|
OPEC+ razılığı çərçivəsində öhdəliklər 109% yerinə yetirilib
|
Şamil Əlibəyli
|
Report İnformasiya Agentliyi
|
az
| 0.999942 |
https://report.az/energetika/opec-raziligi-cercivesinde-ohdelikler-109-yerine-yetirilib/
|
report.az
|
https://data.commoncrawl.org/crawl-data/CC-NEWS/2018/12/CC-NEWS-20181204030920-00609.warc.gz
|
2018-12-04T04:25:29+00:00
|
|||
https://report.az/energetika/avropa-oyunlari-ile-elaqedar-socar-neft-mehsullarinin-ixracini-azaldib/
|
Bakı. 3 iyun. REPORT.AZ/ Bu ay Azərbaycanda keçiriləcək I Avropa Oyunları ilə əlaqədar Dövlət Neft Şirkəti (SOCAR) neft məhsullarının ixracını azaldıb. "Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında SOCAR-ın prezidenti Rövnəq Abdullayev bildirib: "Oyunlar zamanı neft məhsullarına böyük tələbat yaranacaq. Bu tələbatı tam ödəmək üçün neft məhsullarının ixracı azaldılıb və bu həcm daxili tələbatın ödənilməsinə yönəldilib". R.Abdullayev qeyd edib ki, dünya bazarında neftin qiymətinin ucuzlaşması Azərbaycanda həyata keçirilən neft-qaz layihələrinin icrasına təsir etməyib: "Neftin qiymətinin ucuzlaşmasına baxmayaraq, heç bir neft-qaz layihəsinin icrası dayandırılmayıb". SOCAR rəhbəri əlavə edib ki, bu layihələrin maliyyələşmə məsələləri əvvəldən həll olunub və bu səbəbdən də hər hansı problem yaranmayıb: "Bütün layihələr qrafikə uyğun olaraq həyata keçirilir".
|
2015-06-03
|
SOCAR neft məhsullarının ixracını azaldıb
|
Tural İbadlı
|
Report İnformasiya Agentliyi
|
az
| 0.998728 |
https://report.az/energetika/avropa-oyunlari-ile-elaqedar-socar-neft-mehsullarinin-ixracini-azaldib/
|
report.az
|
https://data.commoncrawl.org/crawl-data/CC-NEWS/2018/12/CC-NEWS-20181204030920-00609.warc.gz
|
2018-12-04T04:25:32+00:00
|
|||
https://report.az/energetika/socar-yeralti-qaz-anbarlarini-genislendirir/
|
Bakı. 5 oktyabr. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyevin ölkənin təbii qaza olan tələbatının davamlı təminatı və ixrac imkanlarının genişləndirilməsi məqsədi ilə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) qarşısında yeraltı qaz anbarlarının aktiv tutumunun artırılmasına dair qoyduğu vəzifə çərçivəsində “Azneft” İstehsalat Birliyinin Qaz Anbarlarının İstismarı İdarəsində bir sıra tədbirlər həyata keçirilib. "Report" SOCAR-a istinadən xəbər verir ki, Qaradağ qazsaxlama sahəsinin qazpaylama məntəqəsində əlavə 5 quyuluq manifold sisteminin tikintisi sona çatdırılıb. Burada 5 quyuluq manifold qovşağı tikilib, quyulara şleyf xətləri çəkilib, yeni şam xətti və şam separatoru, 1 ədəd tədqiqat separatoru, eləcə də mövcud separatorlara qoruyucu klapanlar quraşdırılaraq sistemlə əlaqələndirilib. Operator binası, emalatxana və anbar tikilib. Sahədəki qazpaylama məntəqəsinin genişləndirilməsinə başlanılıb. Burada 12 quyuluq yeni qazpaylama məntəqəsi tikilib, quyulara şleyf xətləri çəkilib, 2 ədəd məhsuldarlığı sutkalıq 7 milyon kubmetr, 2 ədəd məhsuldarlığı sutkalıq 10 milyon kubmetr olan nəql separatorları, 2 ədəd tədqiqat separatoru quraşdırılıb, əlaqələndirici xətlər çəkilərək mövcud sistemlə əlaqələndirilib. Manifold xətlərində donmaların qarşısını almaq üçün 44 ədəd dozator nasosu quraşdırılıb, nasosxana inşa olunub. Qış mövsümündə texnoloji avadanlıqların və inzibati otaqların qızdırılması üçün qazanxana tikilib. Qazpaylama məntəqəsinin yanğınsöndürmə sistemi tələblərə uyğun yenidən çəkilib. Qalmaz qazsaxlama sahəsində isə qazmadan alınmış və eyni xəttə işləyən quyuların qoşulması üçün qazpaylama məntəqəsinin genişləndirilməsi işlərinə başlanılıb. Sahədə əlavə 5 quyuluq manifold qovşağının tikintisinə start verilib, Qalmaz Qaz Kompressor Sahəsində məhsuldarlığı sutkalıq 10 milyon kubmetr olan 2 ədəd toztutucu quraşdırılaraq istismara verilib. "SOCAR-ın yeraltı qaz anbarları payız-qış mövsümünə tam hazır vəziyyətə gətirilib"-,məlumatda qeyd olunub.
|
2015-10-05
|
SOCAR yeraltı qaz anbarlarını genişləndirir
|
Günel Abbasova
|
Report İnformasiya Agentliyi
|
az
| 0.998931 |
https://report.az/energetika/socar-yeralti-qaz-anbarlarini-genislendirir/
|
report.az
|
https://data.commoncrawl.org/crawl-data/CC-NEWS/2018/12/CC-NEWS-20181204030920-00609.warc.gz
|
2018-12-04T04:25:39+00:00
|
|||
https://report.az/energetika/opek-legv-oluna-biler/
|
Bakı. 18 aprel. REPORT.AZ/ Doha sammitində neft hasilatının dondurulması ilə bağlı razılaşmanın əldə olunmaması OPEC təşkilatının ləğv olunmasına gətirib çıxara bilər. "Report", ABŞ-ın Kolorado ştatında yerləşən IHS konsaltinq şirkətinin müdir müavini, energetika sahəsi üzrə tarixçi, "neft qurusu" Daniel Yerginin sözlərinə istinadən xəbər verir ki, OPEC artıq heç nəyə qadir deyil: "Kartel neft bazarında vahid güc kimi çıxış etmir və onun üzvləri öz maraqlarını güdür". Bundan başqa, OPEC son illərdə öz məhdudiyyətlərinə belə əməl edə bilməyib. Belə ki, 2015-ci ilin dekabr ayına qədər OPEC təşkilatı gündəlik 30 mln. bareldən çox neft hasil etməmək barədə qərar qəbul etsə də, bu limit hər zaman pozulub və neft hasilatı 31-32 mln. barelə çatıb. Ekspertlər neft bazarında hasilatın artması durumunda vəziyyətin daha da pisləşəcəyini bildirirlər. Beynəlxalq Enerji Agentliyinin (IEA) məlumatına görə, Rusiya şirkətləri mart ayında hasilatı daha 220 min barel/gün artıraraq 10,91 mln. barel/günə yüksəldiblər. Belə ki, Rusiya Mərkəzi Dispetçer İdarəsinin məlumatına görə, fevralda bu ölkədə hasilat yanvar ayı ilə müqayisədə 5,3% artıb. "Vygon Consulting" şirkətinin təhlillərinə görə, hətta neft hasilatının azaldılması belə bazarda tarazlığın bərpasına gətirib çıxara bilməz. Tarazlığın yaranması üçün OPEC təyin etdiyi limitlər çərçivəsində hərəkət etməlidir. Şirkətin təhlillərinə əsasən, Kartel, İran da daxil olmaqla gündəlik hasilatı 500 min barel, İran olmadan isə 800 min barel azaltmalıdır. Hazırda neft hasilatçıları arasında konsensusun əldə olunması mümkün görünmədiyindən neft bazarında tarazlığın yaranması ancaq neftə tələbatın artması nəticəsində baş verə bilər. Bu da qlobal iqtisadiyyatın gözləniləndən daha sürətlə inkişaf edəcəyi təqdirdə mümkündür. Beynəlxalq Valyuta Fondu isə son hesabatında qlobal iqtisadiyyatın 2016-cı il üçün artım proqnozunu azaldaraq 3,2%-ə salıb. Çin iqtisadiyyatının 2016-cı ilin ilk rübündə 6,7% artması (proqnozdan az) əsas neft istehlakçısı olan bu ölkədə tələbin azalmasına səbəb olub və bu ilin sonuna qədər vəziyyətin müsbət istiqamətdə dəyişəcəyi gözlənilmir. Məhz bu səbəbdən Rusiya Bankı (Mərkəzi Bank) illik neft qiymətlərinin orta hesabla 30 dollar/barel olacağını düşünür.
|
2016-04-18
|
Ekspertlər: 'OPEC ləğv oluna bilər'
|
Cavid Əzimov
|
Report İnformasiya Agentliyi
|
az
| 0.999188 |
https://report.az/energetika/opek-legv-oluna-biler/
|
report.az
|
https://data.commoncrawl.org/crawl-data/CC-NEWS/2018/12/CC-NEWS-20181204030920-00609.warc.gz
|
2018-12-04T04:25:42+00:00
|
|||
https://report.az/energetika/i-nogate-proqraminin-azerbaycan-uzre-elaqelendiricisi-mukafatlandirilib/
|
Bakı. 28 mart. REPOERT.AZ/ Energetika Nazirliyinin Aparat rəhbəri, İNOGATE Proqramının Azərbaycan üzrə əlaqələndiricisi İftixar Hüseynov Proqramın 20 illiyi (1996-2016-cı illər) münasibətilə İNOGATE-in ölkə üzrə əlaqələndiricisi kimi fəaliyyətinə görə “Xidmət Mükafatı”na layiq görülüb. Bu barədə “Report”a nazirliyin mətbuat xidmətindən məlumat verilib. Mükafat Avropa İttifaqı, 11 tərəfdaş ölkə, beynəlxalq maliyyə institutları, özəl sektor və akademik dairələrdən olmaqla 200-dək nümayəndənin iştirakı ilə Belçikanın Brüssel şəhərində “Avropa İttifaqının Şərq qonşuluğu və Mərkəzi Asiya ilə enerji əməkdaşlığı” konfransı çərçivəsində Avropa Komissiyasının qonşuluq siyasəti və genişlənmə danışıqları üzrə komissarı Yohannes Han tərəfindən təqdim olunub. Qeyd edək ki, Avropa İttifaqının (Aİ) Qara dəniz və Xəzər dənizi hövzəsi ölkələri və onların qonşuları arasında beynəlxalq enerji əməkdaşlığı proqramı olan INOGATE proqramı 1996-cı ildən fəaliyyət göstərir. Azərbaycan Avropa İttifaqı tərəfindən maliyyələşdirilən və uzun müddətdən bəri davam edən enerji sahəsində texniki yardım proqramlarından biri kimi İNOGATE-in tərəfdaş ölkəsidir və bu proqram üzrə həyata keçirilmiş 69 layihənin 33-dən faydalanıb. Proqram çərçivəsində Azərbaycanın enerji sektorunun müxtəlif sahələrində həyata keçirdiyi tədbirlərə dəstək verilir. Proqram üzrə Aİ prinsipləri əsasında enerji təhlükəsizliyi möhkəmləndirilir, enerji layihələrinə investisiyalar cəlb olunur. İNOGATE proqramının səlahiyyətlərinin genişləndirilməsində 2004-cü ildə Azərbaycanda keçirilən Nazirlər Konfransında qəbul edilmiş “Bakı təşəbbüsü” mühüm rol oynayıb.
|
2016-03-28
|
İNOGATE Proqramının Azərbaycan üzrə əlaqələndiricisi mükafatlandırılıb
|
Tural İbadlı
|
Report İnformasiya Agentliyi
|
az
| 0.999969 |
https://report.az/energetika/i-nogate-proqraminin-azerbaycan-uzre-elaqelendiricisi-mukafatlandirilib/
|
report.az
|
https://data.commoncrawl.org/crawl-data/CC-NEWS/2018/12/CC-NEWS-20181204030920-00609.warc.gz
|
2018-12-04T04:26:02+00:00
|
|||
https://report.az/energetika/azneft-de-emeyin-muhafizesi-uzre-hesabat-kecirilib/
|
Bakı. 10 avqust. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azneft” İstehsalat Birliyində 2016-cı ilin I yarısında əməyin mühafizəsi üzrə hesabat müşavirəsi keçirilib. "Report"a Birlikdən verilən məlumata görə, baş direktorun əməyin mühafizəsi üzrə müavini Cəlair Səmədov, “Azneft” İB-nin 2016-cı ilin ötən dövrü ərzində istehsalat sahələrində neftçilərin əmək şəraitinin yaxşılaşdırılması istiqamətində görülmüş işlərdən danışıb, bu istiqamətdə mütəmadi aparılan tədbirlərin daim diqqət mərkəzində olduğunu qeyd edib. Baş direktorun müavini sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması, istehsalatda bədbəxt hadisələrin və peşə xəstəliklərinin qarşısının alınması istiqamətində çoxsaylı tədbirlərin həyata keçirildiyini söyləyib. Daha sonra Birliyin əməyin mühafizəsi şöbəsinin rəisi Mübariz Şamilov çıxış edərək hesabat dövrü ərzində əməyin mühafizəsi sahəsində görülmüş işlər haqqında hesabat verib. O, struktur vahidlərində mütəmadi yoxlamaların aparıldığını, aşkar olunmuş nöqsan və pozuntu hallarının qısa zamanda aradan qaldırıldığını qeyd edib. Hesabat dövrü ərzində işçilərin peşəkarlıq səviyyəsinin artırılması məqsədi ilə maarifləndirmə işlərinin artırılmasından, biliklərin yoxlanılmasından və aparılmış yoxlamaların nəticələrindən, aşkarlanmış nöqsanların təkrarlanmaması üçün görülmüş qabaqlayıcı tədbirlərdən danışılıb, nəzarət tədbirlərin gücləndirilməsi sahəsində görülən işlər qeyd olunub. İclasın sonunda C.Səmədov İstehsalat Birliyində və struktur təşkilatlarda maarifləndirmə işlərinin bundan sonra da geniş formada aparılacağını bəyan edib, tapşırıq və tövsiyələrini verib.
|
2016-08-10
|
'Azneft”də əməyin mühafizəsi üzrə hesabat müşavirəsi keçirilib
|
Günel Abbasova
|
Report İnformasiya Agentliyi
|
az
| 0.999932 |
https://report.az/energetika/azneft-de-emeyin-muhafizesi-uzre-hesabat-kecirilib/
|
report.az
|
https://data.commoncrawl.org/crawl-data/CC-NEWS/2018/12/CC-NEWS-20181204030920-00609.warc.gz
|
2018-12-04T04:26:29+00:00
|
|||
https://report.az/energetika/perviz-sahbazov-azerbaycan-cenub-qaz-dehlizi-vasitesile-qitenin-qaz-techizatinda-muhum-rol-oynayacaq/
|
Bakı. 14 sentyabr. REPORT.AZ/ Energetika naziri Pərviz Şahbazov NATO Parlament Assambleyasının iqtisadiyyat və təhlükəsizlik komitəsinin üzvlərindən ibarət nümayəndə heyətini qəbul edib. Nazirlikdən “Report”a verilən məlumata görə, görüşdə Azərbaycanın enerji siyasəti, uzunmüddətli perspektivlər, enerji təhlükəsizliyi və qlobal enerji məkanında cərəyan edən proseslər ətrafında müzakirələr aparılıb. Transatlantik iqtisadi əlaqələr üzrə alt komitənin sədr müavini Jean-Luc Reitzer qlobal enerji təhlükəsizliyi sistemində Azərbaycanın mövqeyini yüksək qiymətləndirib. Hazırda həyata keçirilən layihələr və bərpa olunan enerji mənbələri ilə bağlı ölkənin gələcək inkişaf kursu ilə maraqlanıb. P.Şahbazov dünyada ilk dəfə neftin sənaye üsulu ilə çıxarıldığı enerji ölkəsi kimi Azərbaycanın keçdiyi tarixi inkişaf yolundan bəhs edib. Dünyanın enerji məkanına inteqrasiyasında 1994-cü ildən həyata keçirilən neft strategiyası, imzalanan çoxsaylı müqavilələr, Xəzərdə ilk dəfə Azərbaycan vasitəsilə əsası qoyulmuş beynəlxalq əməkdaşlıq və bu əməkdaşlığın bütün tərəflər üçün qarşılıqlı faydaları barədə qonaqlara məlumat verib. Bildirilib ki, Bakı-Tbilisi-Ceyhan, Bakı-Novorossiysk və Bakı-Supsa kəmərləri ilə şaxələndirilmiş neft infrastrukturuna malik Azərbaycan diversifikasiya siyasətini qaz sahəsində də uğurla davam etdirir. Avropanın xam neftə tələbatının ödənilməsində əhəmiyyətli paya malik Azərbaycan “Cənub Qaz Dəhlizi” vasitəsilə qitənin qaz təchizatında mühüm rol oynayacaq. “Cənub Qaz Dəhlizi” Avropaya yeni mənbədən qazın nəqlini, enerji təhlükəsizliyini təmin etməklə bərabər, ərazisindən keçdiyi ölkələrin iqtisadi inkişafına davamlı töhfə verəcəkdir. Çünki “Cənub Qaz Dəhlizi” konkret həcmlər, istehsalçı, istehlakçı və tranzit ölklərlə məhdudlaşan kəmər yox, dəhlizdir. Bu isə gələcəkdə daha çox ölkənin mənfəət qazanması üçün imkanlar vəd edir”, - nazir əlavə edib. Nazir həmçinin bərpa olunan enerji mənbələrindən istifadə ilə bağlı eyni zamanda bir neçə istiqamətdə görülən işlər və nəzərdə tutulan tədbirlərdən də danışıb. Söhbət zamanı parlamentarilərin Xəzərin hüquqi statusu ilə bağlı imzalanmış Konvensiyanın enerji sahəsində əməkdaşlığa təsiri, dünya neft bazarında son tendensiyalar və enerji sektoruna dair digər məsələlərlə bağlı sualları cavablandırılıb.
|
2018-09-14
|
Pərviz Şahbazov: “Azərbaycan “Cənub Qaz Dəhlizi” vasitəsilə qitənin qaz təchizatında mühüm rol oynayacaq”
|
Tural İbadlı
|
Report İnformasiya Agentliyi
|
az
| 0.999817 |
https://report.az/energetika/perviz-sahbazov-azerbaycan-cenub-qaz-dehlizi-vasitesile-qitenin-qaz-techizatinda-muhum-rol-oynayacaq/
|
report.az
|
https://data.commoncrawl.org/crawl-data/CC-NEWS/2018/12/CC-NEWS-20181204030920-00609.warc.gz
|
2018-12-04T04:26:45+00:00
|
|||
https://report.az/energetika/socar-rehberliyi-heyder-eliyevin-mezarini-ziyaret-edib34232525/
|
Bakı. 12 dekabr. REPORT.AZ/ Bu gün ümummilli lider Heydər Əliyevin anım günündə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) rəhbərliyi, çoxminli kollektivinin təmsilçiləri onun Fəxri xiyabandakı məzarını ziyarət ediblər. “Report” xəbər verir ki, SOCAR nümayəndələri milli dövlətçiliyimizin qurucusu, ölkə iqtisadiyyatının inkişafında müstəsna rol oynamış yeni neft strategiyasının banisi Heydər Əliyevin unudulmaz xatirəsinə bəslədikləri dərin hörmət və ehtiramın ifadəsi olaraq onun ruhu qarşısında baş əyib, məzarı üzərinə çiçək dəstələri düzüblər.
|
2017-12-12
|
SOCAR rəhbərliyi Heydər Əliyevin məzarını ziyarət edib
|
Günel Abbasova
|
Report İnformasiya Agentliyi
|
az
| 0.999601 |
https://report.az/energetika/socar-rehberliyi-heyder-eliyevin-mezarini-ziyaret-edib34232525/
|
report.az
|
https://data.commoncrawl.org/crawl-data/CC-NEWS/2018/12/CC-NEWS-20181204030920-00609.warc.gz
|
2018-12-04T04:27:12+00:00
|
|||
https://report.az/energetika/energetika-naziri-natiq-eliyev-opec-ve-qeyri-opec-olkeleri-arasinda-emekdasliq-haqqinda-beyanname/
|
Bakı. 10 dekabr. REPORT.AZ/ Azərbaycan Respublikasının energetika naziri Natiq Əliyev Vyanada Neft İxrac Edən Ölkələrin Təşkilatına (OPEC) üzv və kartelə daxil olmayan ölkələrin görüşünün yekunları ilə bağlı Energetika Nazirliyinin mətbuat xidmətinə açıqlama verib. "Report" nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, Natiq Əliyev iclasın müsbət keçdiyini, OPEC və qeyri-OPEC ölkələri arasında əməkdaşlıq haqqında Bəyannaməni razılaşdırdıqlarını bildirib. Onun sözlərinə görə, görüşdə OPEC ölkələri gündəlik neft hasilatını 32,5 mln. barrel həcmində saxlamaqla bağlı öhdəliklərini bir daha təsdiqləyərək, bu həcmdən artıq neft istehsal etməyəcəklərini bəyan ediblər. Görüşdə OPEC-ə üzv olmayan 11 ölkə iştirak edib. Bu ölkələrin 2017-ci il yanvarın 1-dən gündəlik neft hasilatını 558 min barrel azaltmaları barədə razılıq əldə olunub. Razılaşmaya əsasən, Azərbaycan üçün bu göstərici sutkada 35 min barrel müəyyənləşdirilib. Rusiya isə hasilatı gündəlik 300 min barrel azaltmağa razılaşıb. Natiq Əliyev bildirib ki, qəbul edilən qərarın icrasına nəzarət məqsədilə Rusiya və Küveytin rəhbərliyi ilə Monitorinq Komitəsinin yaradılması məqsədəuyğun hesab edilib. OPEC və təşkilata daxil olmayan ölkələr razılığa gəliblər ki, neft bazarında qiymətlərin sabitliyinin uzunmüddətli olması üçün mütəmadi görüşlər keçirilsin. Eyni zamanda tədbirdə iştirak etməyən digər qeyri-OPEC ölkələri də bu sazişə qoşulmağa dəvət edilib.
|
2016-12-10
|
Natiq Əliyev: 'OPEC və qeyri-OPEC ölkələri arasında əməkdaşlıq Bəyannaməsi razılaşdırılıb'
|
Tural İbadlı
|
Report İnformasiya Agentliyi
|
az
| 0.999564 |
https://report.az/energetika/energetika-naziri-natiq-eliyev-opec-ve-qeyri-opec-olkeleri-arasinda-emekdasliq-haqqinda-beyanname/
|
report.az
|
https://data.commoncrawl.org/crawl-data/CC-NEWS/2018/12/CC-NEWS-20181204030920-00609.warc.gz
|
2018-12-04T04:27:06+00:00
|
|||
https://report.az/energetika/socar-maire-tecnimont-sirketi-ile-neft-emali-zavodunda-yeni-qurgularin-tikintisi-uzre-muqavile-imzalayib/
|
Bakı. 1 fevral REPORT.AZ/ Bu gün Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Heydər Əliyev adına Bakı Neft Emalı Zavodu (BNEZ) və “Tecnimont/Kinetics Technology” alyansı arasında zavodun yenidənqurma və modernizasiya layihəsi çərçivəsində yeni qurğuların tikintisi üzrə EPC müqaviləsi imzalanıb. Bu barədə “Report” SOCAR-a istinadən xəbər verir. SOCAR Azərbaycanda istehsal olunan neft emalı məhsullarının keyfiyyətini və istehsal həcmini artırmaq məqsədi ilə Heydər Əliyev adına Neft Emalı Zavodunda rekonstruksiya və modernizasiya layihəsini davam etdirir. Layihə çərçivəsində İlkin Detallı Layihələndirmə (FEED) işləri başa çatdırılıb və layihənin növbəti - Layihələndirmə, Satınalma, Tikinti (EPC) mərhələsinin icrası məqsədi ilə tender müsabiqələri keçirilib. NEZ-in rekonstruksiyasına dair EPC işləri iki hissədən ibarətdir: yeni qurğuların tikintisi və mövcud qurğuların yenidən qurulması. Yeni qurğuların tikintisi üzrə tender 2017-ci il fevralın 10-da elan edilib, seçim prosesində 5 beynəlxalq şirkət iştirak edib. “Maire Tecnimont SpA” şirkətinin törəmə şirkətləri “Tecnimont” və “Kinetics Technology” alyansı tenderdə yüksək yekun göstəricilər qazanaraq, yeni obyektlərin tikintisi üçün EPC podratçısı seçilib. Müqaviləyə əsasən, 10-dan çox istehsal qurğusunun tikintisini nəzərdə tutulur. Mövcud qurğuların və ümumizavod təsərrüfatı obyektlərinin yenidən qurulması isə ötən ilin dekabr ayında digər tenderin qalibi olan “Técnicas Reunidas” şirkətinə həvalə olunub. “SOCAR Tower”də keçirilən imzalanma mərasimində hər iki tərəfdən yüksək vəzifəli şəxslər, həmçinin İtaliyanın Azərbaycandakı səfiri Auqusto Massari iştirak ediblər. Müqaviləni Heydər Əliyev adına NEZ-in direktoru Elman İsmayilov və “Maire Tecnimont S.p.A.” şirkətlər qrupunun baş icraçı direktoru Pierroberto Folgiero imzalayıblar. İmzalanma mərasimində çıxış edən SOCAR-ın prezidenti Rövnəq Abdullayev bildirib ki, SOCAR bu gün “Euro-5” standartına cavab verəcək yüksək keyfiyyətli dizel, benzin və digər yanacaq məhsullarının istehsalına daha bir addım yaxınlaşır: “Maire Tecnimont SpA” dünyanın aparıcı şirkətlərindən biridir. Əməkdaşlığımız yaxın illərdə Azərbaycanın daxili bazarını yüksək keyfiyyətli yanacaqla təmin etməyə, ölkəmizin ixrac gəlirlərini artırmağa imkan yaradacaq”. “Maire Tecnimont S.p.A.” şirkətlər qrupunun baş icraçı direktoru Pierroberto Folgiero çıxışında qeyd edib ki, şirkətin Azərbaycanda həyata keçirdiyi iki strateji neft-kimya layihəsindən sonra, bu müqavilə “Maire Tecnimont” qrupuna emal işində SOCAR ilə məhsuldar münasibətlər qurmağa, neft-kimya sənayesi ilə inteqrasiya strategiyasını dəstəkləməyə imkan verəcək: “Biz ölkənin karbohidrogen ehtiyatlarının işlənməsi üzrə daunstrim sektorunda belə bir nüfuzlu müştəri ilə münasibətləri davam etdirməkdən həqiqətən qürur duyuruq”. O həmçinin qeyd edib ki, “Maire Tecnimont” şirkəti SOCAR-ın Bakı Ali Neft Məktəbi ilə əməkdaşlıqda yerli kadrların birgə hazırlanmasını davam etdirmək və yeni müqavilənin imzalanmasından sonra bu işləri daha da genişləndirmək niyyətindədir. Qeyd edək ki, emal zavodunun yenidənqurma layihəsi podratçı şirkətlər - SOCAR-KBR/KBR alyansı tərəfindən idarə olunur. Layihənin 2021-ci ildə başa çatdırılması nəzərdə tutulur. I mərhələdə 2018-ci ildə yeni bitum qurğusu və müvafiq ümumzavod təsərrüfatı qurğuları, eləcə də yeni maye qazdoldurma məntəqəsi tikilib istismara veriləcək. II mərhələdə 2020-ci ilin sonunadək “Euro-5” keyfiyyət standartına cavab verən dizel yanacağının alınması üçün yeni qurğuların inşası və müvafiq yenidənqurma işləri müəyyənləşdirilib. III mərhələdə isə 2021-ci ilin əvvəlinədək “Euro-5” keyfiyyət standartına cavab verən A-92/95/98 benzin məhsullarının istehsalı üçün müvafiq yeni qurğuların inşası nəzərdə tutulub. Modernizasiya layihəsinin həyata keçirilməsi istehsal edilən yanacağın keyfiyyətini "Euro-5" standartına uyğunlaşdırmağa və istehsal həcmini ildə 7,5 milyon tona çatdırmağa imkan verəcək. Rekonstruksiya Azərbaycanın ixrac potensialını və NEZ-in gəlirliliyini artıracaq, həmçinin “Azərikimya” İB-nin sabit xammal təchizatını təmin edəcək. Layihə nəticəsində NEZ-in əməliyyat xərclərinin optimallaşdırılması, habelə Bakı şəhərində ekoloji vəziyyətin yaxşılaşdırılması gözlənilir. Milan Fond Birjasının reyestrinə daxil olan “Maire Tecnimont S.p.A.” şirkətlər qrupu mühəndislik, satınalma və tikinti işlərini həyata keçirir və texnologiyaların hazırlanması üzrə, energetika, neft-qaz, neft-kimya, habelə infrastruktur layihələrində dünyanın aparıcı müəssisələrindən biridir. 40 ölkədə nümayəndəliyi olan və 50 şirkətə nəzarət edən “Maire Tecnimont S.p.A.” şirkətlər qrupunda təxminən 8 minə yaxın işçi çalışır. “Tecnimont/Kinetics Technology” Alyansı qeyd olunan şirkətlər qrupunun tərkib hissəsidir və hər iki şirkət oxşar sahələrdə fəaliyyət göstərir. “Tecnimont” şirkəti Azərbaycanda həm də SOCAR-ın neft-kimya sənayesində reallaşdırdığı "SOCAR-Polymer" layihəsinə EPC podratçı qismində cəlb edilib, yeni polipropilen və yüksək sıxlıqlı polietilen zavodlarının inşası çərçivəsində mühəndislik, təchizat və tikinti üzrə müqavilələr imzalayıb.
|
2018-02-01
|
SOCAR 'Maire Tecnimont' şirkəti ilə Neft Emalı Zavodunda yeni qurğuların tikintisi üzrə müqavilə imzalayıb
|
Günel Abbasova
|
Report İnformasiya Agentliyi
|
az
| 0.99915 |
https://report.az/energetika/socar-maire-tecnimont-sirketi-ile-neft-emali-zavodunda-yeni-qurgularin-tikintisi-uzre-muqavile-imzalayib/
|
report.az
|
https://data.commoncrawl.org/crawl-data/CC-NEWS/2018/12/CC-NEWS-20181204030920-00609.warc.gz
|
2018-12-04T04:27:09+00:00
|
|||
https://report.az/energetika/opec-uzvu-olmayan-olkelerin-hasilatinda-25-illik-rekord-hecmde-azalma-bas-verecek/
|
Bakı. 21 aprel. REPORT.AZ/ OPEС üzvü olmayan ölkələrin neft hasilatında 2016-cı ildə son 25 ilin rekord səviyyəsində azalma gözlənilir. "Report" xəbər verir ki, bununla bağlı açıqlamanı Beynəlxalq Enerji Agentliyiynin (IEA) icraçı direktoru Fatih Birol verib. F.Birol qeyd edib ki, son 2 ildə aşağı neft qiymətləri neft-qaz sektoruna investisiyaların 40% azalmasına səbəb olub. Bu il isə investisiyaların ABŞ, Kanada, Latın Amerikası və Rusiyada daha da çox azalması proqnozlaşdırılır. IEA rəhbərinin sözlərinə görə, 2016-cı ildə OPEC üzvü olmayan ölkələrin neft hasilatlarının gündəlik 700 min barel azalması ehtimal edilir. Lakin Çin və Hindistan kimi əsas neft istehlakçısı olan ölkələrdə neftə tələbatın artmadığı müşahidə olunur. "The New-York Times"a görə, IEA-dan gələn bu açıqlamalar dünən neftin 2015-ci ilin noyabr ayından etibarən ilk dəfə 46 dollar/bareldən yuxarı satılmasına səbəb olub. "Reuters"in "Sumitomo Mitsui Asset Management" fondunun analitiki Masaxiro İçikavuya istinadən verdiyi xəbərə əsasən, brokerlərin alışa keçməsinə səbəb olan daha bir amil neft hasilatçılarının yenidən may ayında Moskvada bir araya gələrək hasilatın dondurulmasını müzakirə etməsi xəbəri olub. IEA-nın açıqlamalarına görə, neft bazarında tarazlıq 2016-cı ilin sonuna doğru bərpa olunacaq.
|
2016-04-21
|
OPEC üzvü olmayan ölkələrin neft hasilatında 25 illik rekord həcmdə azalma baş verəcək
|
Cavid Əzimov
|
Report İnformasiya Agentliyi
|
az
| 0.994117 |
https://report.az/energetika/opec-uzvu-olmayan-olkelerin-hasilatinda-25-illik-rekord-hecmde-azalma-bas-verecek/
|
report.az
|
https://data.commoncrawl.org/crawl-data/CC-NEWS/2018/12/CC-NEWS-20181204030920-00609.warc.gz
|
2018-12-04T04:27:46+00:00
|
|||
https://report.az/energetika/tanap-layih%C9%99sinin-podrat%C3%A7%C4%B1lar%C4%B1-%C9%99dv-d%C9%99n-azad-olunub/
|
Dəyişikliklərə əsasən, TANAP layihəsinin həyata keçirilməsində iştirak edən şirkətlərlə bağlı amortizasiya ayırmaları üzrə beynəlxalq normativlərlə nəzərdə tutulan kapital ehtiyatının yaradılmasına dair tələblər tətbiq olunmayacaq. Müqavilə bazasına edilən dəyişikliklər gələn ilin əvvəlindən qüvvəyə minəcək. TANAP layihəsinin podratçıları ƏDV-dən azad olunub Güzəştlər 2015-ci il yanvarın 1-dən güvvəyə minir https://report.az/storage/news/6a133607f6c994ad69db81faec562602/5c3d4282-58e6-42c7-8e19-3cc30ee56f79_292.jpg
|
2014-10-27
|
TANAP layihəsinin podratçıları ƏDV-dən azad olunub
|
Şamil Əlibəyli
|
Report İnformasiya Agentliyi
|
az
| 0.99872 |
https://report.az/energetika/tanap-layih%C9%99sinin-podrat%C3%A7%C4%B1lar%C4%B1-%C9%99dv-d%C9%99n-azad-olunub/
|
report.az
|
https://data.commoncrawl.org/crawl-data/CC-NEWS/2018/12/CC-NEWS-20181204030920-00609.warc.gz
|
2018-12-04T04:27:59+00:00
|
|||
https://report.az/energetika/rusiya-yeni-neft-karteli-yaratmaq-isteyir/
|
Bakı. 8 mart. REPORT.AZ/ Rusiya qlobal neft hasilatının 3/4-nü əhatə edən yeni neft kartteli yaratmağa hazırlaşır. Bu barədə xəbərdarlığı ABŞ-ın məşhur "Business İnsider" xəbər portalı yayıb. "Report" sayta istinadən xəbər verir ki, Rusiya neft hasilatçısı olan ölkələr arasında hasilatı dondurmaq qərarından sonra nüfuzunu daha da artırıb. Hətta Rusiya, ABŞ-ın keçmiş müttəfiqi olan Səudiyyə Ərəbistanını da bir qədər öz tərəfinə çəkə bilib. Belə ki, Səudiyyə Ərəbistanının ABŞ-la münasibətləri, onun İranla münasibətlərinin yaxşılaşması fonunda gərginləşib. "Business İnsider"in fikrincə, Suriya mövzusunda Rusiya ilə Səudiyyə Ərəbistanı fərqli yanaşma sərgiləsə də, neft qiymətlərinin kəskin azalmasının qarşısını almaqda hər iki ölkə ortaq fikirə sahibdir. Əslində, neft hasilatının yanvar ayı səviyyəsində dondurulması qərarı ciddi bir nəticə verməsə də, İran və İraqla razılaşma əldə olunacağı təqdirdə, Rusiya de-fakto dünyanın əsas neft hasilatçısı ölkələrinin liderinə çevriləcək və dünya neft hasilatının 73%-nə nəzarət edə biləcək. "Business İnsider" yeni bir kartelin yaranacağını və adının da ROPEC ola biləcəyini bildirib. Bundan başqa, sayt Rusiyanın neft hesablaşmalarını dollarla aparmaqdan imtina etdiyini və milli valyutalara keçmək istədiyini də qeyd edib. "Business İnsider"in fikrincə, Rusiyanın başçılığı altında yeni kartel yaranarsa, bu, neft bazarında cari güc balansını dəyişəcək. Qeyd edək ki, saytın proqnozuna görə, mart ayında Moskva, Doha və ya Vyanada keçirilməsi gözlənilən neft hasilatçısı olan ölkələrin görüşündə hasilatın azaldılmasından başqa, daha mühüm razılaşmaların müzakirəsi və müsbət nəticələrin əldə olunması gözlənilir.
|
2016-03-08
|
Rusiya yeni neft karteli yaratmaq istəyir
|
Cavid Əzimov
|
Report İnformasiya Agentliyi
|
az
| 0.997459 |
https://report.az/energetika/rusiya-yeni-neft-karteli-yaratmaq-isteyir/
|
report.az
|
https://data.commoncrawl.org/crawl-data/CC-NEWS/2018/12/CC-NEWS-20181204030920-00609.warc.gz
|
2018-12-04T04:28:15+00:00
|
|||
https://report.az/energetika/turkiyeli-ekspert-tanap-bolgede-enerji-siyasetine-tekan-verecek-strateji-layihedir/
|
Bakı. 12 iyun. REPORT.AZ/ "Türkiyədə həyata keçirilən ən önəmli enerji layihələrdən biri olan TANAP, eyni zamanda bölgədə enerji siyasətinə təkan verə biləcək strateji bir layihədir". "Report"un məlumatına görə, bunu Türkiyənin "Yeni Şafak" qəzetinin köşə yazarı olan Erdal Tanas Karagöl öz məqaləsində yazıb. Onun fikrincə, TANAP-ın həyata keçilməsi yeni böyük enerji layihələrinə təkan verib və enerji sahəsində sərmayədarların gözündə Türkiyənin rolunu yeni səviyyəyə qaldıracaq. "TANAP Azərbaycandan Avropaya uzanan təbii qaz ixrac boru kəməri kimi görünsə də, əslində, bu layihə bölgədə şərqlə qərb arasında əsas təbii qaz koridorunu açmış oldu", - ekspert bildirib. O əlavə edib ki, TANAP və Cənub Qaz Dəhlizinin növbəti qolu - TAP qaz kəməri Türkiyə və Avropanın Rusiya qazından asılılığını azaltmağa imkan yaradacaq. Ekspert onu da vurğulayıb ki, TANAP Türkmənistan, İraq, İran və Şərqi Aralıq dənizi regionu ölkələrindən olan qazı da Avropaya ixrac etməyə imkan yaradacaq.
|
2018-06-12
|
Türkiyəli ekspert: 'TANAP bölgədə enerji siyasətinə təkan verəcək strateji layihədir'
|
Şamil Əlibəyli
|
Report İnformasiya Agentliyi
|
az
| 0.999167 |
https://report.az/energetika/turkiyeli-ekspert-tanap-bolgede-enerji-siyasetine-tekan-verecek-strateji-layihedir/
|
report.az
|
https://data.commoncrawl.org/crawl-data/CC-NEWS/2018/12/CC-NEWS-20181204030920-00609.warc.gz
|
2018-12-04T04:28:29+00:00
|
|||
https://report.az/energetika/kulevi-terminalinin-yeni-layihesinin-etraf-muhite-tesirinin-qiymetlendirilemesi-uzre-ictimai-muzaki/
|
Bakı. 20 fevral. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Kulevidəki (Gürcüstan, Qara dəniz) neft terminalının yeni layihəsi üçün ətraf mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ) üzrə ictimai müzakirələr keçiriləcək. "Report" terminalın saytına istinadən xəbər verir ki, terminalda əlavə rezervuarın tikintisi ilə bağlı ƏMTQ üzrə ictimai müzakirələrin martın 29-da Xobi bələdiyyəsinin inzibati binasında keçirilməsi nəzərdə tutulur. Qeyd edək ki, Kulevi neft terminalında əlavə rezervuarın tikintisi layihəsini SOCAR-ın "Neftqazelmitədqiqatlayihə" İnstitutu işləyib hazırlayıb. Kulevi neft terminalı və limanı Gürcüstanın Xobi regionunda, Qara dəniz sahilində yerləşir. Terminal 2006-cı ildə SOCAR tərəfindən alınıb və 2008-ci ildə tikintisi başa çatdırılıb. Terminal 2008-ci ilin mayında istifadəyə verilib. Neft məhsullarının faktiki olaraq boşaldılmasına iyundan başlanıb. Kulevi terminalı neft və neft məhsullarının qəbulu, saxlanması və tankerlərə yüklənməsi üçün nəzərdə tutulub. Terminalın ötürmə gücü illik 10 mln. ton neft və neft məhsulları təşkil edir.
|
2016-02-20
|
Kulevi terminalının yeni layihəsinin ətraf mühitə təsirinin qiymətləndirilməsi üzrə ictimai müzakirələr keçiriləcək
|
Günel Abbasova
|
Report İnformasiya Agentliyi
|
az
| 0.998888 |
https://report.az/energetika/kulevi-terminalinin-yeni-layihesinin-etraf-muhite-tesirinin-qiymetlendirilemesi-uzre-ictimai-muzaki/
|
report.az
|
https://data.commoncrawl.org/crawl-data/CC-NEWS/2018/12/CC-NEWS-20181204030920-00609.warc.gz
|
2018-12-04T04:28:32+00:00
|
|||
https://report.az/energetika/turkiye-sefiri-socar/
|
Bakı. 13 noyabr. REPORT.AZ/ Türkiyənin Rumıniyaya yeni təyin edilən səfiri Osman Koray Ertaş Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Rumıniya nümayəndəliyində olub. "Report"un SOCAR-a istinadən verdiyi xəbərə görə, görüş zamanı Azərbaycan və Türkiyə arasında siyasi, iqtisadi, mədəni və digər sahələrdə əlaqələrin uğurla inkişaf etdiyi vurğulanıb, qonağa SOCAR-ın fəaliyyəti, həyata keçirdiyi iri layihələr barədə geniş məlumat verilib. Səfirə bildirilib ki, hazırda Rumıniyanın 13 regionunda SOCAR brendi ilə 30 yanacaqdoldurma məntəqəsi fəaliyyət göstərir. O.K.Ertaş şirkətin Rumıniya bazarında əldə etdiyi uğurları yüksək qiymətləndirib və diplomatik fəaliyyəti müddətində SOCAR ilə əməkdaşlığa hər zaman hazır olduğunu bildirib. Qeyd edək ki, görüşdə Rumıniyada fəaliyyət göstərən Türk İş Adamları Dərnəyi və Türkiyənin sərmayə qoyduğu aparıcı şirkətlərin rəhbərləri də iştirak ediblər.
|
2014-11-13
|
Türkiyə səfiri SOCAR-ın Rumıniya nümayəndəliyində olub
|
Economic Department
|
Report İnformasiya Agentliyi
|
az
| 0.999775 |
https://report.az/energetika/turkiye-sefiri-socar/
|
report.az
|
https://data.commoncrawl.org/crawl-data/CC-NEWS/2018/12/CC-NEWS-20181204030920-00609.warc.gz
|
2018-12-04T04:28:39+00:00
|
|||
https://report.az/energetika/socar-in-uc-emekdasi-yaponiyanin-jgc-sirketinde-istehsalat-tecrubesi-kecib/
|
Bakı. 19 yanvar. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və JGC şirkətləri arasında əldə olunmuş razılığa əsasən Neft, Qaz Emalı və Neft Kimyası Kompleksinin (NQENKK) 3 mütəxəssisi istehsalat təcrübəsi proqramı çərçivəsində Yaponiyanın Yokohamo şəhərində uzunmüddətli ezamiyyətdə olub. "Report" SOCAR-ın mətbuat xidmətinə istinadən xəbər verir ki, mütəxəssislər mühəndislik sahələri üzrə yeni nəzəri məlumatlar öyrənib (off-job training) və JGC şirkəti tərəfindən həyata keçirilən layihələrdə iştirak ediblər. Onlar xüsusi proqram təminatı vasitəsilə torpaqlama sisteminin dizaynı, vahid xətt sxemlərinin çəkilməsi və testi, qısa qapanma testinin aparılması, relelərin koordinasiyası, motorun işəsalma testinin aparılması, rele mühafizə sxemlərinin yoxlanılması, avadanlıq və aparatların layihələndirilməsi, ölçülərinin müəyyən edilməsi, FEED mərhələsi üçün hazırlanan layihə sənədlərinin yoxlanılması və s. istiqamətlər üzrə bilik və bacarıqlarını inkişaf etdiriblər. Təcrübəçilər eyni zamanda bir neçə layihə üzrə təkliflərin hazırlanması və icrası (EPC mərhələlərində) işlərində də iştirak ediblər. Yeni və müasir nəzəri-praktik biliklərə yiyələnmiş NQENKK əməkdaşları təcrübəni başa vurub vətənə qayıtdıqdan sonra Heydər Əliyev adına Neft Emalı Zavodunda həyata keçirilən yenidənqurma işlərinə cəlb olunublar. Proqramın uğurlu təşkilini, icrasını, eləcə də JGC şirkəti tərəfindən təcrübə proqramının davam etdirilməsinə marağı və maliyyə dəstəyini nəzərə alaraq, 2016-cı ildə NQENKK və NEZ üzrə daha 6 mütəxəssisin dörd ay müddətinə Yaponiyaya ezam olunması nəzərdə tutulub.
|
2016-01-19
|
SOCAR-ın 3 əməkdaşı Yaponiyanın JGC şirkətində istehsalat təcrübəsi keçib
|
Günel Abbasova
|
Report İnformasiya Agentliyi
|
az
| 1 |
https://report.az/energetika/socar-in-uc-emekdasi-yaponiyanin-jgc-sirketinde-istehsalat-tecrubesi-kecib/
|
report.az
|
https://data.commoncrawl.org/crawl-data/CC-NEWS/2018/12/CC-NEWS-20181204030920-00609.warc.gz
|
2018-12-04T04:28:45+00:00
|
|||
https://report.az/energetika/fevralda-7-531-abuneci-qazla-temin-olunub/
|
Bakı. 9 mart. REPORT.AZ/ 2018-ci ilin fevral ayı ərzində Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyində əhali sektoru üzrə 7 531 yeni abunəçi qeydiyyata alınıb. “Report” “Azəriqaz”a istinadən xəbər verir ki, bunun da 4 033-ü Bakı, Abşeron və Sumqayıt, 3 498-i isə regionlar üzrədir. “Yeni abunəçilərin sayının artmasında abunəçi bazasının daha da genişləndirilməsi istiqamətində işlərin aparılması, yaşayış məntəqələrinin qazlaşdırılması və qaz təminatının bərpa edilməsi, həmçinin təbii qazla təmin olunmuş ərazilərin genişlənən hissələrindəki fərdi yaşayış evlərinin qazlaşdırılması olub. Bundan başqa, Bakı şəhəri, ətraf qəsəbə və kəndlərdə abonentlərin qaz təchizatının yaxşılaşdırılması məqsədi ilə qaz kəmərlərinin yenidən qurularaq şəbəkənin genişləndirilməsi istiqamətində aparılan məqsədyönlü işlər öz müsbət nəticəsini göstərib. Aparılan işlər nəticəsində ölkə üzrə təbii qazla təmin olunan abunəçilərin sayı 2 113 849-a çatıb,”- deyə məlumatda qeyd olunub.
|
2018-03-09
|
Fevralda 7 531 abunəçi qazla təmin olunub
|
Günel Abbasova
|
Report İnformasiya Agentliyi
|
az
| 0.999965 |
https://report.az/energetika/fevralda-7-531-abuneci-qazla-temin-olunub/
|
report.az
|
https://data.commoncrawl.org/crawl-data/CC-NEWS/2018/12/CC-NEWS-20181204030920-00609.warc.gz
|
2018-12-04T04:29:09+00:00
|
|||
https://report.az/energetika/neft-keskin-bahalasa-biler/
|
Bakı. 10 iyul. REPORT.AZ/ Dünya bazarında neftin qiymətinin növbəti həftə ərzində kəskin yüksəlməsi istisna edilmir. Buna İranla "6-lıq" ölkələri arasında aparılan müzakirələrin müsbət nəticələnməməsi səbəb ola bilər. "Report"un verdiyi xəbərə görə, son günlər İranla "6-lıq" ölkələrinin nüvə razılaşması əldə etməyə çox yaxın olması barədə rəsmi açıqlamalar yayılsa da, razılaşmanın həyata keçməsi üçün hələ də kritik 2-3 məsələnin həll olunmadığı bildirilir. Bu məsələlərdən ən önəmlisi İrana qarşı tətbiq olunan silah embarqosunun qüvvədə qalması ilə bağlıdır. İran tərəfi bu şərti qəbul etmir. Qərb İrana qarşı silah embarqosunun qaldırılması durumunda İranın onsuz da müharibələr içində olan Orta Şərqdəki vəziyyəti daha da gərginləşdirəcəyini bildirir. Bu səbəbdən, dünən ABŞ və Avropa İttifaqı razılaşmadan vaz keçə biləcəklərini açıqlayıblar. Eyni zamanda, İranın xarici işlər nazirinin müavini Seyyid Araqçı bildirib ki, əgər Qərb razılaşma əldə etmək istəyirsə, bütün sanksiyaları qaldırmalıdır: "Razılaşma 96% əldə olunub. Silah embarqosu İran üçün o qədər də önəmli olmasa da, bizimlə anlaşma əldə etmək üçün ümumiyyətlə sanksiyalar aradan götürülməlidir". "Reuters" agentliyi qeyd edir ki, dünəndən etibarən tərəflərin mövqeləri dəyişib və hər iki tərəf özünün danışıqlardakı "qırmızı xətt"ini ortaya qoyub". Dünən axşam ABŞ-ın dövlət katibi Con Kerri sərt bəyanat verib: "Biz müzakirə masası ətrafında uzun müddət otura bilmərik". Xatırladaq ki, razılaşma əldə olunmasa, neftin qiytmətinin kəskin bahalaşması proqnozlaşdırılır. Çünki son günlər razılaşmanın əldə olunacağı ehtimalı ilə neftin qiyməti 10 dollar/barelə yaxın düşüb. Dünəndən etibarən yüksəlməyə başlayan neft qiymətləri hər barel üçün 3 dollara yaxın artıb. ABŞ-dan gələn iqtisadi göstəricilər də hazırda neft qiymətlərinin lehinədir. Dünən açıqlanan "işsizlik müraciətləri" göstəricisinin proqnozlardan yüksək gəlməsi ABŞ iqtisadiyyatının hələ də normal inkişaf tempi əldə etmədiyini göstərdiyinə görə, Federal Ehtiyat Sisteminin uçot dərəcəsini bu il ərzində artırması çətinləşir. Nəticədə, ABŞ dolları zəifləyə bilər. Bu da neftin qiymətinin artmasını dəstəkləyəcək. Bu ssenarilər baş tutarsa, artımın 72-75 dollar/barelə qədər davam etməsi ehtimal olunur.
|
2015-07-10
|
Neft kəskin bahalaşa bilər
|
Economic Department
|
Report İnformasiya Agentliyi
|
az
| 0.999753 |
https://report.az/energetika/neft-keskin-bahalasa-biler/
|
report.az
|
https://data.commoncrawl.org/crawl-data/CC-NEWS/2018/12/CC-NEWS-20181204030920-00609.warc.gz
|
2018-12-04T04:29:12+00:00
|
|||
https://report.az/energetika/dirk-subel-cenub-qaz-dehlizi-hem-azerbaycan-hem-de-avropa-i-ttifaqi-ucun-vacib-layihedir/
|
Bakı. 14 oktyabr. REPORT.AZ/ "Cənub Qaz Dəhlizi energetika sahəsində strateji tərəfdaşlığımız çərçivəsində həm Azərbaycan, həm də Avropa İttifaqı üçün vacib layihədir". "Report" xəbər verir ki, bunu Avropa Xarici Siyasət Xidmətinin "Şərq Tərəfdaşlığı" ölkələri ilə ikitərəfli əlaqələr departamentinin rəhbəri Dirk Şubel jurnalistlərə deyib. Onun sözlərinə görə, layihə çərçivəsində Azərbaycandan Avropaya ilk qazın 2020-ci il yanvarın 1-dən verilməsinə başlanması məqsədi ilə tərəflər qrafikə uyğun işləyir.
|
2016-10-14
|
Dirk Şubel: 'Cənub Qaz Dəhlizi həm Azərbaycan, həm də Avropa İttifaqı üçün vacib layihədir'
|
Viktoriya Lebedeva
|
Report İnformasiya Agentliyi
|
az
| 0.999854 |
https://report.az/energetika/dirk-subel-cenub-qaz-dehlizi-hem-azerbaycan-hem-de-avropa-i-ttifaqi-ucun-vacib-layihedir/
|
report.az
|
https://data.commoncrawl.org/crawl-data/CC-NEWS/2018/12/CC-NEWS-20181204030920-00609.warc.gz
|
2018-12-04T04:29:29+00:00
|
|||
https://report.az/energetika/qaz-i-xrac-i-daresinin-bezi-emekdaslarina-i-so-9001-sertifikatlari-verilib/
|
Bakı. 7 oktyabr. REPORT.AZ/ Bu günlərdə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Qaz İxrac İdarəsinin aparatında ISO 9001 (Keyfiyyəti İdarəetmə Sistemləri) beynəlxalq standartı üzrə üçgünlük maarifləndirmə kursları keçirilib. "Report" SOCAR-ın mətbuat xidmətinə istinadən xəbər verir ki, Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin mütəxəssisi Teyyub Xəlilov tərəfindən aparılmış kurs zamanı iştirakçılar arasında diskussiyalar təşkil edilib, dinləyicilər qruplara bölünərək bir-birilərini audit ediblər. Kursun sonuncu günü keçirilən imtahanın nəticələri müsbət qiymətləndirilib və iştirakçılar sertifikatlara layiq görülüblər. İSO 9001 standartı üzrə sertifikatların təqdimetmə mərasimində İdarənin rəisi Qağaməli Seyfullayev həyata keçirilən maarifləndirmə kurslarında personalın fəal iştirakını və müəssisədə beynəlxalq standartların tətbiqinə böyük marağın olduğunu qeyd edib. O, qazanılmış dinləyici sertifikatlarının gələcəkdə Beynəlxalq Sertifikatlara layiq görülmək üçün önəmli sənədlərdən biri kimi qiymətləndirib. Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin rəis müavini Natiq Şərbətov, Sumqayıt Təlim Mərkəzinin müdir müavini Teyyub Xəlilov çıxış edərək işçi personalın maarifləndirilməsi, onların bilik səviyyələrinin artırılması, sertifikatlaşdırılması kimi məsələlərin əhəmiyyətindən danışıblar.
|
2015-10-07
|
SOCAR-ın Qaz İxrac İdarəsinin bəzi əməkdaşlarına İSO 9001 sertifikatları verilib
|
Günel Abbasova
|
Report İnformasiya Agentliyi
|
az
| 0.999713 |
https://report.az/energetika/qaz-i-xrac-i-daresinin-bezi-emekdaslarina-i-so-9001-sertifikatlari-verilib/
|
report.az
|
https://data.commoncrawl.org/crawl-data/CC-NEWS/2018/12/CC-NEWS-20181204030920-00609.warc.gz
|
2018-12-04T04:29:39+00:00
|
|||
https://report.az/energetika/azerisiq-aran-regionunda-yeni-yarimstansiyalar-tikir/
|
Bakı. 1 oktyabr. REPORT.AZ/ “Azərişıq” ASC-nin 6 rayonu əhatə edən Aran regional elektrik təchizatı və satış idarəsi tərəfindən hazırda bölgədə genişmiqyaslı tikinti və yenidənqurma işləri aparılmaqdadır. Bunu “Report”a açıqlamasında qurumun mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev deyib. Onun sözlərinə görə, Aran regionunun cəbhə bölgəsində yerləşən Ağdam rayonunun Sarıçoban, Ayaq Qərvənd, Təzəkənd və Çəmənli kəndlərində 0,4 kV-luq şəbəkələrin yenidənqurma işləri yekunlaşıb və hazırda sayğacların quraşdırılması işləri aparılır. Həmçinin rayonun Sarıcalı, Əhmədağalı və Çıraqlı kəndində yenidənqurma işlərinə başlanılıb. “Əkin sahələri demək olar ki, mexaniki suvrama ilə suvarılan Ağdam rayonu Ergi ərazisində subartezian quyularının, nasosların dayanıqlı elektrik təchizatının təmin edilməsi məqsədi ilə hazırda 110/35/10 kV-luq yarımstansiya tikilir. İşlər yekunlaşdıqdan sonra Ağdam rayonu ərazisində əhalinin və perspektivdə nəzərdə tutulan əkin sahələrinin keyfiyyətli elektrik təchizatı təmin ediləcək. Aran regionunun cəbhə bölgəsində yerləşən digər rayonu Fizulinin isə Zobucuq-1, Zobucuq-2, Zobucuq-3 qəsəbələrində magistral kabel çəkilişi işləri başa çatdırılıb, hazırda həmin qəsəbələrdə SMART-kart tipli sayğacların quraşdırılması istiqamətində işləri aparılır”, - o deyib. "Azərişıq" sözçüsü Ağcabədi Elektrik Şəbəkəsinin 35/10 kV-luq “Ağcabədi-2” yarımstansiyasının gərginlik sinifi dəyişdirilərək 110 kV-luq gərginlik sinifinə keçirildiyini də açıqlayıb. “Perspektiv nəzərə alınmaqla yarımstansiyanın gücü artırılıb və yaxın günlərdə yarımstansiyada son tamamlanma işləri başa çatacaq. Rayonun Rəncbərlər kəndində istismar müddətini başa çatmış 0,4 kV-luq hava xətləri ÖİN (özünüdaşıyan izolyasiyalı naqillər) kabellərlə əvəz edilməsi işləri yekunlaşmışdır. Yenidənqurma işləri Ağcabədi rayon mərkəzində, o cümlədən Boyat kəndində başa çatmış, hazırda köhnə sayğaclar yenilər ilə əvəz olunur. İmişli Elektrik Şəbəkəsinin Sarxanlı və Kürdmahmudlu kəndlərində 0,4 kV-luq şəbəkələr yenidən qurulur. Beyləqan şəhər mərkəzini və şəhərə bitişik əraziləri elektrik enerjisi ilə təmin edən 110/35/10 kV-luq “Beyləqan-1” yarımstansiyası tikilərək yenidən qurulur, gücü artırılaraq müasir texnika ilə modernləşdirilir. Eyni zamanda Beyləqan rayonunun ən böyük kəndlərindən olan I Şahsevən kəndinin elektrik şəbəkəsinin yenidən qurulması prosesi davam etdirilir”,- T.Mustafayev əlavə edib. Qeyd edək ki, hazırda Zərdab rayonunun Bəyimli kəndi ərazisində məskunlaşmış 120 qaçqın ailəsinin keyfiyyətli elektrik enerjisi təchizatı məqsədilə yenidənqurma işləri davam etdirilir, SMART-kart tipli sayğaclar quraşdırılır.
|
2018-10-01
|
“Azərişıq” Aran regionunda yeni yarimstansiyalar tikir
|
Tural İbadlı
|
Report İnformasiya Agentliyi
|
az
| 0.999663 |
https://report.az/energetika/azerisiq-aran-regionunda-yeni-yarimstansiyalar-tikir/
|
report.az
|
https://data.commoncrawl.org/crawl-data/CC-NEWS/2018/12/CC-NEWS-20181204030920-00609.warc.gz
|
2018-12-04T04:30:08+00:00
|
|||
https://report.az/energetika/bolqaristan-energetika-naziri-azerbaycana-sefer-edecek/
|
Bakı. 6 fevral. REPORT.AZ/ Bolqarıstan energetika naziri Temenujka Petkova Azərbaycana səfər edəcək. Bolqarıstanın Azərbaycandakı səfirliyindən "Report"a bildiriblər ki, nazirin səfəri fevralın 12-də baş tutacaq. T.Petkovanın səfərinin əsas məqsədi "Cənub Qaz Dəhlizi" ilə bağlı görüşdə iştirak etməkdir. Qeyd edək ki, "Cənub Qaz Dəhlizi" Konsultativ Şuranın ilk iclası 2015-ci ilin fevral ayında Bakıda keçiriləcək. Görüşdə layihənin həyata keçirilməsi ilə bağlı konkret tövsiyələr veriləcək.
|
2015-02-06
|
Bolqarıstan energetika naziri Azərbaycana səfər edəcək
|
Şamil Əlibəyli
|
Report İnformasiya Agentliyi
|
az
| 0.997921 |
https://report.az/energetika/bolqaristan-energetika-naziri-azerbaycana-sefer-edecek/
|
report.az
|
https://data.commoncrawl.org/crawl-data/CC-NEWS/2018/12/CC-NEWS-20181204030920-00609.warc.gz
|
2018-12-04T04:30:42+00:00
|
|||
https://report.az/energetika/azerbaycan-energetikleri-tereqqi-medali-ile-teltif-edilib/
|
Bakı. 19 oktyabr. REPORT.AZ/ Prezident İlham Əliyev Azərbaycan energetiklərinin “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. "Report"un məlumatına görə, sərəncamla Azərbaycanda energetika sahəsində səmərəli fəaliyyətlərinə görə aşağıdakı şəxslər “Tərəqqi” medalı ilə təltif ediliblər: Ağayev Məmmədhəsən Allahverdi oğlu Aqayev Aşəd Aslan oğlu Bəhrəmov Şamid Əbülfəz oğlu Cəfərov Səxavət İsmayıl oğlu Əhmədov Kamil Aydın oğlu Əliyev Vüqar İsmayıl oğlu Əsgərov Nizami Hüseyn oğlu Həmidov Qalib İnsaf oğlu Hüseynov Etibar Şəmil oğlu Hüseynov Vahid Hüseyn oğlu Hüseynov Vüsal Musa oğlu Kərimli Cabar Seyfulla oğlu Kiçibəyov Vyaçeslav Ramazanoviç Mahmudov Cəsman Kərim oğlu Məmmədli Saleh Süleyman oğlu Mənsimov Əlibala Xanbala oğlu Mirzəyev Ələmdar Mənsimalı oğlu Mustafayev Azad Fəxrəddin oğlu Nəbibəyli Vüqar Adil oğlu Qafarlı Etibar Məmməd oğlu Qafarov Rəhim Abbas oğlu Süleymanov Nəsir İsgəndər oğlu Vəliyev Rizvan Şamı oğlu Yunusov Zeynal Yunus oğlu Yusifov Ramil Əli oğlu Zeynalov Zeynal Mirzəbala oğlu.
|
2015-10-19
|
Azərbaycan energetikləri “Tərəqqi” medalı ilə təltif edilib - SİYAHI
|
News Department
|
Report İnformasiya Agentliyi
|
az
| 0.995994 |
https://report.az/energetika/azerbaycan-energetikleri-tereqqi-medali-ile-teltif-edilib/
|
report.az
|
https://data.commoncrawl.org/crawl-data/CC-NEWS/2018/12/CC-NEWS-20181204030920-00609.warc.gz
|
2018-12-04T04:30:59+00:00
|
|||
https://report.az/energetika/eli-hesenov-avrasiya-i-qtisadi-zirve/
|
Bakı. 9 aprel. REPORT.AZ/ Türkiyənin Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin təşkilatçılığı ilə aprelin 8-9-da İstanbulda XVIII Avrasiya İqtisadi Zirvə toplantısı keçirilib. "Report" AZƏRTAC-a istinadən xəbər verir ki, sammitdə iştirak edən Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov yerli və xarici jurnalistlərə müsahibəsində Zirvə toplantısının əhəmiyyəti barədə mülahizələrini söyləyib. Əli Həsənov bildirib ki, müasir müstəqil Azərbaycanın təməli ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan yeni neft və regional inkişaf strategiyasını Prezident İlham Əliyev uğurla davam etdirir və bu siyasət Avrasiya məkanında nəinki Azərbaycanın, o cümlədən digər qonşu ölkələrin iqtisadi maraqlarına cavab verir. Bu gün uğurla fəaliyyət göstərən Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin bəhrələrini həm Azərbaycan xalqı, həm də regionun digər ölkələrinin xalqları öz həyatlarında hiss edirlər. Tezliklə istifadəyə verməyə hazırlaşdığımız Bakı-Tbilisi-Qars dəmir yolu, eləcə də Azərbaycanın liderliyi ilə həyata keçirilən “Sahdəniz 2” layihəsi və “Cənub” qaz dəhlizi üçüncü minillikdə qitənin enerji təhlükəsizliyinin təminində həlledici amil kimi çıxış edəcək. Ölkəmizin təşəbbüsü ilə reallaşdırılan beynəlxalq Şərq-Qərb nəqliyyat–kommunikasiya dəhlizləri bölgə və dünya ölkələrinə bu sahədə əlavə üstünlüklər qazandırmaqla yanaşı, Azərbaycanın regiondakı geosiyasi çəkisini də xüsusi artırır. Bu layihələr həm də beynəlxalq yük daşınmalarındakı səmərəliliyin təmin edilməsində mühüm rol oynayır. Prezident Administrasiyasının rəsmisi bildirib ki, Azərbaycan özünün təbii mineral ehtiyatlarından səmərəli istifadə etməklə həm respublikamızın, həm də region ölkələrinin inkişafına, xalqların rifah halının yüksəlməsinə öz mühüm töhfələrini verir. Bu mənada regional müstəvidə təşkil olunan bu cür sammit və konfranslarda, digər beynəlxalq tədbirlərdə xarici mütəxəssislərlə bizim rəsmilərin fikir və mülahizələrini bölüşməsinə, təcrübə mübadiləsinə xüsusi önəm veririk. İstanbulda keçirilən növbəti Avrasiya İqtisadi Zirvəsində müzakirə olunan məsələlər də Azərbaycanın həm milli inkişaf strategiyasını, həm də regional maraqlarını özündə əks etdirir. Zirvə toplantısında aparılan müzakirələrdə, o cümlədən keçirilən ikitərəfli görüşlərdə biz Azərbaycanın mövqelərini çatdırmaqla yanaşı, birgə fəaliyyətin bəzi üstün tərəflərini də gündəmə gətirdik. Eyni zamanda, biz Azərbaycan torpaqlarının bir hissəsinin təcavüzkar Ermənistan tərəfindən işğal edilməsi faktını və xalqımıza qarşı həyata keçirilən etnik təmizləmə siyasətinin ağır nəticələrini tədbir iştirakçılarının diqqətinə çatdırdıq. Ümumiyyətlə, Zirvə toplantısında biz Azərbaycanın bütün dövlətlərlə bərabərhüquqlu, qarşılıqlı faydalı münasibətlərinin əsas istiqamətlərini təmsil olunan bütün nümayəndə heyətlərinə çatdırdıq və onlarla səmərəli müzakirələr apardıq".
|
2015-04-09
|
Əli Həsənov: 'Avrasiya İqtisadi Zirvə toplantısında müzakirə olunan məsələlər Azərbaycanın milli maraqlarına uyğundur'
|
News Department
|
Report İnformasiya Agentliyi
|
az
| 0.999973 |
https://report.az/energetika/eli-hesenov-avrasiya-i-qtisadi-zirve/
|
report.az
|
https://data.commoncrawl.org/crawl-data/CC-NEWS/2018/12/CC-NEWS-20181204030920-00609.warc.gz
|
2018-12-04T04:31:29+00:00
|
|||
https://www.amerikaninsesi.org/a/prezident-tramp-v%C9%99-birinci-xan%C4%B1m-sabiq-prezident-corc-bu%C5%9F-ataya-son-ehtiramlar%C4%B1n%C4%B1-bildirib/4685969.html
|
ABŞ prezidenti Donald Tramp və birinci xanım Melaniya Tramp sabiq prezident Corc Buş ataya son ehtiramlarını bir dəqiqəlik sükutla bildirib. Amerikanın 41-ci prezidentinin cənazəsi Kapitolidə qoyulub. Dünəndən etibarən mərhum prezidentlə vidalaşmaq üçün Kapitoli qapıları ictimaiyyətə açıqdır. Vida mərasimi çərşənbə günü səhərədək davam edəcək. 1989-cu ildən 1993-cu ilədək prezident vəzifəsində xidmət göstərən Buşun dəfn mərasimi Vaşinqtonun Milli Kafedralında keçiriləcək. Dövlət səviyyəsində dəfn mərasimi 7-10 gün davam edən bir tədbirdir və üç hissədən ibarətdir. İlk olaraq rəsminin yaşadığı ştat daxilində tədbirlər keçirilir, daha sonra Vaşinqton şəhəri daxilində mərasimlər keçirilir, ən sonda isə vəfat edənin torpağa tapşırılmaq üçün yaşadığı ştatda mərasimlər baş tutur.
|
2018-12-04
|
Prezident Tramp və birinci xanım sabiq prezident Corc Buş ataya son ehtiramlarını bildirib
|
voa, voice of america, voanews, voanews,voianews, english news, voa special english, special english, voa官网, voanews.com, china, iran the voice of america, syria, голос америки, 美国之音
|
ABŞ
|
VOA
|
VOA
|
az
| 0.999775 |
https://www.amerikaninsesi.org/a/prezident-tramp-v%C9%99-birinci-xan%C4%B1m-sabiq-prezident-corc-bu%C5%9F-ataya-son-ehtiramlar%C4%B1n%C4%B1-bildirib/4685969.html
|
amerikaninsesi.org
|
https://data.commoncrawl.org/crawl-data/CC-NEWS/2018/12/CC-NEWS-20181204143019-00615.warc.gz
|
2018-12-04T15:41:07+00:00
|
|
https://report.az/energetika/terter-rayonunun-dord-kendine-tebii-qaz-verilib/
|
Bakı. 16 oktyabr. REPORT.AZ/ Bu gün Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi tərəfindən Tərtər rayonunun Hacallı, Soyulan, Alışarlı və Aşağı Qapanlı kəndlərinə təbii qaz verilib. “Report” “Azəriqaz”a istinadən xəbər verir ki, qaz verilişi ilə bağlı keçirilən tədbirdə rayon İcra Hakimiyyətinin və “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər. Bildirilib ki, 296 fərdi evdən ibarət olan kəndlərin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 17 984 metr müxtəlif diametrli metal borularla daşıyıcı, eləcə də paylayıcı qaz xətləri çəkilib, mənzillərə sayğac və fərdi tənzimləyici quraşdırılıb. Yeni qazlaşdırılan yaşayış sahələrində qaz şəbəkəsinin qurulmasında “bir pilləli” tənzimləmə sistemi tətbiq edilib ki, bu da hər bir abonentin fərdi qaz tənzimləyicidən istifadə etməsinə və istehlakçılara ötürülən qazın sabit rejimdə saxlanılmasına zəmin yaradır. Hazırda Tərtər rayonunun Rəcəbli, Kövdadıq, Bildirçinli və Umudlu kəndlərində tikinti quraşdırma işləri davam etdirilir. Tezliklə tikintisi başa çatmış yaşayış məntəqələrinə də ardıcıllıqla təbii qazın verilişi təmin ediləcək.
|
2018-10-16
|
Tərtər rayonunun dörd kəndinə təbii qaz verilib
|
Günel Abbasova
|
Report İnformasiya Agentliyi
|
az
| 0.999679 |
https://report.az/energetika/terter-rayonunun-dord-kendine-tebii-qaz-verilib/
|
report.az
|
https://data.commoncrawl.org/crawl-data/CC-NEWS/2018/12/CC-NEWS-20181204030920-00609.warc.gz
|
2018-12-04T04:32:13+00:00
|
|||
https://report.az/energetika/beyleqanin-birinci-sahseven-kendine-tebii-qaz-verilib-foto-vi-deo/
|
Beyləqan. 28 mart. REPORT.AZ/ “Azəriqaz” İstehsalat Birliyi tərəfindən respublika ərazisində qaz təchizatı sisteminin yenidən qurulması, kənd və qəsəbələrin qazlaşdırılması istiqamətində görülən tədbirlər davam etdirilir. Bu ilin martın 17-də isə daha bir yaşayış məntəqəsinə - Beyləqan rayonunun Birinci Şahsevən kəndinə təbii qaz verilib. Tərtər Regional Qaz İstismar İdarəsinin Beyləqan rayonu üzrə təmir-bərpa xidmətinin rəisi Cəmil Həsənov “Report”un Qarabağ bürosuna bildirib ki, Şahsevən kəndində bütün daşıyıcı xətlər sınaqdan keçirilib və yaşayış məntəqəsinin sakinlərinə təbii qaz verilib: “Şahsevən kəndində “Azəriqaz” İstehslat Birliyi ilə müqavilə bağlayan sakinlərə təbii qaz verilib. Artıq kəndin 95 faizi təbii qazla təmin edilib. Müqavilə bağlamayan sakinlərə qazdan istifadə qaydaları öyrədiləcək və təlimatlar veriləcək. Müqavilə bağlandıqdan sonra isə təbii qazla təmin ediləcəklər”. Qeyd edək ki, Şahsevən kəndi ərazisində 1641 abonent üçün qaz sayğacı quraşdırılıb. Kəndin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 172 091 metr müxtəlif diametrli polietilen və metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, mənzillərə sayğac və fərdi tənzimləyici qurğular quraşdırılıb.
|
2018-09-19
|
Beyləqanın Birinci Şahsevən kəndinə təbii qaz verilib - FOTO - VİDEO
|
Valeh Dadaşov
|
Report İnformasiya Agentliyi
|
az
| 0.999659 |
https://report.az/energetika/beyleqanin-birinci-sahseven-kendine-tebii-qaz-verilib-foto-vi-deo/
|
report.az
|
https://data.commoncrawl.org/crawl-data/CC-NEWS/2018/12/CC-NEWS-20181204030920-00609.warc.gz
|
2018-12-04T04:32:17+00:00
|
|||
https://report.az/energetika/socar-yunanistanda-istenilen-hokumet-tap-layihesini-destekleyir/
|
Bakı. 15 iyul. REPORT.AZ/ Yunanıstandakı siyasi vəziyyət Trans-Adriatik boru kəmərinin (TAP) ölkə ərazisindən keçməsinə təsir etmir. "Report" xəbər verir ki, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) investisiyalar və marketinq üzrə vitse-prezidenti Elşad Nəsirov jurnalistlərə açıqlamasında bildirib: "Çünki bütün müqavilələr artıq bağlanıb, ərazilərin ayrılması üçün konrekt iş gedir və marşrutla bağlı bəzi məsələlərin həlli qalıb. Şimali Makedoniya və Kavalada bölgələrində bəzi yunan fermerlərin narahatlığı ilə əlaqədar olaraq bir qədər ləngimələr var. Lakin buna baxmayaraq, istənilən hökumət əvvəlki hökumətin bu boru kəmərinin öz ərazisindən keçməsi qərarını alqışlayır". E.Nəsirov qeyd edib ki, bu layihənin icrası Yunanıstanda minlərlə iş yerinin açılması, iqtisadi və rəqabət mühitinin yaxşılaşması ilə əlaqədar daha ucuz qaz, habelə Yunanıstanın enerji təhlükəsizliyinin güclənməsi deməkdir: "Ona görə də istənilən hökumət hər hansı kiçik bir düzəliş təklif etməsinə baxmayaraq, bu, Yunanıstan üçün strateji baxımdan olduqca mühüm məsələdir. Tikinti işləri nə qədər tez başlayarsa, Azərbaycanda boru kəməri tikən, "Şahdəniz" layihəsində iştirak edən şirkətlər bir o qədər tez Yunanıstana pul yatıracaq".
|
2015-07-15
|
SOCAR: Yunanıstanda istənilən hökumət TAP layihəsini dəstəkləyir
|
Economic Department
|
Report İnformasiya Agentliyi
|
az
| 0.999744 |
https://report.az/energetika/socar-yunanistanda-istenilen-hokumet-tap-layihesini-destekleyir/
|
report.az
|
https://data.commoncrawl.org/crawl-data/CC-NEWS/2018/12/CC-NEWS-20181204030920-00609.warc.gz
|
2018-12-04T04:34:09+00:00
|
|||
https://report.az/energetika/elektrik-enerjisine-telebati-odemek-ucun-lazimi-generasiya-gucune-malikik/
|
Bakı. 18 mart. REPORT.AZ/ “Azərbaycanda adi günlərdə olduğu kimi Novruz bayramı günlərində də enerji sisteminin dayanıqlılığı diqqət mərkəzində saxlanılacaq”. Bunu “Report”a açıqlamasında “Azərenerji” ASC-nin İctimaiyyətlə əlaqələr və mətbuat xidmətinin rəisi Yəhya Babanlı bildirib. Onun sözlərinə görə, əhali bayram günlərində də fasiləsiz, keyfiyyətli elektrik enerjisi ilə təmin ediləcək: "Son illər elektrik enerji sisteminin mövcud infrastrukturunun modernləşdirilməsi, müasir texnologiyaların tətbiqi nəticəsində sistemin dayanıqlığı daha da artırılıb və situasiyalara hazırlıq səviyyəsi yüksəldilib. Əhalinin istər bayram günləri, istərsə də digər vaxtlarda elektrik enerjisinə olan tələbatını ödəmək üçün əhəmiyyətli dərəcədə generasiya gücünə malikik". Y.Babanlı onu da qeyd edib ki, “Azərenerji” istənilən şəraitə uyğun qabaqlayıcı tədbirlər görür.
|
2017-03-18
|
Yəhya Babanlı: “Elektrik enerjisinə tələbatı ödəmək üçün lazımi generasiya gücünə malikik”
|
Tural İbadlı
|
Report İnformasiya Agentliyi
|
az
| 0.999627 |
https://report.az/energetika/elektrik-enerjisine-telebati-odemek-ucun-lazimi-generasiya-gucune-malikik/
|
report.az
|
https://data.commoncrawl.org/crawl-data/CC-NEWS/2018/12/CC-NEWS-20181204030920-00609.warc.gz
|
2018-12-04T04:34:31+00:00
|
|||
https://report.az/energetika/rusiya-neft-hasilatini-6-ay-muddetine-azaltmaq-qerarina-gelib/
|
Bakı. 7 dekabr. REPORT.AZ/ OPEC Rusiya ilə hasilatın 6 ay müddətinə azaldılması ilə bağlı şərtlərdə razılığa gəlib. "Report" xəbər verir ki, bu barədə Venesuelanın neft naziri Euloxio del Pino "TASS" agentliyinə müsahibəsinə məlumat verib: "Biz Rusiya ilə qarşılıqlı qəbul edilən şərtlər üzrə anlaşaraq hasilatı 6 ay müddətinə azaltmaq qərarına gəlmişik". E.del Pino bildirib ki, Venesuela dekabrın 10-da Vyanada OPEC üzvü olmayan ölkələrin hasilatın azaldılması ilə bağlı sənədi imzalayacaqlarını gözləyir. "Report"un analitik qrupu bildirir ki, dekabrın 10-da imzalanacaq növbəti razılaşma ərəfəsində neft qiymətləri 54 dollar/barel səviyyəsində qərarlaşıb. Həftənin sonuna qədər qiymətlərin razılaşmada bir problem çıxmayacağı təqdirdə 60 dollar/barelə yaxınlaşacağı istisna edilmir. Lakin mütəxəssislərin fikrincə, neft qiymətlərinin artması uzun sürməyəcək. Belə ki, yüksək qiymətlər ABŞ-da neft hasilatının artmasına və hasilatı azaldan ölkələrin bazar payının ABŞ tərəfindən tutulmasına gətirib çıxara bilər. Bundan başqa, noyabr ayında OPEC və kartelya ona üzv olmayan ölkələrin hasilatı ciddi şəkildə artırdığı ehtimal edilir. Belə olarsa, hasilat kvotalarının azaldılması neft bazarına ciddi təsir etməyəcək.
|
2016-12-07
|
Rusiya neft hasilatını 6 ay müddətinə azaltmaq qərarına gəlib
|
Cavid Əzimov
|
Report İnformasiya Agentliyi
|
az
| 0.999099 |
https://report.az/energetika/rusiya-neft-hasilatini-6-ay-muddetine-azaltmaq-qerarina-gelib/
|
report.az
|
https://data.commoncrawl.org/crawl-data/CC-NEWS/2018/12/CC-NEWS-20181204030920-00609.warc.gz
|
2018-12-04T04:34:41+00:00
|
|||
https://report.az/energetika/kecmis-azerneftyag-zavodundan-neftin-ilkin-emali-qurgusunun-kocurulmesi-2020-ci-ilin-sonunda-yekunlasacaq/
|
Bakı. 31 may. REPORT.AZ/ Keçmiş "Azərneftyağ" neft emalı zavodundakı illik məhsuldarlığı 2 mln. ton olan ELOU-AVT (neftin ilkin emalı) qurğusunun vakuum bloku ilə birlikdə Heydər Əliyev adına Bakı Neft Emalı Zavoduna (BNEZ) köçürülməsi 2020-ci ilin sonunda yekunlaşacaq. "Report" xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) emal üzrə vitse-prezidenti David Məmmədov bildirib. "Bu qurğunun köçürülməsi ümumi inkişaf planımıza mane olmur. Heydər Əliyev adına Neft Emalı Zavodunun modernizasiya və yenidənqurma proqramı 2021-ci ilin I rübündə yekunlaşacaq. ELOU AVT qurğusunun köçürülməsi 2020-ci ilin sonuna yekunlaşmalıdır. Bundan sonra sazlama və işə salma həyata keçiriləcək", - deyə o qeyd edib. D.Məmmədovun sözlərinə görə, zavodun modernizasiyası və yenidənqurması çərçivəsində bitum istehsalı qurğusunun bu ilin sentyabr ayında istismara verilməsi gözlənilir. Qeyd edək ki, Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda neftin ilkin emalı üzrə əsas qurğusu ELOU-AVT-6 ildə 6 mln. ton xam neft emal etmək gücünə malik olan, neftin qabaqcadan duzsuzlaşdırılması və benzinin təkrar qovulması blokları olan kombinə olunmuş atmosfer-vakuum qurğusudur. Qurğu 1976-cı ildə Bakı neftayırma zavodlarının köklü yenidən qurulması planına uyğun olaraq qurulub. BNEZ-in yenidənqurma və modernizasiyası layihəsinin icrası üç mərhələdə (bitum, dizel və benzin) nəzərdə tutulub. Zavodda modernizasiya və yenidənqurma işlərindən sonra emal gücü hazırkı illik 6 mln. tondan 7,5 mln. tona çatıdırılacaq. Hazırda zavodda illik istehsal gücü 400 min ton yeni bitum qurğusu inşa olunur və qurğu gələn ilin III rübündə istifadəyə veriləcək. Dizel mərhələsinin 2020-ci il noyabrın 30-da, benzin mərhələsinin isə 2021-ci il fevralın 28-də yekunlaşacağı gözlənilir. Görülən işlərdən sonra müəssisədə istehsal olunacaq avtomobil benzininin illik istehsal həcmi 2,2 mln. ton, dizel yanacağının 3 mln. ton, ağ neftin isə 1 mln. ton təşkil edəcək. Xatırladaq ki, SOCAR prezidentinin 2014-cü il 24 dekabr tarixli əmrinə əsasən, “Azərneftyağ” NEZ 2015-ci il yanvarın 1-dən Heydər Əliyev adına BNEZ-ə qoşulmaqla fəaliyyətinə xitam verilməsi qərara alınıb. "Azərneftyağ"dakı bütün qurğular söküldükdən sonra burada təmizlik işləri aparılacaq və ərazi "Ağ Şəhər" layihəsinə veriləcək.
|
2018-06-01
|
Keçmiş 'Azərneftyağ' zavodundan neftin ilkin emalı qurğusunun köçürülməsi 2020-ci ilin sonunda yekunlaşacaq
|
Günel Abbasova
|
Report İnformasiya Agentliyi
|
az
| 0.996113 |
https://report.az/energetika/kecmis-azerneftyag-zavodundan-neftin-ilkin-emali-qurgusunun-kocurulmesi-2020-ci-ilin-sonunda-yekunlasacaq/
|
report.az
|
https://data.commoncrawl.org/crawl-data/CC-NEWS/2018/12/CC-NEWS-20181204030920-00609.warc.gz
|
2018-12-04T04:35:00+00:00
|
|||
https://report.az/energetika/azeriqaz-da-konullu-qanverme-aksiyasi-kecirilib/
|
Bakı. 28 noyabr. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamı ilə təsdiqlənmiş ''Hemofiliya və talassemiyadan əziyyət çəkən uşaqlara qayğı'' Dövlət Proqramının icrası ilə bağlı, həmçinin, Heydər Əliyev Fondunun "Talassemiyasız həyat naminə" proqramı çərçivəsində reallaşdırılan və azyaşlı uşaqlara yardım məqsədi daşıyan, minlərlə insan üçün həyati əhəmiyyət kəsb edən bu könüllü qanvermə aksiyasında “Azəriqaz” İstehsalat Birliyinin əməkdaşları da yüksək fəallıqla iştirak ediblər. “Azəriqaz”dan “Report”a verilən məlumata görə, müxtəlif qan xəstəliklərindən əziyyət çəkən insanlara kömək məqsədi ilə keçirilən tədbirdə qan vermək istəyən qaz təsərrüfatı işçilərini Bahadur Eyvazov adına Elmi-Tədqiqat Hemotologiya və Transfiziologiya İnstitutunun Mərkəzi Qan Bankı tərəfindən ezam olunmuş xüsusi tibb briqadasının həkim-hemotoloqları müayinə etdikdən sonra qanvermə aksiyasına başlayıb. Aksiya iştirakçıları qan xəstəliklərindən əziyyət çəkən uşaqlar üçün könüllü qan verməyin xeyirxah və savab iş olduğunu diqqətə çatdıraraq, bu kimi aksiyalarda yaxından iştirak etməyin vətəndaşlıq borcu olduğunu bildiriblər. Ümumilikdə, xeyriyyə aksiyasında 390 nəfər könüllü qan verib. Qeyd edək ki, aksiya iştirakçılarından tədarük olunan qan və qandan hazırlanan preparatlar hemofiliyalı və talassemiyalı xəstələrin, eləcə də qana ehtiyacı olan insanların müalicəsində istifadə olunacaq.
|
2018-11-28
|
“Azəriqaz”da könüllü qanvermə aksiyası keçirilib
|
Aqşin Rafiqoğlu
|
Report İnformasiya Agentliyi
|
az
| 0.999718 |
https://report.az/energetika/azeriqaz-da-konullu-qanverme-aksiyasi-kecirilib/
|
report.az
|
https://data.commoncrawl.org/crawl-data/CC-NEWS/2018/12/CC-NEWS-20181204030920-00609.warc.gz
|
2018-12-04T04:35:11+00:00
|
|||
https://report.az/energetika/abs-i-ranin-neft-ixracini-tamamile-mehdudlasdirmaga-calisir/
|
Bakı. 15 oktyabr. REPORT.AZ/ ABŞ İrandan neft ixracının tamamilə dayandırılması üçün səylərini davam etdirir. “Report” “Reuters” agentliyinə istinadən xəbər verir ki, bunu ABŞ-ın İranla bağlı xüsusi nümayəndəsi Brayan Huk bildirib. Onun sözlərinə görə, Ağ Ev hazırda neft bazarında tarazlığın bərqərar olduğu qənaətindədir: “İranın neft ixracını tezliklə tam şəkildə məhdudlaşdırmaq məqsədimiz olaraq qalır. Buna nail olmaq üçün biz İran neftinin idxalını getdikcə azaldan ölkələrlə işləyirik”. “Enerji bazarının sabit qalacağına əminik. Hazırda bazar tarazdır və yüksək səviyyədə təmin olunub. Neft istehsalçıları ilə bundan sonra da yaxın təmasda olacağıq”, - deyə ABŞ rəsmisi əlavə edib. Xatırladaq ki, rəsmi Vaşinqton bu ilin may ayında İranın nüvə proqramına dair razılaşmadan çıxıb. Bundan sonra ABŞ bəyan edib ki, İrana, eləcə də bu ölkə ilə əməkdaşlıq edən 3-cü ölkələrə qarşı sanksiyalar bərpa ediləcək. Bu il avqustun 7-dən ABŞ-ın İrana qarşı sanksiyalarının bir hissəsi bərpa edilib, neft sənayesini əhatə edən digər sanksiyaların isə noyabrın 4-dən qüvvəyə minəcəyi gözlənilir.
|
2018-10-15
|
ABŞ İranın neft ixracını tamamilə məhdudlaşdırmağa çalışır
|
Aydan Topçibaşeva
|
Report İnformasiya Agentliyi
|
az
| 0.998772 |
https://report.az/energetika/abs-i-ranin-neft-ixracini-tamamile-mehdudlasdirmaga-calisir/
|
report.az
|
https://data.commoncrawl.org/crawl-data/CC-NEWS/2018/12/CC-NEWS-20181204030920-00609.warc.gz
|
2018-12-04T04:35:15+00:00
|
|||
https://report.az/maraqli/boyuk-britaniyada-intihara-qarsi-mubarize-uzre-nazir-teyin-edilib/
|
Bakı. 10 oktyabr. REPORT.AZ/ Böyük Britaniyanın Baş naziri Tereza Mey tərəfindən Jaklin Doyl-Prays intihara qarşı mübarizə üzrə nazir vəzifəsinə təyin olunub. “Report” TASS-a istinadən xəbər verir ki, “The Quardian” qəzetinin yazdığına görə, bu tədbir cəmiyyətdə bərqərar olunan və insanların bu kimi vəziyyətlərdə yardım istəmələrinə əngəl yaradan stereotipləri aradan qaldırmağa yönəlib. Daha əvvəl səhiyyə nazirinin müavini və parlamentin deputatı vəzifələrində işləmiş Jaklin Doyl-Prays indi psixi sağlamlığın qorunması, bərabərsizlik, intihara qarşı mübarizə üzrə nazir vəzifəsini tutur. Böyük Britaniya Milli Statistika İdarəsinin məlumatına görə, ötən il ölkədə 5281 intihar hadisəsi baş verib. 45 yaşınadək kişilər arasında ölüm hadisələri əsasən intihar halları ilə baş verir.
|
2018-10-10
|
Böyük Britaniyada intihara qarşı mübarizə üzrə nazir təyin edilib
|
Cəfər Ağadadaşov
|
Report İnformasiya Agentliyi
|
az
| 0.999146 |
https://report.az/maraqli/boyuk-britaniyada-intihara-qarsi-mubarize-uzre-nazir-teyin-edilib/
|
report.az
|
https://data.commoncrawl.org/crawl-data/CC-NEWS/2018/12/CC-NEWS-20181204083052-00612.warc.gz
|
2018-12-04T10:03:11+00:00
|
|||
https://report.az/maraqli/antarktidada-namelum-enerji-menbeyi-askar-edilib/
|
Bakı. 22 noyabr. REPORT.AZ/ Beynəlxalq tədqiqatçılardan ibarət qrup Antarktidada böyük geotermal şüalanma mənbəyi aşkar edib. "Report" Rusiya KİV-inə istinadən xəbər verir ki, bu barədə "Science Alert" portalı məlumat verib. Qeyd olunur ki, mənbə buz qatından üç kilometr dərinlikdə yerləşir və buz plitələrinin əriməsinə səbəb ola bilər. Tədqiqatın yekun nəticələrinə əsasən, bu ərazidə buz aşağıdan əriyir, ərimiş su isə buzaltı gölə axır. İstilik mənbəyinin yaranmasının səbəbi hələlik bəlli deyil.
|
2018-11-22
|
Antarktidada naməlum enerji mənbəyi aşkar edilib
|
Tural Asadi
|
Report İnformasiya Agentliyi
|
az
| 0.999594 |
https://report.az/maraqli/antarktidada-namelum-enerji-menbeyi-askar-edilib/
|
report.az
|
https://data.commoncrawl.org/crawl-data/CC-NEWS/2018/12/CC-NEWS-20181204083052-00612.warc.gz
|
2018-12-04T10:03:28+00:00
|
|||
https://report.az/energetika/azerbaycanin-energetika-naziri-abs-a-sefer-edecek/
|
Bakı. 24 aprel. REPORT.AZ/ Prezident İlham Əliyevin tapşırığına əsasən, bu il mayın 1-dən 4-dək ABŞ-ın Texas ştatının Hyuston şəhərində keçiriləcək, neft-qaz sənayesi üzrə ən böyük sərgi və konfrans sayılan “Dənizdə Texnologiyalar Konfransı”nda Azərbaycanın nümayəndə heyəti də iştirak edəcək. Onun konfransda Azərbaycanın neft-qaz sahəsində əldə etdiyi nailiyyətlər, Xəzərin enerji resursları, enerji mərkəzi kimi imkanları, dənizdə neft yataqlarının işlənməsində tətbiq edilən texnologiyalar barədə çıxışı nəzərdə tutulub. 120 ölkəni təmsil edən 2400-ə qədər iştirakçının qatılacağı bu tədbir dəniz ehtiyatları və ətraf mühit məsələləri üzrə elmi-texniki biliklərini təkmilləşdirmək məqsədilə enerji mütəxəssislərinin fikir mübadiləsi apardıqları mühüm bir platforma, neft-qaz sənayesi üçün qlobal əhəmiyyətə malik konfrans kimi qiymətləndirilir.
|
2017-04-24
|
Azərbaycanın energetika naziri ABŞ-a səfər edəcək
|
Günel Abbasova
|
Report İnformasiya Agentliyi
|
az
| 0.999968 |
https://report.az/energetika/azerbaycanin-energetika-naziri-abs-a-sefer-edecek/
|
report.az
|
https://data.commoncrawl.org/crawl-data/CC-NEWS/2018/12/CC-NEWS-20181204030920-00609.warc.gz
|
2018-12-04T04:35:59+00:00
|
|||
https://report.az/maraqli/braziliyada-cenubi-amerikanin-en-qedim-sakini-sayilan-qadinin-kelle-sumuyu-tapilib/
|
Bakı. 4 sentyabr. REPORT.AZ/ Bir neçə gün əvvəl yanmış Braziliya Milli Muzeyinin qalıqları arasında Cənubi Amerikanın ən qədim sakini sayılan qadının kəllə sümüyü tapılıb. "Report" "Jornal o Dia” nəşrinə istinadən xəbər verir ki, Luziya adı verilən qadının kəllə sümüyü Rio-de-Janeyro şəhərində yanğınsöndürənlər tərəfindən başqa arxeoloji qalıqların saxlandığı otağın döşəməsi üstündə aşkarlanıb. Yaşı 11 min ildən artıq olan tapıntı 1974-cü ildə Minas Jerais ştatındakı Lapa Vermella mağarasında braziliyalı və fransalı arxeoloqlar tərəfindən tapılmışdı. Luziyanın qitənin ilk sakinlərindən olduğu ehtimal edilir. Onun sümüyü Braziliya Milli Muzeyinin ən dəyərli eksponatlarından biri sayılırdı. Hazırda mütəxəssislər bu sümüyün Luziyaya, yoxsa yanğında ölən şəxsə məxsus olduğunu araşdırırlar.
|
2018-09-04
|
Braziliyada Cənubi Amerikanın ən qədim sakini sayılan qadının kəllə sümüyü tapılıb
|
News Department
|
Report İnformasiya Agentliyi
|
az
| 0.998197 |
https://report.az/maraqli/braziliyada-cenubi-amerikanin-en-qedim-sakini-sayilan-qadinin-kelle-sumuyu-tapilib/
|
report.az
|
https://data.commoncrawl.org/crawl-data/CC-NEWS/2018/12/CC-NEWS-20181204083052-00612.warc.gz
|
2018-12-04T10:03:50+00:00
|
|||
https://report.az/maraqli/dunya-okeaninin-seviyyesi-son-25-ilde-77-mm-artib/
|
Bakı. 1 sentyabr. REPORT.AZ/ Son 25 ildə dünya okeanında suyun səviyyəsi 77 mm artıb. "Report" "İzvestiya.ru"ya istinadən xəbər verir ki, bu barədə Ümumdünya Meteorologiya Təşkilatının alimləri bildiriblər. Bu göstəricinin artmasının səbəbi isti suların genişlənməsi olub. Bildirilir ki, buzlaqların əriməsi nəticəsində okeanlarda suyun səviyyəsi artır. Alimlər belə nəticəni planetimizin kosmik müşahidəsi ilə məşğul olan, peyklərdə ən dəqiq kompüter modelləşdirməsi və yüksək dəqiqlik sensorları vasitəsilə əldə ediblər. Dünya okeanında suyun səviyyəsinin qalxma sürəti 2,9 mm təşkil edir. Özü də hər il bu göstərici qlobal istiləşmə üzündən 0,084 mm artır. Beləliklə, planetimiz iqlim dəyişmələrinə reaksiya verir. Avqustun 30-də məlum olub ki, Yelsk universitetinin alimləri Arktika regionunda böyük həcmdə duzlu və isti su aşkar ediblər. O, Kanadanın Alyaskadan şimaldakı hövzəsindən keçir və onu isidir.
|
2018-09-01
|
Dünya okeanının səviyyəsi son 25 ildə 77 mm artıb
|
Anar Tağıyev
|
Report İnformasiya Agentliyi
|
az
| 0.999693 |
https://report.az/maraqli/dunya-okeaninin-seviyyesi-son-25-ilde-77-mm-artib/
|
report.az
|
https://data.commoncrawl.org/crawl-data/CC-NEWS/2018/12/CC-NEWS-20181204083052-00612.warc.gz
|
2018-12-04T10:03:57+00:00
|
|||
https://report.az/energetika/rusiyali-ekspert-abs-in-tezyiqleri-hormuz-bogazinin-baglanmasina-getirib-cixara-biler/
|
Bakı. 5 noyabr. REPORT.AZ/ ABŞ təzyiqlərini daha da artırsa və 3-cü ölkələr tərəfindən İran neftinin idxalının azaldılmasına nail olarsa, İran hökuməti müəyyən sərt addımlara əl ata, o cümlədən Hörmüz boğazını bağlaya bilər. Bunu “Report”a açıqlamasında ABŞ-ın İrana qarşı bu gündən qüvvəyə minmiş sanksiyalarını şərh edən Rusiyanın Milli Enerji Təhlükəsizliyi Fondunun və ölkə hökuməti nəzdində Maliyyə İnstitutunun aparıcı eksperti Stanislav Mitraxoviç deyib. O, İranın neft ixracının azalması ilə bu ölkədə sosial çətinliklərin yaranacağını da diqqətə çatdırıb. “Bu proseslər İran hökumətini Hörmüz boğazının bağlanması kimi, sərt cavab tədbirləri görməyə təhrik edə bilər. Onda neft qıtlığı təhlükəsi yaranar, qiymətlər artmağa başlayar. Hörmüz boğazının bağlanması mümkün olsa da, nisbətən az ehtimal olunan hadisədir”, - deyə ekspert bildirib. Rusiyanın Milli Enerji Təhlükəsizliyi Fondunun və ölkə hökuməti nəzdində Maliyyə İnstitutunun aparıcı eksperti Stanislav Mitraxoviç “Bu proseslər İran hökumətini Hörmüz boğazının bağlanması kimi, sərt cavab tədbirləri görməyə təhrik edə bilər. Onda neft qıtlığı təhlükəsi yaranar, qiymətlər artmağa başlayar. Hörmüz boğazının bağlanması mümkün olsa da, nisbətən az ehtimal olunan hadisədir”. Onun sözlərinə görə, yaxın həftələr ərzində həm neft qiymətləri, həm də bazardakı neft təklifinin həcmi baxımdan ciddi dəyişikliklər gözlənilmir: “Mövcud qiymətlər İranla bağlı risqləri də nəzərə alır. Üstəlik, ABŞ ilk dövrdə bəzi ölkələrin İran neftini idxal etməsinə razı olduqlarını açıqlayıb. Həm də Səudiyyə Ərəbistanı bir neçə aya gündəlik hasilatı 12 mln. barelə belə çatdıra biləcəklərini bildirib. ABŞ-da da hasilat sürətlə artır, getdikcə ixraca əngəl yaradan "ağızlar açılır" (yəni limanlara doğru yeni neft kəmərləri tikilir – red.)”. Xatırladaq ki, ABŞ hökuməti İran nüvə proqramına dair Müştərək Əhatəli Planın imzalanmasına qədər tətbiq olunmuş və daha çox neft ixracını məhdudlaşdıran sanksiyaların bu gündən yenidən qüvvəyə mindiyini açıqlayıb.
|
2018-11-06
|
Rusiyalı ekspert: 'ABŞ-ın təzyiqləri Hörmüz boğazının bağlanmasına gətirib çıxara bilər'
|
Aydan Topçibaşeva
|
Report İnformasiya Agentliyi
|
az
| 0.999453 |
https://report.az/energetika/rusiyali-ekspert-abs-in-tezyiqleri-hormuz-bogazinin-baglanmasina-getirib-cixara-biler/
|
report.az
|
https://data.commoncrawl.org/crawl-data/CC-NEWS/2018/12/CC-NEWS-20181204030920-00609.warc.gz
|
2018-12-04T04:36:12+00:00
|
|||
https://report.az/maraqli/i-taliyada-tibb-bacisi-vaxtile-islediyi-xestexanaya-600-min-avro-vesiyyet-edib/
|
Bakı. 13 avqust. REPORT.AZ/ İtaliyada Triyest şəhərində təqaüdçü Mariya Bolonya əvvəllər tibb bacısı işlədiyi xəstəxanaya 600 min avro vəsiyyət edib. "Report" xəbər verir ki, bu barədə İL Piccolo yazıb. Bildirilir ki, Bolonya 2017-ci ildə 95 yaşında vəfat edib. Ərinin və yeganə oğlunun ölümündən sonra yığılan pulları kiməsə verməyə qohumu da olmayıb. Artıq planlaşdırılır ki, o pula tibb müəssisəsində müalicə üçün yoluxucu xəstəliklərin qanköçürmə şöbəsi və 450 nəfərlik yeni qarderob tikmək planlaşdırılır. Xəstəxananın planlarına yeni yeməkxananın tikilərək istifadəyə verilməsi də daxildir.
|
2018-08-13
|
İtaliyada tibb bacısı vaxtilə işlədiyi xəstəxanaya 600 min avro vəsiyyət edib
|
News Department
|
Report İnformasiya Agentliyi
|
az
| 0.999728 |
https://report.az/maraqli/i-taliyada-tibb-bacisi-vaxtile-islediyi-xestexanaya-600-min-avro-vesiyyet-edib/
|
report.az
|
https://data.commoncrawl.org/crawl-data/CC-NEWS/2018/12/CC-NEWS-20181204083052-00612.warc.gz
|
2018-12-04T10:04:39+00:00
|
|||
https://report.az/siyasi-xeberler/daxili-siyaset/hicran-huseynova-azerbaycanda-qadinlara-yaradilan-imkan-ilden-ile-artirilir/
|
Bakı. 26 oktyabr. REPORT.AZ/ “Biz Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmalıyıq. Hər bir dövlət bu istiqamətdə addım atmalıdır. Azərbaycan bu sahədə bir sıra uğurlara imza atıb”. “Report” xəbər verir ki, bunu Azərbaycan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova VI Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində keçirilən “Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsində gənclər, qadınlar, parlament, vətəndaş cəmiyyəti və digər maraqlı tərəflərin rolu” mövzusunda interaktiv müzakirədə deyib. O qeyd edib ki, ölkədə əhalinin məşğulluğunun artırılması ilə bağlı işlər görülür: “Bütün sahələrdə qadınların təmsil olunması üçün geniş imkanlar yaradılıb. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva təşəbbüsü və dəstəyi ilə həyata keçirilən layihələri xüsusi qeyd etmək lazımdır. Burada vətəndaş cəmiyyətinin nümayəndələrinin də əməyini də qeyd etməliyəm. Azərbaycanda qadınlara yaradılan imkan ildən-ilə artırılır”. Onun sözlərinə görə, Azərbaycanın ərazilərinin bir hissəsi işğal edilib, 1 milyondan çox qaçqın və məcburi köçkün var, buna baxmayaraq, ölkə inkişaf edir, qaçqın və məcburi köçkünlərin məişət problemləri həll edilir.
|
2018-10-26
|
Hicran Hüseynova: “Azərbaycanda qadınlara yaradılan imkan ildən-ilə artırılır”
|
İlkin Pirəli
|
Report İnformasiya Agentliyi
|
az
| 0.999938 |
https://report.az/siyasi-xeberler/daxili-siyaset/hicran-huseynova-azerbaycanda-qadinlara-yaradilan-imkan-ilden-ile-artirilir/
|
report.az
|
https://data.commoncrawl.org/crawl-data/CC-NEWS/2018/12/CC-NEWS-20181204065054-00611.warc.gz
|
2018-12-04T08:20:04+00:00
|
|||
https://report.az/siyasi-xeberler/daxili-siyaset/prezident-i-madeddin-nesiminin-650-illik-yubileyinin-qeyd-edilmesi-haqqinda-serencam-imzalayib/
|
Bakı. 15 noyabr. REPORT.AZ/ Prezident İlham Əliyev Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi haqqında sərəncam imzalayıb. “Report”un xəbərinə görə, sərəncamda xatırladılır ki, 2019-cu ildə böyük Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin anadan olmasının 650 illiyi tamam olur. İmadəddin Nəsimi Azərbaycan xalqının ümumbəşər mədəniyyətinə bəxş etdiyi qüdrətli söz ustalarındandır. O, Şərqin zəngin mədəni-mənəvi sərvətləri üzərində ucalmış və bədii söz sənətinin son dərəcə qiymətli incilərini meydana gətirmişdir. Mütəfəkkir şairin dərin poetik fikirlərlə fəlsəfi görüşlərin vəhdətində olub, dövrün elmi-fəlsəfi düşüncəsinin aydın ifadəçisinə çevrilmiş müstəsna əhəmiyyətli ədəbi irsi qədim köklərə və çoxəsrlik ənənələrə malik Azərbaycan ədəbiyyatı tarixində xüsusi mərhələ təşkil edir. Nəsimi dünya poeziyasının ən kamil nümunələri sırasında diqqətəlayiq yer tutan əsərlərində daim insanın əzəmətini, insani məhəbbəti və şəxsiyyətin azadlığını tərənnüm etmişdir. Anadilli şeirin humanist ideyalarla, yeni məzmun, deyim tərzi və bədii lövhələrlə daha da zənginləşməsində unudulmaz şairin misilsiz xidmətləri vardır. Nəsiminin mənbəyini xalq ruhundan almış parlaq üslubu orta əsrlər Azərbaycan dilinin məna imkanlarını bütün dolğunluğu və rəngarəngliyi ilə əks etdirir. Sənətkarın yaradıcılığı bir sıra xalqların bədii-ictimai fikrinin inkişafına qüvvətli təsir göstərmişdir. Nəsimi irsinin Azərbaycan xalqının mənəviyyat xəzinəsində layiqli yerini tutması ötən əsrin 70-ci illərində öz geniş fəaliyyəti sayəsində tarixi-mədəni dəyərlərimizə münasibətdə əsaslı dönüş yaratmış ümummilli lider Heydər Əliyevin adı ilə bilavasitə bağlıdır. Məhz ulu öndərin təşəbbüsü ilə Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən ilk dəfə Nəsiminin 600 illik yubileyi YUNESKO-nun tədbirləri siyahısına daxil edilmiş və 1973-cü ildə beynəlxalq miqyasda qeyd olunmuşdur. Həmin dövrdən etibarən Nəsimi irsinin və bütövlükdə klassik Azərbaycan mədəniyyətinin daha əhatəli araşdırılması istiqamətində mühüm addımlar atılmışdır. Nəsiminin yaradıcılığı artıq milli-mənəvi varlığımızın ayrılmaz tərkib hissəsidir. Azərbaycan ədəbiyyatı və incəsənətində Nəsiminin yaddaqalan obrazı yaradılmış, Bakının mərkəzində şairin əzəmətli heykəli ucaldılmışdır. Azərbaycan Milli Elmlər Akademiyasının Dilçilik İnstitutu Nəsiminin adını daşıyır. 2017-ci ilin may ayında Parisdə YUNESKO-nun baş qərargahında Nəsiminin vəfatının 600 illiyinin qeyd edilməsi və 2018-ci ilin sentyabr ayında ölkəmizdə Nəsimi şeir, incəsənət və mənəviyyat festivalının təntənəli şəkildə keçirilməsi ölməz şairin xatirəsinə dərin ehtiramın ifadəsi hesab oluna bilər. İmadəddin Nəsiminin adı həqiqət naminə, fikir azadlığı yolunda qəhrəmanlığın rəmzi kimi əbədiləşib, əsrlərdən bəri Şərq xalqlarının yaddaşında yaşamaqdadır. Sərəncamda daha sonra deyilir: "Böyük şair və mütəfəkkir İmadəddin Nəsiminin 650 illik yubileyi Azərbaycan Respublikasında dövlət səviyyəsində geniş qeyd edilsin". Sərəncamla Nazirlər Kabinetinə böyük Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş tədbirlər planının hazırlanıb həyata keçirilməsini təmin etmək tapşırılıb.
|
2018-11-15
|
Prezident İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi haqqında sərəncam imzalayıb
|
News Department
|
Report İnformasiya Agentliyi
|
az
| 0.999994 |
https://report.az/siyasi-xeberler/daxili-siyaset/prezident-i-madeddin-nesiminin-650-illik-yubileyinin-qeyd-edilmesi-haqqinda-serencam-imzalayib/
|
report.az
|
https://data.commoncrawl.org/crawl-data/CC-NEWS/2018/12/CC-NEWS-20181204065054-00611.warc.gz
|
2018-12-04T08:20:07+00:00
|
|||
https://report.az/maraqli/i-taliya-mafiyasi-polis-itinin-basina-5-min-avro-mukafat-ved-edib/
|
Bakı. 31 oktyabr. REPORT.AZ/ İtaliyanın "Kamorra" cinayətkar dəstəsi "Poço" ləqəbli polis itinin başına görə 5 min avro mükafat vəd edib. "Report"un məlumata görə, bu barədə "La Stampa" nəşri yazıb. "Poço" artıq bir neçə ildir Neapol polisində xidmət edir və narkotiklərin axtarışı üzrə ixtisaslaşıb. İt işlədiyi müddətdə 2 tondan çox qadağan olunmuş maddə aşkar edib. Mafiozlar buna görə bir neçə milyon avro itiriblər. "Poço" iki həftə əvvəl Salerno əyalətində 30 kq kokainin saxlandığı yeri müəyyənləşdirəndə quldurların səbri tükənib. Bundan əlavə, it hətta uşaq qidası ilə maskalanmış kiçik butulkadakı narkotiki də iybilmə vasitəsilə duyub. "Poço"nun doqquz yaşı var də onun təqaüdə çıxmasına cəmi bir il qalıb. Əvvəllər cinayətkarlar itdən zəhərli maddənin köməyi ilə xilas olmağa çalışıblar, lakin onların cəhdləri puça çıxıb. Polisdən bildirilib ki, köpək mühafizə altındadır və onun həyatı üçün heç bir təhlükə yoxdur.
|
2018-10-31
|
İtaliya mafiyası polis itinin başına 5 min avro mükafat vəd edib - FOTO
|
Anar Tağıyev
|
Report İnformasiya Agentliyi
|
az
| 0.999266 |
https://report.az/maraqli/i-taliya-mafiyasi-polis-itinin-basina-5-min-avro-mukafat-ved-edib/
|
report.az
|
https://data.commoncrawl.org/crawl-data/CC-NEWS/2018/12/CC-NEWS-20181204083052-00612.warc.gz
|
2018-12-04T10:04:54+00:00
|
|||
https://report.az/maraqli/seudiyye-erebistaninda-qadinlara-ilk-defe-avtomobil-surmeye-icaze-verilib/
|
Bakı. 24 iyun. REPORT.AZ/ Səudiyyə Ərəbistanında qadınlara ilk dəfə avtomobil sürməyə icazə verilib. "Report" xarici mətbuata istinadən xəbər verir ki, səudiyyəli qadınlar ölkə tarixində ilk dəfə sükan arxasına əyləşiblər. Məlumata görə, bu, kralın müvafiq icazəsindən sonra baş verib. Qeyd edilir ki, küçələrə ilk dəqiqələrdən nəqliyyat vasitələrini idarə edən minlərlə qadın çıxıb. Səudiyyə Ərəbistanı yeganə ölkə idi ki, qadınlar nəqliyyat vasitələrini idarə edə bilməzdilər. Bu qadağanı ləğv edən fərman iyunun 24-dən qüvvəyə minib.
|
2018-06-24
|
Səudiyyə Ərəbistanında qadınlara ilk dəfə avtomobil sürməyə icazə verilib - FOTO
|
News Department
|
Report İnformasiya Agentliyi
|
az
| 0.999837 |
https://report.az/maraqli/seudiyye-erebistaninda-qadinlara-ilk-defe-avtomobil-surmeye-icaze-verilib/
|
report.az
|
https://data.commoncrawl.org/crawl-data/CC-NEWS/2018/12/CC-NEWS-20181204083052-00612.warc.gz
|
2018-12-04T10:04:57+00:00
|
|||
https://report.az/siyasi-xeberler/daxili-siyaset/sebail-rayonuna-yeni-icra-bascisi-teyin-edilib/
|
Bakı. 30 oktyabr. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyev Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyətinə yeni başçının təyin edilməsi haqqında sərəncam imzalayıb. "Report" xəbər verir ki, sərəncama əsasən, Vüqar Teyyub oğlu Zeynalov Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. Qeyd edək ki, V.Zeynalov bu təyinata qədər Mədəniyyət Nazirliyinin Bakı şəhər Mədəniyyət Baş İdarəsinin rəisi vəzifəsində işləyib.
|
2018-10-30
|
Səbail rayonuna yeni icra başçısı təyin edilib - FOTO
|
News Department
|
Report İnformasiya Agentliyi
|
az
| 0.999664 |
https://report.az/siyasi-xeberler/daxili-siyaset/sebail-rayonuna-yeni-icra-bascisi-teyin-edilib/
|
report.az
|
https://data.commoncrawl.org/crawl-data/CC-NEWS/2018/12/CC-NEWS-20181204065054-00611.warc.gz
|
2018-12-04T08:20:08+00:00
|
|||
https://report.az/energetika/qeterde-qazin-qiymetinin-dusmesi/
|
Bakı. 16 dekabr. REPORT.AZ/ Bu gün Qətərin paytaxtı Dohada Qaz İxrac edən Dövlətlərin nazirləri səviyyəsində 16-cı konfrans işə başlayıb. "Report" "iran.ru"-ya istinadən xəbər verir ki, konfransda 13 üzv-ölkənin neft və energetika nazirləri neftin ucuzlaşması fonunda təbii qazın da qiymətinin düşməsini müzakirə edəcək. Foruma ilk dəfə olaraq, İrandan olan Məhəmmədhüseyn Adili baş katiblik edəcək. İranın neft naziri Bijən Zəngənənin rusiyalı həmkarı ilə də görüşü nəzərdə tutulub.
|
2014-12-16
|
Qətərdə qazın qiymətinin düşməsi müzakirə ediləcək
|
Sədrəddin İsmayılov
|
Report İnformasiya Agentliyi
|
az
| 0.999067 |
https://report.az/energetika/qeterde-qazin-qiymetinin-dusmesi/
|
report.az
|
https://data.commoncrawl.org/crawl-data/CC-NEWS/2018/12/CC-NEWS-20181204030920-00609.warc.gz
|
2018-12-04T04:37:02+00:00
|
|||
https://report.az/maraqli/turkiye-sakini-batman-vilayetinin-serhedlerini-betmen-loqotipi-formasinda-etmeyi-teklif-edib/
|
Bakı. 30 iyul. REPORT.AZ/ Türkiyə vətəndaşı Kamal Atakan Kırca "Change.org" saytında Türkiyənin Batman vilayətinin sərhədləri dəyişmək və onu komikslər qəhrəmanı Betmenin loqotipi halına salmaqla bağlı imza kampaniyası başladıb. "Report" TASS-a istinadən xəbər verir ki, petisiya artıq 10 mindən çox adam tərəfindən dəstəklənib. Petisiyaya mərkəzində Batman vilayətinin yarasa silueti kimi göründüyü Türkiyə xəritəsinin şəkli əlavə edilib. "Batmana müəyyən dəyişikliklər lazımdır. Sərhədlərdən başlaya və onları daha realist edə bilərik", - kampaniya barədə məlumatda deyilir. Qeyd edək ki, 2008-ci ildə vilayətin keçmiş rəhbəri Hüseyn Kalkan KİV vasitəsilə rejissor Kriftofer Nolan və "Warner Bros" studiyasını məhkəməyə vermək niyyətini açıqlayıb. Vali qərarını belə izah edib ki, Nolan Türkiyə hökumətini xəbərdar etmədən komiks qəhrəmanına adı çox öncədən yaranmış vilayətlə tam uyğun olan ad verib və həddindən artıq gəlir əldə edib.
|
2018-07-30
|
Türkiyə sakini Batman vilayətinin sərhədlərini Betmen loqotipi formasında etməyi təklif edib
|
Cəfər Ağadadaşov
|
Report İnformasiya Agentliyi
|
az
| 0.999849 |
https://report.az/maraqli/turkiye-sakini-batman-vilayetinin-serhedlerini-betmen-loqotipi-formasinda-etmeyi-teklif-edib/
|
report.az
|
https://data.commoncrawl.org/crawl-data/CC-NEWS/2018/12/CC-NEWS-20181204083052-00612.warc.gz
|
2018-12-04T10:05:00+00:00
|
|||
https://report.az/siyasi-xeberler/daxili-siyaset/prezident-administrasiyasinda-elektron-sened-dovriyyesi-sistemi-yaradilib/
|
Bakı. 27 oktyabr. REPORT.AZ/ Prezident İlham Əliyev dövlət orqanlarında (qurumlarında) daxili idarəetmə proseslərinin elektronlaşdırılması tədbirləri haqqında fərman imzalayıb. "Report" xəbər verir ki, fərmanın imzalanmasında məqsədi dövlət orqanlarında (qurumlarında) rəqəmsal idarəçiliyin inkişafı, daxili idarəetmə proseslərinin (kargüzarlığın aparılması, sənədlərin icrasına nəzarət, arxiv, kadrların idarə olunması, maliyyə-uçot və mühasibat, təchizat və təminat) optimallaşdırılması və elektronlaşdırılması, bu sahədə çevik və effektiv idarəetmənin təmin edilməsidir. Fərmana əsasən Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında kargüzarlığın aparılması işinin səmərəli təşkili üçün “Elektron sənəd dövriyyəsi sistemi” yaradılıb. “Elektron sənəd dövriyyəsi sistemi”nin sahibi funksiyasını Azərbaycan Respublikası Prezidentinin Administrasiyası, maddi-texniki təminatını, işlək vəziyyətdə olmasını (operator funksiyasını) və təhlükəsizliyinin təmin edilməsini Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti həyata keçirəcək. Fərmanda deyilir ki, dövlət orqanlarında qabaqcıl informasiya və kommunikasiya texnologiyalarından istifadə olunması və rəqəmsal idarəçiliyin tətbiq edilməsi dövlət siyasətinin prioritetlərindən biridir və bu sahədə mühüm nailiyyətlər əldə edilib. Bununla belə, həyata keçirilən tədbirlərin daha yüksək səviyyədə davam etdirilməsi və rəqəmsal hökumətə keçid prosesinin sürətləndirilməsi zəruridir. Dövlət başçısı fərmandan irəli gələn vəzifələrin yerinə yetirilməsi üçün aidiyyəti qurumlara müvafiq tapşırıqlar verib.
|
2018-10-27
|
Prezident Administrasiyasında “Elektron sənəd dövriyyəsi sistemi” yaradılıb
|
News Department
|
Report İnformasiya Agentliyi
|
az
| 0.999799 |
https://report.az/siyasi-xeberler/daxili-siyaset/prezident-administrasiyasinda-elektron-sened-dovriyyesi-sistemi-yaradilib/
|
report.az
|
https://data.commoncrawl.org/crawl-data/CC-NEWS/2018/12/CC-NEWS-20181204065054-00611.warc.gz
|
2018-12-04T08:20:21+00:00
|
|||
https://report.az/siyasi-xeberler/daxili-siyaset/siyavus-novruzov-parlamentin-iclaslarinin-ikinci-hissesinde-istirak-etmeyen-deputatlara-irad-bildirib/
|
Bakı. 15 noyabr. REPORT.AZ/ Milli Məclisin bu gün keçirilən plenar iclasında "Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında" qanuna dəyişikliyin müzakirəsi zamanı parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, hakim Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini Siyavuş Novruzov plenar iclasların ikinci hissəsində iştirak etməyən deputatlara irad bildirib. “Report”un xəbərinə görə, S.Novruzov deyib ki, Milli Məclisin hörməti onun nizam və intizamı ilə bağlıdır. O bildirib ki, müzakirələr günün birinci və ikinci hissəsində aparılır: “Bəyəm, günün ikinci yarısında qəbul olunan qanunun çəkisi aşağıdır, yoxsa hüquqi dərəcəsi azdır? Bunların hər biri eynidir. Kimsə harasa iclasa gedirsə, yazılı və şifahi şəkildə parlament sədrinə müraciət edir və xahişi nəzərə alınır”.
|
2018-11-15
|
Siyavuş Novruzov parlamentin iclaslarının ikinci hissəsində iştirak etməyən deputatlara irad bildirib
|
İlkin Pirəli
|
Report İnformasiya Agentliyi
|
az
| 0.995683 |
https://report.az/siyasi-xeberler/daxili-siyaset/siyavus-novruzov-parlamentin-iclaslarinin-ikinci-hissesinde-istirak-etmeyen-deputatlara-irad-bildirib/
|
report.az
|
https://data.commoncrawl.org/crawl-data/CC-NEWS/2018/12/CC-NEWS-20181204065054-00611.warc.gz
|
2018-12-04T08:20:26+00:00
|
|||
https://report.az/energetika/bp-in-iqtisadcisi-mayelesdirilmis-qazin-rolu-2040-ci-iledek-ehemiyyetli-derecede-yukselecek/
|
Bakı. 8 noyabr. REPORT.AZ/ Energetika Nazirliyində BP şirkətinin Rusiya və MDB ölkələri üzrə baş iqtisadçısı Vladimir Drebentsov BP-nin “2017-cı il üçün Statistik Təhlili” və “Enerji Perspektivlərinə Baxışı-2040” adlı hesabatlarının təqdimatını edib. “Report” nazirliyə istinadən xəbər verir ki, hesabatlarda qlobal enerji sektorunda müşahidə olunan meyillər, ötən il üzrə ənənəvi yanacaq növləri ilə yanaşı bərpa olunan enerji mənbələrinə tələbatın inkişaf dinamikası, neft bazarına OPEC+ formatında görülən tədbirlər və geosiyasi faktorların təsirləri, 2040-cı ilə kimi proqnozlar öz əksini tapıb. Bildirilib ki,qlobal enerji tələbatı ötən il 2016-cı illə müqayisədə 2,2 faiz, neftə tələbat isə gündəlik 1,7 mln. barel artıb. Venesuelada neft hasilatında qeyri-müəyyənliyin davam etməsi, bəzi neft ölkələri ətrafında siyasi vəziyyət ortamüddətli perspektivdə neft bazarında balansa və qiymətə təsir edən faktorlar kimi qeyd edilib. V.Drebentsov bu tendensiyada neftin 1 barelinin 100 ABŞ dollarınadək bahalaşması ehtimalını istisna etməyib. Yaxın perspektivdə tələbatın neft ehtiyatları hesabına qarşılanacağı, 2035-ci ildə neftə tələbatın pik həddə çatacağı, sonra isə tədricən azalacağı bildirilib. BP-nin proqnozlarına görə, dünya enerji balansında təbii qazın payı artacaq. Boru kəmərləri ilə ənənəvi qaz ixracı və idxalı ilə yanaşı, mayeləşdirilmiş qazın rolu 2040-ci ilədək əhəmiyyətli dərəcədə yüksələcək. LNG ixracatçısı kimi Yaxın Şərq, Şimali Amerika, Avstraliya, Afrika və Rusiya, əsas idxalatçıları olaraq Asiya ölkələri, Çin, Avropa fərqlənəcək. BP-nin təhlil və hesabatına həmçinin bərpa olunan enerji mənbələrindən istifadə ilə bağlı inkişaf tendensiyası, dünya enerji balansında bu növ enerjinin mövqeyini möhkəmləndirən amillər və istehsal xərclərinin azaldığını əks etdirən məlumatlar daxil edilib.
|
2018-11-08
|
BP-ın iqtisadçısı: “Mayeləşdirilmiş qazın rolu 2040-ci ilədək əhəmiyyətli dərəcədə yüksələcək”
|
Günel Abbasova
|
Report İnformasiya Agentliyi
|
az
| 0.999277 |
https://report.az/energetika/bp-in-iqtisadcisi-mayelesdirilmis-qazin-rolu-2040-ci-iledek-ehemiyyetli-derecede-yukselecek/
|
report.az
|
https://data.commoncrawl.org/crawl-data/CC-NEWS/2018/12/CC-NEWS-20181204030920-00609.warc.gz
|
2018-12-04T04:37:06+00:00
|
|||
https://report.az/maraqli/yaponiya-sahilleri-yaxinliginda-bir-ada-batib/
|
Bakı. 2 noyabr. REPORT.AZ/ Yaponiyanın şimal sahilləri yaxınlığında, Kuril adalarının cənubundakı kiçik və əhalisi olmayan Esanbe Hanakita Kodzima adası suyun altında qalıb. “Report” “İnterfax”a istinadən xəbər verir ki, Yaponiya Sahil Mühafizəsinin son dəfə 1987-ci ildə araşdırma apardığı ada dəniz səviyyəsindən 1,4 metr yüksəklikdə idi. Esanbe Hanakita Kodzima adası Yaponiya hökumətinin hüquqlarını bəyan edərək müstəsna iqtisadi zonasını genişləndirmək üçün 2014-cü ildə adlar verdiyi 158 xırda adadan biridir.
|
2018-11-02
|
Yaponiya sahilləri yaxınlığında bir ada batıb
|
Cəfər Ağadadaşov
|
Report İnformasiya Agentliyi
|
az
| 0.997489 |
https://report.az/maraqli/yaponiya-sahilleri-yaxinliginda-bir-ada-batib/
|
report.az
|
https://data.commoncrawl.org/crawl-data/CC-NEWS/2018/12/CC-NEWS-20181204083052-00612.warc.gz
|
2018-12-04T10:05:13+00:00
|
|||
https://report.az/siyasi-xeberler/daxili-siyaset/meliorasiya-ve-su-teserrufati-asc-nin-obyektleri-ile-bagli-icaze-alinmasi-teleb-olunmayan-islerin-siyahisi-tesdiqlenib/
|
Bakı. 4 dekabr. REPORT.AZ/ Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin balansında olan meliorasiya və su təsərrüfatı obyektlərinin layihələndirilməsi, tikintisi (inşası, cari və əsaslı təmiri, yenidən qurulması, bərpası), idarə olunması, saxlanılması, qorunması üçün icazə alınması tələb olunmayan işlərin Siyahısı” təsdiq edilib. "Report" xəbər verir ki, müvafiq qərarı baş nazir Novruz Məmmədov imzalayıb. Qərarda qeyd edilir ki, bu dəyişikliklər Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamə”nin 2.6-1-ci bəndinə (Yuxarı dövlət orqanı, digər aidiyyəti dövlət orqanları və dövlətin hüquqi şəxsləri ilə razılaşdırmaqla qəbul (təsdiq) olunan normativ hüquqi aktda dəyişiklik yalnız həmin dövlət orqanları və dövlətin hüquqi şəxsləri ilə razılaşdırıldıqdan sonra edilə bilər. Belə normativ hüquqi aktda ona dəyişiklik edilməsi qaydası göstərilməlidir -red) uyğun edilə bilər.
|
2018-12-04
|
Meliorasiya və Su Təsərrüfatı ASC-nin obyektləri ilə bağlı icazə alınması tələb olunmayan işlərin siyahısı təsdiqlənib
|
News Department
|
Report İnformasiya Agentliyi
|
az
| 0.999692 |
https://report.az/siyasi-xeberler/daxili-siyaset/meliorasiya-ve-su-teserrufati-asc-nin-obyektleri-ile-bagli-icaze-alinmasi-teleb-olunmayan-islerin-siyahisi-tesdiqlenib/
|
report.az
|
https://data.commoncrawl.org/crawl-data/CC-NEWS/2018/12/CC-NEWS-20181204065054-00611.warc.gz
|
2018-12-04T08:20:32+00:00
|
|||
https://report.az/siyasi-xeberler/daxili-siyaset/elektron-xidmet-novlerinin-siyahisi-na-elave-edilib/
|
Bakı. 4 dekabr. REPORT.AZ/ Nazirlər Kabinetinin 2011-ci il 24 noyabr tarixli qərarı ilə təsdiq edilmiş 2 nömrəli əlavə - “Elektron xidmət növlərinin Siyahısı”na yeni bənd əlavə edilib. "Report"un məlumatına görə, bu barədə qərarı baş nazir Novruz Məmmədov imzalayıb. Qərara əsasən dövlət və bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyətə və icarəyə verilməsi ilə bağlı elektron hərracların keçirilməsi “Elektron xidmət növlərinin Siyahısı”na əlavə olunub.
|
2018-12-04
|
“Elektron xidmət növlərinin Siyahısı”na əlavə edilib
|
News Department
|
Report İnformasiya Agentliyi
|
az
| 0.99996 |
https://report.az/siyasi-xeberler/daxili-siyaset/elektron-xidmet-novlerinin-siyahisi-na-elave-edilib/
|
report.az
|
https://data.commoncrawl.org/crawl-data/CC-NEWS/2018/12/CC-NEWS-20181204065054-00611.warc.gz
|
2018-12-04T08:20:39+00:00
|
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.